İlk
peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin
ifa mədəniyyətlərini yüksəltmək, musiqi
alətlərində Azərbaycan bəstəkarlarının
əsərlərinin, xalq mahnılarının səsləndirilməsi
istiqamətində aparılan işləri daha da
yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri
üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri arasında ifa
üzrə respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin
əsasnaməsi və təşkilat komitəsinin tərkibi
təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov)
və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov)
müsabiqənin yüksək səviyyədə təşkili və
keçirilməsini təmin etsinlər.
4.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
respublika mərhələsinin qaliblərinin
mükafatlandırılması, diplom və dəvətnamələrin
hazırlanması məqsədilə təsdiq olunmuş xərclər
smetasına əsasən 420 (dörd yüz iyirmi) manat
məbləğində vəsaitin ayrılmasını təmin etsin.
5. Ümumi şöbə
(H.Məmmədova) əmr və əlavələrin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
6.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
7. Əmrin
icrasına nəzarət nazir müavini E.Qasımova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 fevral 2011-ci il |