Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - ¹07

 

Jurnalın 40 illik yubileyi qeyd edildi

 

Fevralın 12-də Təhsil Nazirliyində "Məktəbəqədər və ibtidai təhsil" jurnalının 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə təhsil nazirinin müavinləri və nazirliyin müvafiq struktur və bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil islahatlarının mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin, müvafiq məcmuələrin, jurnalların çox böyük rolu var. Təhsilin bünövrəsinin məktəbəqədər və ibtidai təhsil pillələrində qoyulduğunu nəzərə çatdıran nazir Azərbaycanın təhsil işçiləri, Təhsil Nazirliyinin rəhbərliyi adından jurnalın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Məktəbəqədər və ibtidai təhsil"in 1970-ci ildən fəaliyyətə başladığını, məcmuəyə bu günə qədər Yəhya Kərimovun rəhbərlik etdiyini söyləyən Misir Mərdanov ötən dövr ərzində jurnalın 180 nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin dərc olunduğunu deyən nazir belə məsuliyyətli bir işin daha səmərəli təşkili üçün tövsiyələrini verib, "Məktəbəqədər və ibtidai təhsil"in əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanlarını təqdim edib, onlara pul mükafatlarının veriləcəyini bildirib.

Yubiley tədbirində çıxış edən baş redaktor, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov jurnalın yaranma tarixindən söz açıb. Y.Kərimov jurnalın formalaşmasında Nağı Günəşli, Əjdər Ağayev və Məhəmməd Baharlının böyük əməyinin olduğunu qeyd edib. O, təhsilimizin çiçəklənməsində, müəllimlərin nəzəri və praktik biliklərinin artırılmasında məcmuənin rolundan və qarşıda duran məsələlərdən bəhs edib və jurnala göstərdiyi qayğıya görə təhsil nazirinə minnətdarlığını bildirib.

Sonra Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədov, Xudat şəhər 2 nömrəli məktəbin müəllimi Nəzakət Kərimova, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Təhsil Problemləri İnstitutunun sosial tədqiqatlar şöbəsinin müdiri Limunət Əmrahlı, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Vilayət Əliyev çıxış edərək jurnalın Azərbaycan təsilinin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb və redaksiya kollektivinə gələcək işlərində uğurlar arzulayıblar. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov