Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - ¹08

 

Ən yaxşı məktəb

287 nömrəli "Zəkalar" liseyi

 
  Ünvanı:   Bakı şəhəri, Xətai rayonu Məzahir Rüstəmov küçəsi, 14  
Yaranma tarixi: 1992-ci il
Müəllimlərin sayı: 85 nəfər
Şagirdlərin sayı: 965 nəfər
Direktoru:  Aygün Əhmədli, elmlər namizədi, əməkdar müəllim
E-mail ünvanı:  zekalar.litsey@gmail.com mekteb287@box.az

Haqqında 

287  nömrəli "Zəkalar"  liseyi 1992-ci ildə yaradılıb. Liseyin yaranmasının ideya müəllifi tanınmış riyaziyyatçı Rafil İmanov olmuşdur. Liseyin yaradılmasında məqsəd Bakı şəhərində yaşayan istedadlı şagirdləri aşkar edib, onları layiqli vətəndaş kimi formalaşdırmaq idi. Yarandığı müddətdən bu günə qədər fəaliyyət göstərərək özünəməxsus mütərəqqi təlim modeli və tədris üsulu, yaradıcı, demokratik mühiti, yüksək intellektə malik bacarıqlı müəllim heyəti və məhz bunların nəticəsində məzunlarının hər il yüksək göstəricilər əldə etməsi ilə ictimaiyyətin diqqətini cəlb edən lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüsçüsü kimi tanınır. 287 nömrəli "Zəkalar"  liseyi  fəaliyyətə  ölkəmizin  intellektual  potensialını  artırmaq, xüsusi qabiliyyəti  və  istedadı  olan  uşaqlardan  gələcək  zəkalar  yetişdirmək məramı ilə başlamışdır. 19 illik fəaliyyəti dövründə bu  istiqamətdə böyük  işlər  görərək, təhsil salnaməmizə bir çox  uğurlar  yazmışdır. Liseyin adı son 10 ildə Tələbə Qəbulu  üzrə Dövlət  Komissiyasının ali  məktəblərə  qəbulun  nəticələrinə  əsasən  müəyyənləşdirdiyi  10 ən  yaxşı  məktəbin  sırasındadır.

Liseyin əsas vəzifəsi istedadlı şagirdlərin təbii imkanlarını inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyil, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onların şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, müstəqil və demokratik Azərbaycan Respublikasının inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.

Lisey öz fəaliyyətində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prinsipləri əsas tutur. Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanır. Lisey şəxsiyyətin Konstitusiya və "Təhsil haqqında" Qanunda müəyyən edilmiş təhsil hüququnun həyata keçirilməsində, uşaqların yaş, cins və fərdi xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesinin təşkilində, onların sağlamlığının qorunmasında, tədris materiallarının keyfiyyətlə mənimsənilməsində, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsində dövlət və xalq qarşısında məsuliyyət daşıyır. Liseyin təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Lisey kollektivi çalışır ki, şagirdləri gələcəkdə yaxşı mütəxəssis olmaq üçün erkən yaşlarından müasir peşə vərdişləri ilə yaxından tanış etsin. Liseydə vətənpərvərlik və xalqa məhəbbət duyğuları ön plana çəkilir və hər bir şagirdə dövlətçilik prinsiplərini qorumaq aşılanır.

Liseydə  şagirdlərin  biliyini  dərinləşdirməyə  xidmət edən intellektual  yarışlar, breyn-rinqlər, fənn gecələri, viktorinalar tez-tez keçirilir, onların  proqram materiallarını hansı dərəcədə mənimsədiyini müəyyənləşdirmək məqsədilə   test yoxlamaları  təşkil  olunur.

Liseydə şagirdlə müəllim heyətinin sağlamlığını təmin etmək üçün tibbi xidmət təşkil olunub. Hər tədris ilinin başlanğıcında müəllimlər tibbi müayinədən keçərək sağlamlıqlarını təsdiq etdirirlər. Tibb bacısı Güləfruz Məmmədova tədris ili ərzində şagirdlərin sağlamlığının qayğısına qalır.  

Liseyin uğurları 

Lisey "Əmək həyatımızın tələbi, müdriklik məqsədi, "Zəkalar" isə mükafatıdır" devizini əsas götürür. Liseyin bir çox uğurları var ki, bunlardan biri də  2008-2009-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmasıdır. Liseyin müəllimləri "Ən  yaxşı  müəllim" müsabiqəsində  iştirak  edərək  yüksək  fəallıq  göstərirlər. 2009-cu ildə tarix  müəllimi  Musa Yaqubov, 2010-cu ildə isə Maral Məmmədova və Fatimə Süleymanova  müsabiqənin qalibi olmuşlar. 2007-2008-ci tədris ilində liseyin VII sinif şagirdi Günel Əsgərova "İlin şagirdi" müsabiqəsinin qalibi olmuşdur. Lisey respublika üzrə reytinqi yüksək olan 20 məktəb sırasındadır.

