Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - ¹07

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Rzayev Canpolad Yaqub oğlu 

1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Rayonun Əhmədavar kəndindəki orta məktəbin səkkizinci sinfini bitirib. O, bir müddət kolxozda işləyib. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini raket qoşunları hissəsində keçirib. Xidmətini başa çatdırdıqdan sonra hərbi hissədə qalıb təhsilini davam etdirib. 1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarını yaşayırdı. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri - Xocalı faciəsi baş verdi. Belə bir gərgin vəziyyətdə Canpolad əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərib.

C.Rzayev Qaraqaya uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi nümayiş etdirərək qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Rzayev Canpolad Yaqub oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məzarı Ağdamın düşmən işğalı altında olan Şəhidlər xiyabanındadır. 

 

Salahov Şakir Şamil oğlu 

1966-cı il iyunun 15-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1981-ci ildə kəndlərindəki səkkizillik məktəbi, sonra isə orta məktəbi bitirib. Şakir 1984-cü ildə hərbi xidmətə çağırılıb. 1986-cı ildə əsgəri xidmətini başa çatdırdıqdan sonra Xankəndi Şəhər Daxili İşlər İdarəsinin mühafizə şöbəsində işə qəbul olunub. Ş. Salahov 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa şəhər filialında fizika-riyaziyyat fakültəsinə daxil olub. 1991-ci il avqustun 23-də Kosalar və Cəmilli kəndləri uğrunda erməni işğalçılarına qarşı  gedən ağır döyüşlərdə xüsusi igidlik nümayiş etdirərək yağı düşmənin xeyli canlı qüvvəsini məhv edib. Amma erməni hərbi birləşmələri irimiqyaslı hücum əməliyyatlarını davam etdirirdi. Cəbhə xəttini yarıb hərbi hissələri mühasirəyə almaq istəyirdilər. Şakir isə düşmənin bu bəd niyyətinin  həyata keçməsinə imkan vermirdi.

Ş.Salahov 1992-ci ildə Kosalar kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Salahov Şakir Şamil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bərdə şəhərindəki Şəhidlər  xiyabanında dəfn olunub.  

Sarıyev Zaur Rəşid oğlu 

1974-cü il iyunun 28-də Şəmkir rayonunun Qaralar kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Qusar rayonunda hərbi təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilib. Döyüş yolu Tərtərdən başlayan Zaur sonralar Füzuli, Ağdam, Kəlbəcər və Murovdağa qədər gedib çıxıb. 1994-cü ildə Murovdağ istiqamətində kəşfiyyata çıxarkən mühasirəyə düşməsinə baxmayaraq, cəsurluğu nəticəsində 13 gündən sonra geri qayıdıb. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. Daha sonra  776 nömrəli hərbi hissədə xidmətə başlayıb. O, komandirlərinin tapşırıqlarını ləyaqətlə yerinə yetirib. Müstəqilliyimizin qorunub saxlanılmasında Milli Ordunun əsgəri kimi həmişə özünü şərəflə doğruldub.

Z.Sarıyev 1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısı alınan zaman silahlı dəstə ilə üz-üzə gələrkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Sarıyev Zaur Rəşid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəmkir rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.  

Sayadov Mehman Qəzənfər oğlu 

1972-ci il noyabrın 21-də Qərbi Azərbaycanın Vardenis rayonunun Günəş kəndində anadan olub. Yeddinci sinfə kimi doğma kəndlərində oxuyub. Sonra məlum səbəblərdən ailələri ilə birlikdə Samux rayonuna gəlib. Sovet ordusu sıralarına hərbi xidmətə çağırılan Mehman 6 ay Sverdlovskidə xidmət etdikdən sonra Vətənə qayıdıb. 1992-ci ildə "Azərbaycan bayrağı" könüllü müdafiə batalyonuna üzv  yazılaraq Qarabağa - cəbhə bölgəsinə yollanıb. Bu o vaxtlar idi ki, ölkədə baş verən hərc-mərclikdən, siyasi qarışıqlıqlardan, vahid komandanlığın olmamasından, vətən xainlərinin ucbatından Azərbaycanın dilbər guşələri bir-bir erməni işğalçılarının caynağına keçirdi. Mehman Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşüb. Şuşa şəhərinin bir sıra kəndlərinin müdafiəsində xüsusi qəhrəmanlıq nümayiş etdirib.

M.Sayadov 1992-ci il mayın 9-da Nəbilər kəndinin erməni faşistlərindən müdafiəsi zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Sayadov Mehman Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Meyitini döyüş bölgəsindən götürmək mümkün olmayıb. 

Sədiyev Vəzir İsa oğlu  

1961-ci il iyunun 6-da Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini Qərbi Azərbaycanın Körpülü kəndində başa çatdırdıqdan sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Rusiyanın Qorki şəhərindəki hərbi məktəbə müəllim təyin edilib. Sonra könüllü olaraq Əfqanıstana yola düşüb. Əfqanıstan müharibəsində iştirak etdikdən sonra mayor rütbəsi ilə qərargah rəisinin müavini təyin edilib. Xocalı soyqırımı başlayanda Azərbaycana gələrək Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsində çalışıb. Vəzir Laçın, Qubadlı, Füzuli və Ağdərə rayonlarında erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edərək xüsusi qəhrəmanlıq nümayiş etdirib.

V.Sədiyev 1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Sədiyev Vəzir İsa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov