Fevralın
8-də Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Polşa
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü.
Görüşdə universitetlərarası əlaqələr və bir sıra
maraq doğuran məsələlər barədə geniş fikir
mübadiləsi aparıldı.
Rəhbərlik
etdiyi təhsil ocağı haqqında danışan Səməd
Seyidov universitetdə bir çox istiqamətlər üzrə
müxtəlif ixtisasların mövcud olduğunu bildirdi.
Səfir Mikal
Labenda ölkələrimiz arasında bir sıra sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş
potensialın olduğunu bildirdi. Diplomat Polşa
universitetləri və ADU arasında gələcək
əməkdaşlıq perspektivlərinin də olduğunu dedi.
Mikal Labenda Polşa universitetlərində
Azərbaycan dilinin tədrisinin və
Azərbaycanşünaslıq ixtisasının açılmasının
mümkünlüyündən danışdı. |