Liseyin məzunları hər il qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 2007-2008-ci tədris ilində liseyi 62 şagird bitirmiş, onlardan 6 nəfər 600-dən, 9 nəfər 500-dən yuxarı bal toplamış, Gültən Məmmədzadə isə 685 balla Prezident təqaüdünə layiq görülmüşdür. 2008-2009-cu tədris ilində liseyi 39 nəfər şagird bitirmiş, qəbul faizi   77 faiz olmuşdur. 3 nəfər 600-dən, 9 nəfər 500-dən yuxarı bal toplamış, 2 nəfər - Eldar Ağayev, Vüqar Heydərov Prezident təqaüdünə layiq görülmüşdür. 2009-2010-cu  tədris ilində liseyin 84 məzunundan 68 nəfəri ali məktəblərə daxil olmuş, 11 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamış, Qoşqar Məmmədzadə, Oruc Əhmədov Prezident təqaüdünə layiq görülmüşlər. Ümumiyyətlə, liseyin 8 nəfər məzunu Prezident təqaüdünə layiq görülüb.

Liseyin məzunlarından Tural Qurbanov Türkiyədə  Yeditəpə, Tural İsmayılov İngiltərə New Castle, İslam Bağırov isə Ankara ODTU universitetlərində təhsil alırlar.

Ali  məktəblərə   qəbulda  olduğu  kimi, məktəblilərin  respublika   fənn  olimpiadalarında   iştirakı   baxımından  da  liseyin  uğurları  diqqətçəkəndir. Şəhər və respublika üzrə keçirilən müxtəlif olimpiada və  yarışlarda liseyin şagirdləri uğurla çıxış edərək yüksək yerlər tutmuşlar. Bilik yarışmasının məktəb turunda 100 nəfər şagird iştirak etmiş, onlardan 60 nəfəri rayon turunda iştirak etmək hüququ qazanmışdır. 27 şagird isə şəhər turunda iştirak etmiş, 11 nəfər qalib olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilən "Azərbaycan dünyam mənim" müsabiqəsində müxtəlif nominasiyalar üzrə liseyin 27 şagirdi iştirak etmiş, onlardan 7 nəfəri şəhər, həmçinin 2 nəfəri respublika turunun qalibi olmuşdur. "Natiqlər" müsabiqəsində iştirak edən Gövhər Əlizadə  I yerə layiq görülüb. Daha sonra Novruz bayramı münasibəti ilə "Araz" kurslarının keçirdiyi "Bilik yarışı"nda komanda heyətində 22 şagird iştirak etmiş və qalib gəlmişdir. Onların hər birinə qiymətli hədiyyələr  verilmişdir.

Şagirdlər uğurlarını beynəlxalq müsabiqələrdə də davam etdirirlər. "Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl liseylərinin təşkil etdiyi "Ana dilimi sevək, sevdirək" müsabiqəsinin zona turunda inşa kateqoriyası üzrə IX sinif şagirdi Ləman Baxşıyeva və X sinif şagirdi Türkanə Hidayətova I yeri tutmuşlar.

"İdmanla məşğul olan xalq fiziki və mənəvi cəhətdən sağlamdır" söyləyən ulu öndərimiz Heydər Əliyevin ideyalarını əsas tutan liseyin şagirdləri idmanın müxtəlif növləri üzrə həm respublika, həm də respublikadan kənarda keçirilən beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmiş və uğurlar qazanmışlar. Bunlardan VI sinif şagirdi Əlihüseyn Aslanlı Ukraynada keçirilən cüdo üzrə Beynəlxalq turnirin I mükafatına layiq görülmüş, III sinif şagirdi Abdulla Qədimbəyli isə şahmat üzrə Azərbaycan çempionu və oğlanlar arasında ikiqat Avropa və I qat dünya çempionudur. Lisey həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçirdiyi "Məktəblərarası mini-futbol turniri"ndə III yerə layiq görülmüşdür.

