Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - ¹07

 

Monitorinq və qiymətləndirmə

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında
Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr barədə

 

Bütün ölkələrdə tədris olunan fənlər sırasında  ana dilinin öyrədilməsi birinci sırada durur. Bu, ilk növbədə, xalqın dilinə, mədəniyyətinə, milliliyin qorunmasına  yönəldilmiş məqsəd kimi görünsə də, həm də dilin mükəmməl bilinməsi digər fənləri də yaxşı öyrənməyə, fikrin ətrafdakılara daha rahat, səlis və dolğun  çatdırılmasına kömək edir. Öz dilini yaxşı bilən şəxs digər dilləri də asan qavrayır. Nitqi və yazısı gözəl olanları cəmiyyət həmişə hörmətlə qarşılayır.

Bu mənada orta məktəblərdə ana dili və ona paralel olaraq, ədəbiyyatın tədrisinin əsas bir neçə məqsədini göstərmək olar:

1. Şagirdlərin şifahi və yazılı nitqinin mükəmməlliyini təmin etmək;

2. Dilin yaxşı mənimsədildiyi şəraitdə başqa elmləri də daha asan öyrənmək;

3. Müvafiq ali məktəblərə qəbul zamanı tələb olunan bilik meyarlarına lazımınca cavab vermək.

Fənnin tədrisində qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət və müvafiq strukturlar lazımi tədbirlər görür. Belə ki, ana dilinin tədrisi birinci sinifdən tutmuş on birinci sinif də daxil olmaqla bütün siniflərdə aparılır. Sistemli tədris isə  V-XI sinifləri əhatə edir. Buna görə də istər buraxılış, istərsə də qəbul imtahanlarının sualları həmin siniflərdə öyrədilənlərin əsasında hazırlanır. Ədəbiyyat fənnindən isə əsas kurs X-XI siniflərdə keçildiyindən suallar da bu siniflərin proqram və dərslikləri əsasında hazırlanır.

Buraxılış imtahanlarında şagirdlərə Azərbaycan dilindən 17, ədəbiyyatdan 8 sual təqdim edilir. Suallar dilçiliyin proqramda olan bütün bölmələrini, nəzəri və praktik sahələrini əhatə edir. Relevantlığa görə test tapşırıqları faktoloji, terminoloji, məntiqi-izahedici, ümumiləşdirici, bədii mətnin məzmunu üzrə hazırlanmışdır.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında Azərbaycan dili və ədəbiyyatdan şagirdlərə təklif edilmiş test tapşırıqlarının statistik təhlili respublikamızda bu fənnin tədrisinin vəziyyətini, şagirdlərin mənimsəmə səviyyəsini izləməyə imkan verir.

Həmin test tapşırıqlarından  bəzilərinə nəzər salaq:

1. Cümlələrin birinin tərkibində konkret isim işlənməmişdir:

A) Yaralı zabit ağrının şiddətinə hələ də dözürdü.

B) Dağlıq ərazilər xəritədə xüsusi rənglə göstərilir.

C) Gözəllik ondur, doqquzu dondur.

D) Uşaqlıqdan müəllimlik ixtisasına yiyələnmək mənim də arzum olmuşdur.

E) Az keçmişdi ki, ikinci avtobus gəldi. 

Bu test tapşırığı  VI sinifdə tədris olunan "Morfologiya" bölməsinin isim bəhsinə aiddir. Ümumən, şagirdlər bu mövzunu o qədər də pis bilmirlər. Ancaq bir incə məqamda bəziləri çətinlik çəkirlər. Çox vaxt gözəllik, təmizlik, yaxşılıq və s. kimi sifətdən düzələn sözlərin mücərrəd mənalı düzəltmə isim olduğunu unudurlar.  Mövcud tapşırığın A bəndində zabit, B bəndində xəritə, C bəndində don, E bəndində avtobus  sözləri konkret isimdir. D bəndində isə işlənən dörd isimdən (uşaqlıq, müəllimlik, ixtisas, arzu) heç biri konkret deyil. Onları gözlə görmək mümkün olmadığından  mücərrəd isimlərdir.  Orta ağırlıq dərəcəsində olan faktoloji bu test tapşırığına şagirdlərin  cəmi  39,05%-i doğru cavab vermişdir. 49,66%-i isə düzgün cavabı müəyyən edə bilməmişdir.

Doğru cavab: D 

2. Say və sifət aşağıdakılardan ancaq birinə aid ola bilər:

A) təmkinlə       

B) ingiliscə      

C) xeyli       

D) oxunan       

E) məqsəd

VI sinfin materialları əsasında hazırlanan bu test tapşırığı relevantlığına görə ümumiləşdirici, ağırlıq dərəcəsinə görə isə çətin testlər sırasına aiddir. Şagirddən nitq hissələri, onların xüsusiyyətləri, bir-biri ilə əlaqəsi, oxşar və fərqli cəhətlərini bilməyi, nümunə əsasında müəyyənləşdirməyi tələb edir. Şagird bilməlidir ki, həm sifət, həm də say isimlə bağlı olur, ondan əvvəl gəlir və onu müxtəlif cəhətdən izah edir.  Bunlar nəzərə alınsa, görünər ki, A, B, C, D bəndlərindəki sözlərin heç biri isim deyil, onların əvvəlinə nə sifət, nə də say artırmaq olmur. Yalnız E bəndindəki məqsəd sözü isimdir, onun əvvəlinə sifət də (böyük məqsəd), say da (bir neçə məqsəd) artırmaq olur. Şagirdlər bu suala o qədər də yaxşı cavab verməyiblər: 24,49% düz, 70,27% yanlış.

Doğru cavab: E 

3. Eyniköklü sözlər cərgəsini göstərin.       

A) yarışçı, yarışdakı, yarışan

B) məktəbli, məktəbimiz, məktəb

C) aşxana, aşırım, aşdakı

D) görüş, görüşdəki, görünmək

E) gül, güllü, güləndə

Test tapşırığı V sinfin "Söz yaradıcılığı" bölməsi əsasında hazırlanmışdır. Çətin testlər sırasına aiddir. Ümumiləşdirici testdir. Burada şagird sözun tərkib hissələrini: kök, leksik və qrammatik şəkilçiləri, eyniköklü sözlərlə eyni sözün müxtəlif formalarını fərqləndirməyi, konkret şəraitdə tətbiq etməyi bacarmalıdır. Əgər şagird bilirsə ki, eyniköklü sözlər leksik şəkilçilərlə düzəlir və quruluşca yalnız düzəltmə olur,  sadə və mürəkkəb olmur, onda A bəndində yarışan, B bəndində məktəbimiz, məktəb, E bəndində gül, güləndə sözlərinin sadə olduğunu asanlıqla görər. C bəndində aşırım sözünün kökü aş feli digər iki sözün kökündəki aş ismi ilə omonim olduğundan onlar da eyniköklü hesab oluna bilməz. D bəndindəki sözlərin üçü də düzəltmədir, hər üçünün kökü gör felidir, hər birinin leksik mənası fərqlidir.

Çətin tapşırıqlardan olduğu üçün bu suala şagirdlərin 36,64%-i doğru, 57,74%-i isə səhv cavab vermişdir.

Doğru cavab: D 

4. Xitabla bağlı hansı fikir doğrudur?

A) Hal şəkilçisi qəbul edən xitablar da idarə əlaqəsində olur.

B) Qeyri-müəyyən təsirlik halda olan xitablar da idarə əlaqəsində olur.

C) Xitabla xəbər arasında uzlaşma əlaqəsi pozulmur.

D) Feli sifətlə ifadə olunan  xitablar adlıq halda olmalıdır.

E) Bütün nitq hissələri xitab yerində çıxış edə bilir.

Test tapşırığı VIII sinfin "Sintaksis" bölməsindəndir. Orta ağırlıq dərəcəsindədir. Şagirdin xitab haqqında bildiklərini yoxlamağa yönəldilmişdir. Şagird bilməlidir ki, xitablar yalnız adlıq halda olur. Onda A və B bəndlərindəki fikirlərin səhv olduğu üzə çıxar. Xitabın heç bir üzvlə sintaktik əlaqəyə girmədiyini bilən şagird C bəndinin də doğru cavab olmadığını tapar. Xitabın bütün nitq hissələri ilə ifadə oluna bilmədiyi də əksəriyyətə məlumdur.  Xitabın adlıq halda olduğunu, feli sifətin xitab kimi işləndiyini  bilən şagird doğru cavabı tapmaqda çətinlik çəkməməlidir. Şagirdlərin 33,68%-inin düz,  45,84%-nin  səhv cavab verməsi o qədər də uğurlu nəticə deyil.

Doğru cavab: D 

5. Məntiqi cəhətdən uyğunsuzluq yaradan termini müəyyən edin. nida, isim, qoşma

A) təyin

B) zərf      

C) hallanma       

D) məsdər         

E) sifət

Məntiqi-izahedi

ci, eyni zamanda terminoloji test hesab oluna bilən bu test tapşırığı "Qrammatika" bəhsi  əsasında  tərtib edilmişdir. Statistika göstərir ki, şagirdlər üçün çətin görünmüşdür. Belə olmasaydı, verilən cavabların cəmi 17,58%-i doğru,  71,44%-i səhv çıxmazdı. Görünür, şagirdlərin böyük əksəriyyəti morfoloji vahidlərlə sintaktik vahidləri tam ayıra bilmir. Sualda verilən nida, isim, qoşma terminləri morfologiyaya məxsus terminlərdir. Distraktorlarda verilən zərf, hallanma, məsdər, sifət sözləri də bu qəbildəndir. A bəndindəki təyin isə sintaktik vahiddir. Həmin söz yuxarıdakı məntiqi sıranı pozur.

Deməli, doğru cavab: A 

6. Rus mətbuatında Azərbaycan ədəbiyyatına dair qiymətli məqalələrlə cıxış etmiş, İrəvan gimnaziyasında çalışmışdır:

A) A.Sur

B) S.Hüseyn

C) F.Köçərli

D) N.Vəzirov

E) C.Məmmədquluzadə

XI sinif ədəbiyyat fənnindən "Yeni dövr Azərbaycan ədəbiyyatı, III mərhələ" bölməsindəndir. Orta səviyyəli faktoloji test tapşırığıdır. Şagirddən  konkret faktı müəyyənləşdirməyi tələb edir. N.Vəzirov və C.Məmmədquluzadənin  ədəbiyyatşünaslıqla məşğul olmadıqları məlumdur. Digər üç nəfərdən yalnız F.Köçərli İrəvan gimnaziyasında çalışmışdır. Peşəkar ədəbiyyatşünaslıqla məşğul olmuş, çox sayda məqalə və monoqrafiyalar yazmışdır. Suala cavab verənlərin 33,13%-i etalonu qavramış,  46,27%-i isə dəqiq cavabını müəyyənləşdirə bilməmişdir.

Doğru cavab: C 

7. Qətran Təbrizi ilə bağlı doğru fikri müəyyən edin.

A) Bir neçə vəzndə əsərlər yazmışdır.

B) Divan müəllifi olmuşdur.

C) N.Gəncəvi ilə görüşmüşdür.

D) Bir qəzəl üçün şahlardan bir xəzinə almışdır.

E) Şirvanşahlar sarayında yaşamışdır.

X sinfin ədəbiyyat fənni əsasında tərtib olunmuş test tapşırığıdır. Şagird bir neçə fikri dəqiqləşdirməli, müqayisə aparmalı, doğru cavabı tapmalıdır. Bunun üçün Q.Təbrizinin nə vaxt yaşadığını bilmək vacibdir. Şagird onun 1012-1088-ci illərdə yaşadığını bilsə, aydınlaşdıracaq ki, bu dövrdə yalnız əruz vəznindən istifadə edilmişdir. Deməli, A bəndi səhvdir. N.Gəncəvi onun vəfatından xeyli sonralar doğulduğundan onların görüşü baş tuta bilməzdi. Bir qəzəli üçün bir xəzinə alan M.Gəncəvidir. Q.Təbrizi Şirvanşahlar sarayında da yaşamamışdır.  B bəndində göstərildiyi kimi, "Divan" müəllifidir, bizə "Divan"ı gəlib çatan ilk şairdir.

Şagirdlər bu sualın cavabını müəyyənləşdirməkdə çətinlik çəkməmişlər. Doğru və yanlış cavabların nisbəti müvafiq olaraq 62,74% və  26,9%-dir.

Doğru cavab: B 

8. Doğma sözünü nə üçün sətirdən sətrə keçirmək mümkündür?

A) Azərbaycan mənşəli olduğu üçün

B) iki hecalı olduğu üçün

C) kök və şəkilçidən ibarət olduğu üçün

D) ahəng qanununa tabe olduğu üçün

E) hecaları ancaq saitdən ibarət olmadığı üçün

Bu, V sinif həcmində olan və "Fonetika" bəhsinə aid düşündürücü test tapşırığıdır. Tapşırıq məzunların  sözün sətirdən sətrə  keçirilməsi barədə biliyini yoxlamaq məqsədi daşıyır. Şagirdlərin 64 %-i bu sualı yanlış, 31 %-i doğru cavablandırmışdır.

