Fənn
olimpiadalarının yekun turunun keçirilməsi
məqsədilə
ƏMR EDİRƏM:
1. Fənn
olimpiadalarının yekun turu 17-18 mart 2011-ci
il tarixdə Bakı şəhərində keçirilsin.
2.
Olimpiadaların yekun turunun iştirakçıları 17
mart 2011-ci il tarixdə qəbul edilib aşağıdakı
müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan
dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri
üzrə nazirlik nəzdindəki S.C.Pişəvəri adına
humanitar fənlər gimnaziyasında - F.Yusifov
küçəsi, 39, tel.: 567-22-17
- riyaziyyat,
fizika və informatika fənləri üzrə nazirlik
nəzdindəki fizika-riyaziyyat və informatika
təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci
məhəllə, tel.: 510-76-28
- kimya və
biologiya fənləri üzrə nazirlik nəzdindəki
kimya-biologiya təmayüllü liseydə - 8-ci
kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel.:
323-78-42
3.
Olimpiadaların yekun turu Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat,
fizika, kimya, biologiya fənlərindən
iştirakçıların yerləşdiyi müəssisələrdə,
informatika fənnindən isə BDU-da 18 mart 2011-ci
il tarixdə keçirilsin.
4.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn
olimpiadalarının xərclər smetasını hazırlayıb 10
gün müddətinə təsdiqə təqdim etsin.
5.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
6. Əmrin
icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16 fevral 2011-ci il |