Təhsil  ocağının  intellektli  şagirdlərindən  təşkil  olunmuş komandası  müxtəlif telekanallarda keçirilən "Ağıl dəryası" (ANS), "LG  bilik akademiyası"(ATV), "Virtual  rinq"(İTV) kimi  intellektual   yarışlarda  iştirak  edərək  uğurlu   nəticələr  göstərmişlər. 15 yanvar 2011-ci il tarixində İTV kanalında keçirilən "Xəmsə" milli intellektual oyununda respublika üzrə 16 ən yaxşı məktəbdən seçilmiş komandalar arasında keçirilən yarımfinal və final mərhələsində liseyin "Zəkalar" adlı komandası qalib olmuş, komandanın kapitanı Əli Əliyev və komanda üzvləri - XI  sinif şagirdləri Gövhər Əlizadə, Şahlar Məmmədov, Cəlal İbrahimov, Namiq İsmayılov kubokla mükafatlandırılmışlar.

Liseyi bitirən məzunlar respublikamızın rifahı naminə var gücləri ilə çalışırlar. Hazırda məzunlardan Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri,  Bəhruz Məmmədli  "The Consept of Self Determination the Conflikt Naqorno Karabakh" adlı kitabın müəllifi, Türkiyə İqtisadiyyat İnstitutunun doktorantı, Azərbaycan mətbuatında işıq üzü görən "Yeni İqtisadiyyat" jurnalının redaksiya heyətinin üzvüdür. Azər Qurbanov isə ABŞ-ın Kolumbiya Universitetinin müəllimi, Harvard Universitetinin professoru N.Gregori Menkyunun "İqtisadiyyatın əsasları"  kitabının tərcüməçisi, Böyük Britaniya  hökumətinin və "Soros" Fondunun birgə sponsorluğu ilə "London School of Economics"də iqtisadiyyat üzrə magistr təhsili alır. 

Pedaqoji kollektiv 

Təlim keyfiyyətinin artırılması, İKT ilə işin təkmilləşdirilməsi üçün liseyin müəllimləri "İntel", "Mədəd" kurslarından keçərək elektron tədris vəsaitləri hazırlayır. MIMIO -interaktiv qurğuları ilə keçirilən dərslər təlimin səmərəliliyini yüksəldərək şagirdlərdə fənlərə marağın artırılmasına kömək edir.

Liseyin müəllimləri kurikulum üzrə dərsliklərin müəllifləri, rəyçiləri və  təlimçiləri kimi iştirak edərək təhsil islahatına öz töhfələrini verirlər.

Lisey təlimdə müasir texnologiyalardan istifadə məqsədilə müxtəlif fənlərə dair elektron dərsliklərlə təmin olunmuşdur. Bu yeniliklər mütəmadi olaraq dərslərdə tətbiq olunur.  Lisey yeni fənn kurikulumlarının tətbiqinə hazırlıqla əlaqədar "pilot məktəb" seçilib, eksperiment tədbirlər üçün fəaliyyət planı təsdiq olunub. Bununla əlaqədar liseyin direktoru Aygün Əhmədli kurikulum tədris materiallarının hazırlanması və şagirdlərin qiymətləndirilməsi üzrə seminarın fəal iştirakçısıdır.

Liseyin pedaqoji kollektivi hesab edir ki, təhsilin  keyfiyyəti  üç  əsas  amildən- kadrlardan, proqram -dərslik təminatından  və  normal  təhsil  üçün  yaradılan  şərait və mühitdən  asılıdır. Liseydə  hər  üç məsələ  özünün müsbət  həllini  tapmışdır. Belə ki, təhsil ocağının  yüksək ixtisaslı, öz  işini  sevən, daim  yaradıcı fəaliyyət göstərən peşəkar müəllimlərdən təşkil olunmuş  mehriban, işgüzar  pedaqoji kollektivi psixoloji şərait, əsl  işgüzar demokratik mühit yaradıb. Məktəb  rəhbərliyi və müəllimlər  arasında sağlam, qarşılıqlı hörmətə və səmimiyyətə əsaslanan münasibətlər hökm  sürür. Liseyin uğurlarında, xüsusən də bu il ali məktəblərə qəbul  olunmuş məzunların yetişməsində müəllimlərdən Rafil İmanov, Sabir Məmmədov (riyaziyyat), Şamxal Məmmədov (fizika), Fərman Kərimov, Fərrux Muxtarov (kimya), Fatimə Süleymanova (ingilis dili), Abbasağa Səmədov (tarix), Tərlan Həsənova (Azərbaycan dili və ədəbiyyat) və digərlərinin rolu danılmazdır.

