Bakıdakı 189
nömrəli orta məktəbin rus bölməsində 21 Fevral
-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş aylıq
çərçivəsində "Təmiz və zəngin dilimiz uğrunda"
devizi altında silsilə tədbirlər həyata
keçirilib. Siniflərdə Azərbaycan dili fənni üzrə
"açıq dərs"lər dinlənilib. "Mədəniyyətin ilkin
özəyi dildir" adlı "dəyirmi masa" təşkil olunub,
rus bölməsinin bütün siniflərində "Ana dilim
hikmət xəzinəsidir" mövzusunda söhbətlər
aparılıb. Bundan əlavə, ay ərzində həmin
bölmənin şagirdləri arasında 3 nominasiya - inşa
yazı, bədii qiraət və divar qəzetləri, bülleten,
plakat və digər nümunələrin hazırlanması üzrə
müsabiqə keçirilib.
Aylığa
fevralın 21-də məktəbdə keçirilən "Anladım ki,
ana dilim ürəyimdən çıxmaz mənim" adlı tədbirlə
yekun vuruldu.
Nazirlər
Kabineti yanında İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının,
məktəb kollektivinin, valideynlərin və digər
qonaqların iştirak etdiyi tədbir Dövlət himninin
səslənməsi ilə başlandı. Sonra 21 Fevral -
Beynəlxalq Ana Dili Günü ilə bağlı videoçarx
nümayiş etdirildi.
Tədbirdə aylıq
çərçivəsində təşkil olunmuş müsabiqələrin
nəticələri haqqında məlumat verilərək qaliblərin
adları açıqlandı, yaxşı hesab edilən bədii
qiraət nümunələri səsləndi, monitorda 2 "açıq
dərs" nümayiş etdirildi, inşa yazı oxundu.
Tədbir
iştirakçıları şagirdlərin ifasında təqdim olunan
şeir, mahnı və "Təbəssüm" rəqs qrupunun
çıxışlarını maraqla qarşıladılar.
Sonda VII "d"
sinfinin şagirdləri "Qaynana" tamaşasından bir
parçanı təqdim etdilər.
Tədbir
məktəbin direktoru Bella Cəlilovanın çıxışı ilə
başa çatdı.
Hicran ƏKBƏROVA |