| "Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının 
								bəzi qanunvericilik aktlarına dəyişikliklər və 
								əlavələr edilməsi barədə" Azərbaycan 
								Respublikasının 2010-cu il 21 dekabr tarixli 
								38-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə 
								əlaqədar həmin qanunun tətbiq edilməsini təmin 
								etmək məqsədi ilə 
								
								  
								
								
								QƏRARA ALIRAM:  1. Azərbaycan 
								Respublikasının Nazirlər Kabinetinə tapşırılsın 
								ki, üç ay müddətində:  1.1. qüvvədə 
								olan qanunvericilik aktlarının "Təhsil haqqında" 
								Azərbaycan Respublikası Qanununun tətbiqi ilə 
								əlaqədar Azərbaycan Respublikasının bəzi 
								qanunvericilik aktlarına dəyişikliklər və 
								əlavələr edilməsi barədə" Azərbaycan 
								Respublikasının Qanununa uyğunlaşdırılması ilə 
								bağlı təkliflərini hazırlayıb Azərbaycan 
								Respublikasının Prezidentinə təqdim etsin;
								 1.2. 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin və 
								müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının 
								normativ-hüquqi aktlarının həmin qanuna 
								uyğunlaşdırılmasını təmin etsin və bu barədə 
								Azərbaycan Respublikasının Prezidentinə məlumat 
								versin;  1.3. 
								Azərbaycan Respublikası Prezidentinin 
								"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 
								ali hərbi-tədris müəssisələrinin məzunları üçün 
								döş nişanlarının təsis edilməsi və verilməsi 
								haqqında" 1999-cu il 14 may tarixli 132 nömrəli 
								və "Azərbaycan Respublikası Silahlı Qüvvələri 
								hərbi qulluqçularının hərbi geyim forması və 
								fərqləndirmə nişanları haqqında" Əsasnamənin və 
								"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi 
								qulluqçularının hərbi geyim forması və 
								fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq 
								edilməsi barədə" 2001-ci il 25 iyun tarixli 514 
								nömrəli fərmanlarının "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanununa 
								uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb 
								Azərbaycan Respublikasının Prezidentinə təqdim 
								etsin;  1.4. "Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								1.0.3-cü və 23.2-ci maddələri nəzərə alınmaqla, 
								hərbi təhsil müəssisələrinin Azərbaycan 
								Respublikasının Prezidenti tərəfindən təsdiq 
								edilmiş nizamnamələrinin həmin Qanuna 
								uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb 
								Azərbaycan Respublikasının Prezidentinə təqdim 
								etsin;  1.5. 
								Azərbaycan Respublikasının İnzibati Xətalar 
								Məcəlləsinin 49-1-ci maddəsində nəzərdə tutulmuş 
								inzibati xətalar haqqında işlərə baxmağa 
								səlahiyyəti olan dövlət orqanları barədə 
								təkliflərini hazırlayıb Azərbaycan 
								Respublikasının Prezidentinə təqdim etsin;
								 1.6. öz 
								səlahiyyətləri daxilində "Təhsil haqqında" 
								Azərbaycan Respublikası Qanununun tətbiqi ilə 
								əlaqədar Azərbaycan Respublikasının bəzi 
								qanunvericilik aktlarına dəyişikliklər və 
								əlavələr edilməsi barədə" Azərbaycan 
								Respublikasının Qanunundan irəli gələn digər 
								məsələləri həll etsin.   
								
								İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 15 fevral 2011-ci il
 |