Pedaqoji  kollektiv  üzvləri öz  fəaliyyətlərində  müasir  dərsə  verilən tələbləri daim diqqət mərkəzində saxlayır, şagirdlərin idrakını  inkişaf  etdirən, müstəqilliyini artıran, bilikləri sərbəst əldə etmək vərdişləri yaradan, axtarıcılığı  istiqamətləndirən fəal təlim  metodlarından, qeyri-ənənəvi tədris  forma  və  üsullarından  geniş istifadə edirlər. Liseyin ingilis dili müəllimi Fatimə Süleymanova Böyük Britaniya konsulluğu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ikiillik seminarda iştirak edib. Hazırda "Mətnlərdən istifadə etməklə ingilis dilində danışıq vərdişlərinin öyrənilməsi" layihəsini işləyərək həyata keçirir. F.Süleymanovanın təşkil etdiyi "açıq dərs"lər İctimai televiziya kanalı ilə tez-tez yayımlanır və Britaniya və amerikalı mütəxəssislər tərəfindən bəyənilir.

İbtidai sinif müəllimlərindən, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Maral Məmmədova Ankarada dərsliklərin təkmilləşdirilməsi ilə əlaqədar keçirilən seminarın iştirakçısı olub.

Lisey bu il Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin yeni "Səmərəli məktəb layihəsi" nə qoşulub.  

"Zəkalar axtarırıq"  

Lisey hər il ənənəvi olaraq 28 May Respublika günündə "Zəkalar axtarırıq" adlı məntiq yarışı keçirir. Yarışı fərqləndirən cəhət onun şagirdlər tərəfindən aparılması, yoxlanması və nəticələrin çıxarılmasıdır. Yarışa nəzarəti respublikamızın tanınmış ziyalıları və liseyin tanınmış məzunları edir.

Yarışın əsas özəlliklərindən biri də ona sponsorluq edən lisey məzunlarının qaliblərə həvəsləndirici hədiyyələr verməsidir.

Yarış iştirakçıları məntiqi sualları cavablandırdığı müddətdə valideynlərə məktəb haqda bilgilər verilir. Həmçinin şagirdlərin iştirakı ilə Respublika gününə həsr olunmuş bayram konserti təqdim olunur. Sonda iştirakçılara hədiyyələri tanınmış qonaqlar təqdim edir. Belə insanlar tərəfindən verilən hədiyyələr şagirdlərdə əlavə  stimul yaradır və məsuliyyət hissini artırır. 

Beynəlxalq əlaqələr 

Liseyin   direktoru  Aygün Əhmədli  Dünya Bankının  dəstəyi ilə "Azərbaycan Respublikasında  Təhsilin  İdarə olunması" layihəsi çərçivəsində "Sito Greop"-da kurikulum tədris materiallarının hazırlanmasında, şagird nailiyyətlərinin qiymətləndirilməsi  üzrə seminarın iştirakçısı olub. O, həmçinin  Müasir  Təhsil və Tədrisə Yardım Mərkəzinin təşəbbüsü ilə "Məktəb liderliyinin inkişafı" layihəsinin fəal iştirakçısı olduğu üçün ABŞ-ın Konnektikut ştatına və Nyu-York şəhərinə ezam olunmuşdu. Burada məktəb rəhbərlərinin başlıca vəzifələri işçi heyətinin istiqamətləndirilməsi və perspektiv məqsədlərin müəyyən olunması kimi liderlik xüsusiyyətləri ilə yanaşı, həm də menecment, görülən işlərin səmərəliliyinin artırılmasının da vacibliyi, strateji planlaşmanın hazırlanması kimi çox önəmli seminarların iştirakçısı olmuş, sertifikat almışdır. Həmçinin fizika müəllimi Gülçin Baxşəliyeva 2010-cu ildə Gürcüstanda keçirilmiş "Enerjiyə qənaət və ətraf mühitin mühafizəsi" adlı regional seminarda iştirak etmiş və sertifikatla təltif olunmuşdur.

Liseyin kollektivi keyfiyyətli təhsil, milli dəyərlərə əsaslanan tərbiyə sisteminə yönələn, daim dəyişən, inkişaf edən cəmiyyətə fəal inteqrasiya edən, davamlı insan inkişafına nail olmaq üçün əzmlə çalışır! 

Liseyin uğurları 

* Lisey 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

* Liseyin 3 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

* Liseyin məzunlarından 8 nəfəri Prezident təqaüdçüsüdür.

* Liseyin məzunu Azər Qurbanov ABŞ-ın Kolumbiya Universitetinin müəllimi, "İqtisadiyyatın əsasları" kitabının tərcüməçisidir.

* Gündüz İsmayılov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiridir.

* Liseyin 8 yaşlı şagirdi Abdulla Qədimbəyli şahmat üzrə Dünya və ikiqat Avropa çempionudur. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov