Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - ¹08

 

Azərbaycan istifadəçiləri yeni İnternet Explorer 9 brauzerinin reliz-namizədini yükləyə bilərlər

 

Microsoft korporasiyası yeni İnternet Explorer 9 brauzerinin reliz-namizədini buraxmışdır. "Microsoft Azerbaijan" şirkətindən verilən xəbərə görə, Azərbaycan istifadəçiləri həmin versiyanı www.microsoft.az saytından yükləyə bilərlər. Son versiyadan əvvəl buraxılan bu versiya tam funksionallığı daxil edir. 

2010-cu ilin sentyabr ayında buraxılmış İE 9-un test versiyasını bütün dünya üzrə 25 milyondan çox istifadəçi yükləmişdir. Qeyd etmək lazımdır ki, bu, brauzerin tarixində ən məşhur beta-versiyadır. Geniş əhatəli yoxlama proqramı sayəsində proqramçılar brauzerin təkmilləşdirilməsi üzrə minlərlə təkliflər almışlar.  

İE 9 reliz-namizədi saytlara daha yaxşı görünməyə və işləməyə, məxfi məlumatları daha effektiv şəkildə qorumağa imkan verən sürətli brauzer konsepsiyasına tam uyğun olan bir sıra mühüm yenilikləri daxil edir. Məsələn,

* Brauzerin işinin nəzərəçarpan dərəcədə sürətləndirilməsi - SunSpider-in keçirdiyi testlərin nəticəsinə əsasən yeni versiya beta-versiyadan 35% daha sürətlidir;

* İstifadəçi interfeysi bildirişlərlə iş üçün nəzərdə tutulmuş yeni imkanlara malikdir; o, həmçinin əlavələri ayrıca sətirdə yerləşdirməyə imkan verir;

* Əlavə veb-standartların və HTML5-in, o cümlədən geolokasiyaların, semantik nişanların və  WebM videonun (əgər müvafiq kodek quraşdırılıbsa) dəstəklənməsi;

* Şirkətin dekabr ayında elan etdiyi izlənmədən qorunma texnologiyası (Tracking Protection) yeni versiyada tətbiq edilib. Bu haqda daha ətraflı məlumatı Microsoft-un müvafiq xəbərlər mərkəzindən öyrənə bilərsiniz.

İndi brauzerin səhifəsinin aşağısında yalnız kompüterin təhlükəsizliyinə zərər yetirə biləcək və ya İE-nin işini zəifləşdirə biləcək problemlər haqda bildirişlər göstərilir. Əlavələri ayrıca sətirdə yerləşdirmək olar, bu isə o deməkdir ki, onların sayı daha çox olacaq.

İnternet Explorer 9 reliz-namizədində yeni təhlükəsizlik sistemi gerçəkləşdirilmişdir - "İzlənmədən qorunma" (Tracking Protection). Həmin sistem istifadəçinin razılığı olmadan veb-saytlara fərdi məlumatları toplamağa (məsələn, İP vasitəsilə) imkan vermir. İstifadəçi həmçinin arzuolunmaz saytları blok edə bilər: onlar haqda məlumatları Tracking Protection siyahısına daxil etmək kifayətdir. Həmin siyahıda etibar etdiyiniz saytları da göstərə bilərsiniz.

İE 9 brauzerində müasir veb-standartların dəstəklənməsi təkmilləşdirilmiş, həmçinin Geolocation API spesifikasiyasına uyğun olan veb-proqamlara qurğunun coğrafi məkanını təyin etməyə imkan verən geolokasiya alətləri reallaşdırılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov