Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - ¹08

 

Bakıdakı 190 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Günü qeyd edildi

 

"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı 60 ilə yaxındır ki, dilimizin öyrənilməsinə elmi-metodik yardım edir 

Fevralın 21-də Bakı şəhərindəki 190 nömrəli orta məktəbin akt zalında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan direktor Afət Bakıxanova qonaqları salamladıqdan sonra bildirdi ki, dünyanın ən qədim dillərindən sayılan dilimizi dərindən bilməli, sevməli və qorumalıyıq. Elə bu tədbiri keçirməkdə də məqsədimiz bundan ibarətdir.

Direktor müavini Qənirə Əmircanova isə bildirdi ki, Beynəlxalq Ana Dili Gününün bizim məktəbdə qeyd edilməsi, pedaqoji mətbuat tariximizdə mühüm əhəmiyyətə malik yer tutan, dilimizin öyrənilməsində əvəzsiz xidmətlər göstərən "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının əməkdaşları ilə  görüşümüz bizim üçün ikiqat sevincdir. Jurnalın redaksiya heyətinin üzvü, Azərbaycan Təhsil Problemləri İnstitutu direktorunun müavini Ənvər Abbasov mərasimdə çıxış edərək bu jurnalın dilimizin inkişafında  böyük xidmətləri olduğunu diqqətə çatdırdı.

Sonra çıxış edən jurnalın baş redaktoru Məhəmməd Baharlı bildirdi ki, əsası 1954-cü ildə qoyulmuş "Azərbaycan dili və ədəbiyyatı tədrisi" uzun illər "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərib. 1990-cı illərdə müstəqil redaksiyası yaradılaraq əvvəlcə "Ana sözü" adı altında nəşr edilməyə başlanıb, sonra isə yenidən  ilk adına qaytarılıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanıdır. Jurnalda ədəbiyyatşünaslıq və dilçiliyə, dil və ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyamızda baş verən mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılara da geniş yer verilir, - deyən baş redaktor çıxışının sonunda xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimlərini jurnalla fəal əməkdaşlığa çağırdı.

Tədbirdə daha sonra  190 nömrəli məktəbin  dil-ədəbiyyat müəllimi Təranə Yusifova, "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının şöbə redaktoru Oqtay Abbasov, Bakı şəhərindəki 62 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Əliyeva çıxış edərək  qabaqcıl müəllimlərin pedaqoji mətbuatdan bəhrələndiklərini vurğuladılar.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin sonunda məktəbin yuxarı sinif şagirdlərinin  ana  dilimizi vəsf edən şeirləri böyük məhəbbətlə, sonsuz istəklə söyləmələri iştirakçıların qəlbinə hakim kəsildi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov