|
|
|
Heydər Əliyev Fondunun
dəstəyi ilə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində
|
|
|
|
Gürcüstanın
Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani
rayonundakı Qaracalar kəndində yeni məktəb
binası inşa olunur. Müasir standartlara uyğun
tikilən bina yeni dərs ilinədək istifadəyə
veriləcəkdir.
Qardabani
Rayon Məclisi (Sakrebulo) sədrinin müavini
Xanəhməd Qəribov AzərTAc-a bildirmişdir ki,
Qaracalar məktəbinin binası Heydər Əliyev
Fondunun dəstəyi ilə inşa olunur. Gürcüstandakı
soydaşlarımızın sosial-iqtisadi durumunun
yaxşılaşdırılmasını, təhsilin səviyyəsinin
yüksəldilməsini daim diqqətdə saxlayan Fondun
xətti ilə son illər Gürcüstan
azərbaycanlılarının məskunlaşdıqları bölgələrdə
bir çox məktəb binaları təmir olunmuş, yeni
binalar tikilmiş, təhsil ocaqları lazımi
kitablar, avadanlıqla təmin edilmişdir. Bütün
qayğı və diqqətə görə gürcüstanlı soydaşlarımız
Fondun prezidenti Mehriban xanım Əliyevaya
minnətdardırlar.
Qaracalar kəndində tikilən üçmərtəbəli məktəb
binası müasir tipli fənn kabinetləri ilə təmin
ediləcək və ayrıca idman meydançası da
olacaqdır. Bölgənin qubernatoru David Kirkitadze
tikintinin gedişi ilə tanış olmuş və məktəb
binasının vaxtında istifadəyə veriləcəyini
bildirmiş, təhsil ocaqlarının müasir tələblər
səviyyəsində bərpa olunması, avadanlıqla
təchizat məsələlərində göstərdiyi qayğıya görə
Heydər Əliyev Fonduna təşəkkür etmişdir. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|