"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" uğurla həyata
keçirilir.
Təhsil
Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Qulu Novruzov AzərTAc-a bildirmişdir ki, proqram
çərçivəsində Almaniya universitetlərində təhsil
almaq üçün keçiriləcək müsabiqəyə sənədlərin
qəbulu başa çatmışdır. Müsabiqədə iştirak etmək
üçün 100-dək sənəd təqdim edilmişdir.
Təhsil
Nazirliyi və Alman Akademik Mübadilə Xidmətinin
(DAAD) təşkil etdikləri müsabiqə Almaniyadan
dəvət olunmuş ekspertlər qrupu tərəfindən
keçiriləcəkdir.
Müsabiqə
əsasən, ölkəmiz üçün vacib olan ixtisaslar -
tibb, mühəndislik, neft sənayesi, İKT elmləri,
riyaziyyat, kimya, biologiya, kənd təsərrüfatı,
ekologiya və digər ixtisaslar üzrə
aparılacaqdır. Uğur qazanan gənclər Almaniya
universitetlərində təhsilin müvafiq pillələrində
oxuyacaqlar. |