Məşhur "Google" şirkəti 13-dən 18 yaşadək
yeniyetmələr üçün elmi müsabiqə elan edib.
Məqsəd bütün dünya üzrə istedadlı gənc
tədqiqatçıların axtarışıdır. Uşaqlara müsabiqəyə
müasir dövrlə səsləşən layihələr təqdim etmək
təklif olunur.
Müsabiqənin mövzusuna proqramlaşdırma və
riyaziyyat, Yer kürəsi və bizi əhatə edən dünya,
sosial elmlər, innovasiyalar, flora və fauna,
enerji və kosmos, fizika, biologiya, kimya,
elektrik və elektronika daxildir. Layihələr iki
dəqiqəlik videoçarxlar və ya ingilis dilində
izahedici qeydlərlə 20 slayd formasında qəbul
olunur. Aksiyada həm tək, həm də 3 nəfərədək
qrupla iştirak etmək olar. Ərizələr bu il
aprelin 4-dək qəbul olunur. Münsiflər heyəti
daxil olmuş bütün materialları qiymətləndirəndən
sonra 60 yarımfinalçını müəyyənləşdirəcək və
onların işi İnternetdə ictimai səsverməyə
çıxarılacaq. Mayda 15 finalçı elan olunacaq.
Onlar Kaliforniyada keçiriləcək elmi sərgiyə
dəvət olunacaq. Burada onların layihələri
tanınmış alimlər, o cümlədən Nobel mükafatı
laureatları tərəfindən qiymətləndiriləcək. Sonra
13-14, 15-16 və 17-18 yaş qruplarının hərəsi
üzrə bir qalib seçiləcək. Onlardan ikisi
"Google"dan 25 min dollar məbləğində təqaüd
alacaq. Əsas qalibi isə Qran-pri - 50 min
dollarlıq təqaüd və öz seçiminə əsasən CERN,
"Google", LECO və ya "Scientific Amerikan"
şirkətlərinin birində praktik iş təcrübəsi
gözləyir.
Y.ƏLİYEV |
|