Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - ¹07

 

Kimyanın tədrisində inteqrasiya və ondan istifadənin səmərəli yolları

 

Bugünkü təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarından istifadə etmədən hər hansı  bir fənnin, o cümlədən kimyanın tədrisində uğur əldə etmək çətindir. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə fəallığın artırılması, məzmunun hərtərəfli aşılanması və şagirdlərdə müasir dünyagörüşün formalaşdırılmasında inteqrasiyanın rolu  danılmazdır. İnteqrasiya həm də məktəbdaxili və məktəbdənkənar təlimlərin tətbiqi arasındakı fərqlərin aradan qaldırılmasında mühüm rol oynayır.  İnteqrasiya - müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. Müasir dövrdə bu məsələyə düzgün yanaşan təhsil işçiləri kurikulumların inteqrasiyasını XXI əsrdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha düzgün yol hesab edirlər.

Müasir dünya təcrübəsində inteqrasiyanın fəndaxili və fənlərarası modelləri mövcuddur. Xüsusilə Qərb ölkələrində bu modellərdən fənlərin məzmununun şagirdlərə çatdırılması, öyrənmə prosesinə maraq yaradılması, şagird dünyagörüşünün inkişaf etdirilməsi və onların dərsdə daha fəal olması məqsədi ilə istifadə olunur.

İnteqrativ dərslərin tədrisi metodikasına aşağıdakı tələblər verilir:

1. İnteqrativ dərsin mövzusu tədris kurslarının ümumiləşdiricisi roluna malik olmalıdır.

2. İnteqrasiyanın əsas prinsipi dərsin tədris tərbiyəvi tapşırığına əsasən formalaşdırılmasıdır.

3. İnteqrativ dərsin quruluşu fənlər arasında əlaqələndirici tapşırığa malik olmasıdır və aşağıdakı mərhələləri əks etdirməsidir.

Müəllim:

a) Dərs mövzusunda fənlərarası əlaqənin mövcudluğunu dərk etməlidir.

b) Bilik və bacarıqların ümumi fənlərə aid olduğunu bilməlidir.

c) Müəyyən bilik və bacarıqdan digərinə keçidi qeyri-ənənəvi yollarla təmin etməlidir.

d) İnteqrasiya nəticəsində bilik və bacarıqları ümumiləşdirməyi bacarmalıdır.

e) Yeni inteqrativ bilikləri möhkəmləndirməlidir (yeni tapşırıqların həllinə əsasən).

4. İnteqrativ dərslərdə yeni fəal təlim metodlarını tətbiq etmək, bilikləri sistemləşdirmək və ümumiləşdirmək məqsədi ilə şagirdlərdə yaradıcılıq fəaliyyətini inkişaf etdirmək tələb olunur.

5. İnteqrativ dərslər bir neçə tədris fənni üzrə didaktik vəsaitlərdən kompleks  istifadə etməyin metodikasını təmin etməlidir.

6. İnteqrativ dərsləri qeyri-ənənəvi metodlarla tədris etmək məqsədəuyğundur. Məsələn, kompleks ekskursiya dərsi, konfrans, seminar, səyahət dərsi və s.

7. İnteqrativ dərslərin aparılması üçün fənn müəllimləri əməkdaşlıq etməlidir.

8. İnteqrativ dərslərin nəticələrini yoxlamaq üçün xüsusi diaqnostik vasitələrin (mətn, yoxlama yazı işi, çalışma və s.) köməyindən istifadə olunmalıdır.

Fənlərarası əlaqə klassik pedaqoqların yaradıcılığında geniş yer tutmuşdur. Təsadüfi deyildir ki, bu problemin prinsipləri, növləri və fənlərin tədrisindəki əhəmiyyətindən çox danışılmış və çoxlu sayda tədqiqat əsərləri yazılmışdır. Respublikamızın alimləri də fənlərarası əlaqə haqqında elmi-metodik fikir və mülahizələr söyləmiş, bu sahədə xeyli faydalı işlər görmüşlər.

Kimya və fizika fənn kurikulumlarındakı məzmun standartları və mövcud fənn proqramlarına əsaslanaraq kimyanın fizika və biologiya  ilə əlaqəli tədrisi haqqında elmi-metodik mülahizələrimizi bir neçə dərs nümunəsində veririk.

Mövzu: Dövri sistemdə metalların mövqeyi. Atomlarının quruluşu. Kristal qəfəslərin quruluşu. Metal rabitəsi.

Məqsəd:

1. Dövri sistemdə metalların mövqeyini şərh edir.

2. Metalların atom quruluşlarını fərqləndirə bilir.

3. Metalların kristal quruluşu ilə metal rabitəsini əlaqələndirə bilir.

İş forması: qruplarla iş.

İş üsulu: müsahibəli şərh, fənlərarası və fəndaxili əlaqə, müstəqil iş, fəal təlim üsulları.

Resurslar: dövri sistem cədvəli, atomun quruluş sxemi, metal kristal qəfəsi.

Dərsin gedişi: əvvəlcədən verilmiş tapşırıqlara əsaslanaraq  şagirdlərə aşağıdakı suallarla müraciət olunur:

1. Dövri sistemdə element və bəsit maddələri fiziki-kimyəvi xassələrinə  görə xarakterizə edin.

2. Dövrlərdə və qruplarda elementlərin atomunun quruluşu necə dəyişir?

3. Kimyəvi rabitələri adlandırın və xarakterizə edin.

4. Kristal qəfəsin tiplərini xarakterizə edin.

Suallar şagirdlərə paylanır və hər cütün bir suala cavab verməsi bildirilir. Sonra müəllim sinfə müraciət etməklə ardıcıl olaraq sualların cavablandırılmasına nail olur.

Motivasiya: Şagirdlərin diqqətini yeni mövzuya yönəltmək məqsədilə müəllim sinfə müraciət edir: "Elementlərin dövri sistemi, dövri qanun. Atomun quruluşu"  haqqında məlumatlarınıza əsaslanaraq metalların dövri sistemdəki mövqeyini, onların atom quruluşunu, metallara xas olan kristal quruluşu və metal rabitənin təbiətini öyrənmək hər biriniz üçün maraqlı olar".

Müəllim  aşağıdakı suallardan ibarət olan iş vərəqlərini şagirdlərə paylayır və qeyd edir ki, hər bir cüt iki suala cavab verməlidir.

1. Dövri sistem cədvəlində metallar hansı qrup və dövrlərdə yerləşmişdir?

2. Dövrlərdə və qruplarda metalların fəallığı necə dəyişir?

3. Ancaq metallara xas olan xassələr hansıdır?

4. Metal rabitəsinin ion və kovalent rabitədən fərqi nədir?

5. Metalın kristal qəfəsinin quruluşu necədir?

6. Dövrlərdə metalların fəallığının azalmasını atomun quruluşuna əsasən izah edin.

Cavablar hazır olduqdan sonra müəllim ardıcıllıqla sualların cavablarının müzakirəsinə başlayır. Bəzi sualların cavabları ilə razılaşmayan müəllim əlavə məlumat verir.

Mövzu:  Elektroliz hadisəsi.

Məqsəd:

1. Şagird elektroliz prosesinin getməsini izah edə bilir.

2. Elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini tərtib edir.

3. Elektroliz hadisəsini elektroliz qanunu ilə əlaqələndirir.

Resurslar: U-şəkilli şüşə boru, kömür elektrodlar, batareya, elektrik lampasından ibarət dövrə, mis (ıı) xlorid duzu, distillə olunmuş su, natrium qələvisi, dəmir mıx, metalların kimyəvi aktivlik sırası, elektrolizə aid tablo.

İş forması:  qruplarda iş.   

İş üsulu:  problemli şərh, fəndaxili və fənlərarası əlaqə, müstəqil iş.