Doğru cavab: E 

9. Qarabağ düzləri birləşməsində hansı sintaktik əlaqə növü vardır?

A)  idarə

B)  uzlaşma və idarə

C)  yanaşma

D)  idarə və yanaşma

E)  yanaşma və uzlaşma 

VIII sinif həcmində "Sintaktik əlaqələr" bölməsinə aid səviyyəcə orta sayıla bilən test tapşırığıdır. Bu həm də "Söz birləşmələri" bəhsində öyrədilir. Bu tapşırıq məzunların tabelik əlaqəsinin  tiplərinin göstəricilərini, olduğu yerləri tapmağı yoxlamaq məqsədi güdür. III növ təyini söz birləşməsi olduğundan həm uzlaşma, həm də idarə əlaqəsi mövcuddur. Şagirdlərin 53%-i bu suala müsbət cavab vermişdir.

Doğru cavab: B 

10. Budaq cümləsi sintaktik təhlil sxeminə uyğun gələn cümləni müəyyən edin.

A) Əgər ünvanı öyrənsək, vaxtında çatarıq.

B) Danışdılar, eşitdik.

C) Biz getdik, ancaq uşaqlar dayandılar.

D) Onlar evə çatsalar da, qapını açmadılar.

E) Ana dedi ki, oğlu qayıdacaq.

IX sinif həcmində olan və "Mürəkkəb cümlə" fəslinə aid olan çətin test tapşırığıdır. Bu tapşırıq şagirdlərin mürəkkəb  cümlə barədə təsəvvürlərini, onun növlərini, tiplərini necə mənimsədiklərini və necə tətbiq edə bilmək bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Həm də bu tapşırıqda baş cümləni budaq cümlədən ayırmaq, sintaktik təhlil etmək  bacarığını yoxlamaq da hədəfdir. Düşündürücü olduğundan 51% şagird səhv, 35% şagird doğru cavab vermişdir.

Doğru cavab: E 

11. Dil haqqında verilənlərdən biri düzgün deyil:

A) əşyalara ad vermək

B) insanlar arasında əlaqə yaratmaq

C) fikir ifadə etmək

D) yeganə ünsiyyət vasitəsi olmaq

E) ən mühüm ünsiyyət vasitəsi olmaq

X sinif həcmində olub, "Dil haqqında ümumi məlumat" bəhsinə aid, səviyyəcə asan hesab oluna bilən test tapşırığıdır. Bu tapşırıq məzunların dil haqqında hansı məlumatları bilməsi, dilin funksiyalarını necə mənimsəməsi, ünsiyyətə xidmət edən hansı vasitələrin olduğunu yoxlamaq məqsədi daşıyır. 60 % şagird bu suala doğru cavab vermişdir.

Doğru cavab: D 

12. Aşağıdakılardan birinin əmr vermək səlahiyyəti yoxdur:

A) nazirin

B) sinif rəhbərinin

C) ali məktəb rektorunun

D) məktəb direktorunun

E) zavod rəhbərinin

XI sinif həcmində "Üslubiyyat" bölməsinə aid səviyyəcə çətin olmayan test tapşırığıdır. Bu test tapşırığı məzunların əməli yazı növlərindən biri olan əmrin necə hazırlanması, kimlər tərəfindən verilə bilməsi barədə biliyini yoxlamaq məqsədi daşıyır. Şagirdlərin 60%-i suala doğru, 32%-i yanlış cavab vermişdir.

Doğru cavab: B 

13. "Koroğlu" eposunda Eyvazla birlikdə Bağdada durna teli gətirməyə gedən igidlər kimlərdir?

A) Dəli Həsən, Dəmirçioğlu

B) Bəlli Əhməd, Halaypozan

C) Aşıq Cünun, Dəli Həsən

D) Tanrıtanımaz, Tüpdağıdan

E) Dəmirçioğlu, Bəlli Əhməd

X sinif ədəbiyyat fənninə, "Koroğlu" eposuna aid olan asan səviyyəli test tapşırığıdır. Məqsəd eposun qolları, onlarda hansı hadisələrin olmasına aid bilikləri şagirdlərin necə mənimsədiyini üzə çıxarmaqdır. Ədəbiyyat müntəxəbatlarına aid tapşırıqları şagirdlər yaxşı oxumadıqları üçün  nəticə yüksək deyildir. Şagirdlərin 46%-i doğru, 41%-i səhv cavab vermişdir.

