İslam
Konfransı Gənclər Forumunun və Ukrayna
Azərbaycanlıları Gənclər Birliyinin birgə
təşəbbüsü ilə Ukraynada elan olunmuş Xocalı
ayına Nikolayev şəhərindən start verilmişdir.
AzərTAc xəbər
verir ki, "Xocalıya ədalət" kampaniyası
çərçivəsində keçirilən tədbirlər Ukrayna
KİV-lərinin diqqətini də cəlb etmişdir.
Nikolayev
vilayətinin azsaylı xalqlar üzrə Şurasının sədri
Murad Kaymurazov vurğulamışdır ki, Xocalıda
olanlar adi faciə deyil, əsl soyqırımı idi.
Cinayəti törədənlər cəzalandırılmalıdır ki, bu
kimi vəhşiliklər tarixdə bir daha
təkrarlanmasın. |