Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - ¹08

 

Bu qan yerdə qalmayacaq

 

Çağdaş tariximizə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktı kimi düşmüş Xocalı faciəsinin 19-cu ildönümü Bakıdakı İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə silsilə tədbirlər və anım mərasimi ilə qeyd olundu. Təhsil Nazirliyinin "Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında" 10 fevral 2011-ci il tarixli əmrinə müvafiq olaraq hələ  faciənin ildönümü ərəfəsində liseydə xüsusi tədbirlər planı hazırlanmış, bütün müəllim kollektivi və şagirdlər həmin planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə cəlb olunmuşdur. Nəticədə bütün yuxarı siniflərdə Xocalı faciəsinə həsr edilmiş divar qəzetləri buraxılmış, liseyin foyesində soyqırımından bəhs edən, onun ayrı-ayrı epizodlarını canlandıran çap materiallarından, fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Dərslərdə, dərsdənkənar tədbirlərdə faciənin başvermə səbəbləri, erməni faşistlərinin Xocalıda törətdikləri amansız qətliamın ürək ağrıdan nəticələri barədə şagirdlərlə söhbətlər aparılmışdır. Fevralın 25-də ilk dərslərin Xocalı soyqırımına həsr olunması, faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla anılması, Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin ziyarət olunması nəzərdə tutulmuşdur.

Liseydə keçirilmiş anım mərasimi isə silsislə tədbirlərin ən təsirlisi olmuşdur. Mərasim Azərbaycanın Dövlət himninin ifası və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Xocalı hadisələrindən, ermənilərin bir gecədə şəhərin dinc əhalisinə tutduqları divandan bəhs edən  slaydlar nümayiş olunmuşdur.

Mərasimdə liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova  çıxış edərək Xocalı hadisələrinin başvermə səbəblərindən, düşmənin mənfur niyyətlərindən, Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışmışdır. M.Məmmədova bildirmişdir ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün Xocalını təsadüfən seçməmiş, bu şəhərin mühüm strateji əhəmiyyətə malik olmasını, bölgədə yeganə aeroportun burada yerləşməsini  nəzərə almışdılar. M.Məmmədova ermənilərin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşilikləri tarixdə misli görünməmiş soyqırımı kimi qiymətləndirdi, bu cinayətin dünya ictimaiyyəti   tərəfindən soyqırımı kimi tanınması üçün dövlətimizin, Heydər Əliyev Fondunun həyata keçirdikləri tədbirlərin, xüsusən də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Liseyin direktoru çıxışında Xocalı soyqırımının xalqımız tərəfindən heç vaxt unudulmayacağına inamını ifadə etmiş, keçirilən tədbirlərin şagirdlərdə düşmənə nifrət hissinin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirmişdir.

Sonra söz məktəblilərə verilmişdir. Liseyin VII-XI siniflərində təhsil alan istedadlı şagirdləri təşkilatçı Mehriban Salahovanın, dil-ədəbiyyat müəllimi Zemfira Əsgərovanın rəhbərliyi və yaxından köməyi ilə hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etmişlər.

Şagirdlərdən Nərmin Əfəndizadənin, Fidan Arzumanlının, Emin Təhməzovun, Baba Babayevin və başqalarının ifa etdikləri "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan!", "Torpağın səsi" mahnı və marşlar, Xocalıya həsr olunmuş mənsur şeirlər, digər musiqili nömrələri tədbir iştirakçılarına hüznlü anlar yaşatmaqla yanaşı, onların qəlbində düşmənə qarşı güclü nifrət və qəzəb hissləri yaratmışdır.

Tədbirdə Xocalı faciəsi barədə həqiqətləri öz kamerası vasitəsi ilə dünyaya çatdırmağa can atan telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin xidmətləri də qeyd olunmuş, şagirdlər onun şəninə qoşulmuş şeirlər ifa etmişlər.

Mərasimdə o müdhiş gecədə günahsız insanların axıdılmış qanlarının yerdə qalmayacağına, soyqırımı törədənlərin, nəhayət, öz cəzalarını alacaqlarına, 19 ildir ki, düşmən caynağında qalan Xocalının azad olunacağına inam hissi ifadə olunmuşdur. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov