Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü haqqında" 21
yanvar 2011-ci il tarixli, 1293 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünün təhsil
müəssisələrində qeyd edilməsinə dair Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin
(əlavə olunur).
2. Naxçıvan MR
təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin,
idarələrinin müdirləri, ali, orta ixtisas, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər.
3.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri
"Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
4. Ümumi şöbə
(H.Məmmədova) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin
icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il |