Dərsin gedişi: sinfin təşkilindən sonra şagirdlər üç qrupa bölünürlər:

I qrup - S.Arrenius, II qrup - M.Faradey, III qrup - N.Beketov.

Şagirdlərin bilik və bacarıqlarını araşdırmaq  üçün hər bir qrupa sorğu vərəqləri verilir. Sualların bir çoxu şagirdlərin fizikadan öyrəndiyi məlumatlara əsaslanmışdır. Nümunə olaraq  II qrupun  tapşırığını nəzərdən keçirək.

II qrup - M.Faradey    

1. Elektrod nədir?

2. NaCl və K2SO4  duzlarının  dissosiasiyasının  tənliklərini yazın.

3. Dəmir(II)sulfatın elektrolizi zamanı elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini yazın.

4. Elektroliz hadisəsinin elektroliz qanunundan asılı olduğunu izah edin.

5. Qələvi metalları elektrolizlə almaq olarmı? Ərintidə və məhlulda gedən proseslərin fərqini izah edin.

Suallar qruplara paylanır.  Qısa cavab hazırlamaları üçün 15 dəqiqə  vaxt müəyyən edilir. Bu müddətdə müəllim qruplar arasında gəzişir, lazım gəldikdə şagirdlərə istiqamət verir.  Elektroliz zamanı elektrodlarda gedən oksidləşmə-reduksiya prosesi haqqında da məlumat verir.

Mövzu: Aminturşuları

Məqsəd: Aminturşularının quruluşu, xassələri, tətbiqi haqqında şagirdlərin bilik və bacarıqlara yiyələnməsinə nail olmaq.

Strategiya: Müsahibəli şərh, fənlərarası əlaqə, müstəqil işlər, qruplarda iş.

Resurslar: Aminturşularından nümunə, maqnezium tozu, natrium hidroksid, natrium karbonat, etil spirti, xlorid turşusu.

Dərsin gedişi: Sinfin təşkilindən sonra keçən dərsin sorğusunu aparmaq məqsədi ilə müəllim əvvəlcə şagirdlərlə frontal sorğu aparır, sorğu vərəqlərində göstərilən suallara cavab hazırlamaq üçün şagirdlərə məsləhətlərini verir. Sonra şagirdləri qruplara bölür və suallara yazılı cavab hazırlamalarını bildirir.10-12 dəqiqədən sonra cavablar toplanılır və yeni mövzu ilə bağlı qruplara işçi vərəqləri paylanılır. Bir qrupun suallarını nəzərdən keçirək.

Qrup-Zülallar:

1. RNT molekulunun tərkibi DNT-dən nə ilə fərqlənir?

2. RNT-nin hansı növləri vardır?

3. Bioloji proses zamanı aminturşularının alınmasını necə izah edə bilərsiniz?

4. Bir neçə aminturşunun quruluşunu göstərməklə onları adlandırın.

5. Aminturşuların turşu xassəsini göstərən reaksiya tənliklərini yazın.

Qruplarda şagirdlərin tapşırıqlar ətrafında hazırlığı istənilən səviyyədə olmadığı özünü göstərmişdir. Ona görə ki, aminturşuların yaxşı başa düşülməsi üçün biologiya ilə əlaqəli məsələləri başa düşməklə yanaşı fəndaxili əlaqəni də düşünmək və bilmək lazımdır.  Müəllim hər bir qrupda hansı suala cavab verməkdə şagirdlərin çətinlik çəkə biləcəklərini bildiyindən həmin suallar üzərində bir qədər izahat aparmalı olur.

Müəllim dərsi yekunlaşdırır və şagirdlərin əldə etdikləri bilik və bacarıqları möhkəmləndirmək məqsədi ilə onlara test sualları olan vərəqləri paylayır. Cavablar qiymətləndirilir. 

Mürşüd FƏRƏCOV,
pedoqoji elmləri üzrə fəlsəfə doktoru, TPİ Kurikulum
Mərkəzinin böyük elmi işçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov