Fevralın
18-də Bakıdakı 276 nömrəli məktəbdə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təşəbbüsü və
təşkilatçılığı ilə "Şagird şəxsiyyətinin
formalaşmasında, layiqli vətəndaş kimi
yetişməsində məktəbdənkənar və sinifdənxaric
tərbiyə işlərinin rolu" mövzusunda elmi-praktik
konfrans keçirildi. Tədbirdə Bakı məktəblərinin
direktorları və tərbiyə işləri üzrə direktor
müavinləri, digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı
şagirdlərin şəxsiyyət kimi formalaşması
məsələsinin vacib amillərdən biri olduğunu və bu
yöndə aparılacaq işlərdə daha məsuliyyətli
olmağı bildirdi. O, şagirdlərlə sinifdənxaric
tərbiyə işlərinin qurulmasında tərbiyə işləri
üzrə direktor müavinlərinin və məktəb
psixoloqlarının üzərlərinə böyük məsuliyyət
düşdüyünü, şagirdlərin tərbiyəsində onların
asudə vaxtının səmərəli qurulmasının mühüm rolu
olduğunu nəzərə çatdırdı. Şagirdlərin bədii
ədəbiyyata olan maraqlarının artırılmasını və
onlarda mütaliə vərdişlərinin yaradılmasının
vacibliyindən söz açan M.Qarabağlı bu yöndə
qarşıda duran məsələlər haqqında təkliflər irəli
sürdü.
Sonra
söz BŞTİ-nin Metodik Mərkəzinin direktor
müavini Sitarə Məmmədovaya verildi. O qeyd etdi
ki, təhsil sistemi və onun məzmunu ölkənin
gələcəyinə xidmət edir. Şagirdlərimiz mənəvi
dəyərlərimiz əsasında formalaşmalı, humanist
düşüncə tərzinə malik şəxsiyyət kimi
yetişməlidirlər. Bildirildi ki, mütəmadi olaraq
sinifdənxaric və məktəbdənkənar tədbirlərin
keçirilməsi şagirdlərin əməksevər, mədəni,
əxlaqlı və nazakətli olmalarına, onların
intellektual səviyyələrinin artmasına təsir
edir. O, pedaqoji prosesin şəxsiyyətyönümlü və
nəticəyönümlü olmasının və hər bir şagirdin
fərdi xüsusiyyətlərinin nəzərə alınmasının
vacibliyini bildirdi. Qeyd edildi ki, müxtəlif
faktlarla əyani tanışlıq onlarda özünütərbiyə
işinə marağı daha da artırır. Bu işdə
müəllimlərlə valideynlərin sıx əməkdaşlığının
vacibliyini qeyd edən S.Məmmədova belə
tədbirlərin keçirilməsinin ümumi işə faydalı
olacağına ümidvar olduğunu bildirdi.
Digər çıxış
edənlər mövzu ətrafında fikirlərini
bildirdilər.
Niyazi RƏHİMOV |