Tanınmış
tənqidçi, ədəbiyyatşünas alim Əhəd Hüseynovun
vəfatından sonra onun "Tənqid və ədəbi proses"
kitabı işıq üzü görüb. Alimin qızı - ADPU-nun
Azərbaycan və dünya ədəbiyyatı tarixi
kafedrasının əməkdaşı Zərnurə Əhədqızı
tərəfindən tərtib olunan kitab "Nurlan"
nəşriyyatı tərəfindən çap olunub. Kitabda
Azərbaycan ədəbi-tənqidinin istedadlı və nüfuzlu
nümayəndələrindən biri kimi tanınan Əhəd
Hüseynovun ədəbi-tənqidi məqalələri toplanıb.
Nəsr, poeziya, tənqid və ədəbiyyatşünaslıq
məsələlərinə həsr edilmiş bu məqalələr
1950-1970-ci illər ədəbi prosesinin bütün
mürəkkəbliyi, ziddiyyətləri, inkişaf spesifikası,
sosioloji və estetik təmayülləri haqqında aydın
təsəvvür yaradır.
Kitabda müəllifin M.Füzulinin alleqorik
əsərlərinin ideya - estetik xüsusiyyətlərindən
bəhs edən "Füzulinin təmsilləri" adlı araşdırması
və əsərlərinin biblioqrafiyası da yer almışdır.
Ümidvarıq ki, "Tənqid və ədəbi proses" kitabı
filoloqlar və pedaqoji ictimaiyyət tərəfindən
maraqla qarşılanacaq.
Şakir CƏFƏROV,
ADPU-nun dissertantı |