Doğru cavab: E 

14. Müəllifi İ.Əfəndiyevdir, avtobioqrafik səciyyə daşıyır, povest janrındadır.

A) "Üçatılan"

B) "Mahnı dağlarda qaldı"

C) "Məhv olmuş gündəliklər"

D) "Geriyə baxma, qoca"

E) "Dağlar arxasında üç dost"

XI sinfin həcmində İ.Əfəndiyev yaradıcılığına aid olan test tapşırığıdır. Orta səviyyəlidir. Belə ki,  İ.Əfəndiyev yaradıcılığına aid olsa da, epik yaradıcılığın nə olduğunu  yaxşı mənimsəyən şagird  çətinlik çəkməməlidir. Bu test tapşırığında məqsəd şagirdlərin yazıçının dramatik yaradıcılığı ilə  epik yaradıcılığını fərqləndirmək bacarığını yoxlamaqdır. 53 % şagird bu suala müsbət cavab vermişdir.

Doğru cavab: A 

2010-2011-ci tədris ilinin buraxılış imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənlərinə aid inteqrativ test tapşırıqlarından da istifadə etmək nəzərdə tutulur. Məqsəd bu fənlərə şagirdlərin marağını, məsuliyyətini artırmaq, onların digər qabiliyyət göstəriciləri ilə bərabər, həm də fənlərarası əlaqə yaratmaq qabiliyyətini yoxlamaqdır. Təqdim olunan bu test modelləri mürəkkəblik səviyyəsinə görə çətin tapşırıqlar hesab olunur.  

1. Ədəbi dilimizdə publisistik üslubun yaranması ilə bağlı doğru fikri müəyyən edin.

Azərbaycan ədəbiyyatının ..........

A) yeni dövrünün ikinci mərhələsinin əhatə etdiyi dövrdə yaranmışdır.

B) orta dövrünün əhatə etdiyi dövrdə yaranmışdır.

C) intibah dövründə yaranmışdır.

D) ən yeni dövründə yaranmışdır.

E) şifahi qolu vasitəsi ilə yaranmışdır. 

2. Tərkibinə görə ..........təhlil sxeminə uyğun gələn hansı əsərin müəllifi C.Məmmədquluzadədir?

A)  "Ölülər"

B)  "Kamança"

C)  "Çıxıbdır"

D)  "Üçatılan"

E)  "Uçurum" 

3. Azərbaycan ədəbi dilində bədii üslubun şeir dilinə aid ilk nümunənin məxsus olduğu sənətkar kimdir?

A) N.Gəncəvi

B)  Q.Bürhanəddin

C)  İ.Həsənoğlu

D)  M.Füzuli

E)  Ş.İ.Xətai 

4. Azərbaycan ədəbiyyatında ilk realist bədii nəsr nümunəsi haqqında doğru fikri müəyyən edin.

A) Müəllifi C.Məmmədquluzadədir.

B) Söz birləşməsi ilə ifadə olunan adının asılı tərəfi feli sifətlə ifadə olunmuşdur.

C) Adı mürəkkəb sözlə ifadə olunmuşdur.

D) Komediya janrından əvvəl yaranmışdır.

E) Adının ifadə olunduğu söz ahəng qanununa tabedir. 

5. Azərbaycan ədəbiyyatının nümayəndəsi olan hansı sənətkarın yaradıcılığında Azərbaycan ədəbi dilinin funksional üslublarına aid nümunə yoxdur?

A)  N.Gəncəvi

B)  Ə.Nəvai

C)  M.Ş.Vazeh

D)  Q.Bürhanəddin

E)  X.Natəvan 

6. Söz sırasının pozulduğu hansı nümunənin müəllifi Aşıq Ələsgərdir?

A) "Gəl tərpətmə yaralanmış könlümü"

B) "Toy-bayramdır bu dünyanın əzabı"

C) "Bir şagird ki, ustadına kəm baxa"

D) "On iki şagirdim işlər hər yana"

E) "Əsər yellər, qəhr eləyər yaz qara" 

7. N.Gəncəvinin neçənci poemalarının adında bağlayıcıdan istifadə edilmişdir?

A)  birinci və üçüncü

B)  üçüncü və beşinci

C)  ikinci və üçüncü

D)  birinci və dördüncü

E)  dördüncü və beşinci 

Məktəblərdə buraxılış imtahanlarına qədər məktəbdaxili qiymətləndirmə zamanı bu modellərə uyğun test tapşırıqlarından istifadə edilməsi məqsədəuyğundur. Çünki bu tipli test tapşırıqları ilə eyni zamanda iki fəndən -Azərbaycan dili və ədəbiyyatdan şagird nailiyyətlərini qiymətləndirmək mümkündür.  

Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov