Cari il iyulun
2-dən 16-dək Azərbaycan Diplomatik Akademiyası
(ADA) Dövlət Neft Şirkəti ilə birgə V Bakı Yay
Enerji Məktəbini təşkil edəcəkdir.
ADA-nın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
tədbirə ekologiya və təbii sərvətlər, sənaye və
energetika nazirliklərinin, Dövlət Neft
Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən
xarici neft-qaz şirkətlərin nümayəndələri də
qatılacaqlar. Yay məktəbində Xəzər regionu
ölkələrinin, ABŞ-ın Rice və Texas A&M
universitetlərinin tanınmış professorları
mühazirə oxuyacaqlar. Nabukko layihəsinin
təmsilçiləri, Avropanın aparıcı ali təhsil
ocaqlarının mütəxəssisləri isə neft və qaz
sənayesinin praktik məsələləri barədə
təcrübələrini bölüşəcəklər.
Tədbirdə
enerji siyasətinin iqtisadi və siyasi əsasları,
ətraf mühitə təsiri, regional inkişafa töhfəsi
və digər məsələlər müzakirə olunacaqdır.
Proqram
haqqında daha ətraflı məlumatı və yay məktəbində
iştirak üçün ərizə formalarını
ada.edu.az/summerschool saytından əldə etmək
olar.
AzərTAc |