Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsi |
QƏRAR ¹ 251
Bakı şəhəri |
10
fevral 2011-ci il |
Azərbaycanda
şahmat geniş yayılmış ənənəvi idman oyunlarından
biridir və xalqımızın mədəniyyətində özünəməxsus
yer tutur. İntellektual idman növü kimi şahmatın
inkişafına ötən əsrin 70-ci illərindən etibarən
respublikamızda böyük diqqət göstərilmişdir. Bu
məqsədlə dövlət səviyyəsində qərarlar qəbul
edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri
və klubları açılmışdır. Görülən tədbirlər
nəticəsində artıq ölkəmizdə şahmat oyununa maraq
kütləvi xarakter almışdır.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü və onun
xatirəsinə ehtiram əlaməti olaraq respublika
ümumtəhsil məktəblərinin müəllimləri arasında
şahmat yarışının keçirilməsini məqsədəuyğun
hesab edir və həmin yarışların yüksək səviyyədə
keçirilməsini təmin etmək məqsədilə
QƏRARA ALIR:
1. Ümumtəhsil
məktəblərinin müəllimləri arasında ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş şahmat yarışı keçirilsin.
2.
Respublikanın ümumtəhsil məktəblərinin
müəllimləri arasında keçiriləcək şahmat yarışı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə tədbiri
sayılsın.
3. Şahmat
yarışı 2011-ci ilin fevral-aprel aylarında üç
mərhələdə keçirilsin:
I mərhələ
- orta ümumtəhsil məktəblərində martın 10-dək;
II mərhələ
- şəhər və rayonlarda aprelin 10-dək;
III mərhələ -
respublika üzrə Bakı şəhərində aprel ayının son
ongünlüyündə.
4. Şahmat
yarışının təşkili və keçirilməsi üzrə Təşkilat
Komitəsinin (əlavə 1), Hakimlər kollegiyasının (əlavə
2) tərkibləri və Əsasnaməsi (əlavə 3) təsdiq
edilsin.
5. Şəhər,
rayon təhsil şöbələrinin müdirləri, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı şəhər və
rayon komitələrinin sədrləri:
- bu qərarla
təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun
olaraq yarışların I və II mərhələlərinin
keçirilməsini təmin etsinlər;
- şəhər və
rayonlarda keçirilmiş II mərhələnin qalibləri
haqqında məlumatı (soyadı, adı, atasının adı,
ixtisası, iş yeri) 2011-ci il aprelin 15-dək
Təşkilat Komitəsinə təqdim etsinlər;
- şəhər, rayon
təhsil şöbələri III mərhələdə iştirak edəcək
qaliblərin ezamiyyət xərclərinin ödənilməsini
təmin etsinlər;
- ATİAHİ şəhər
və rayon komitələri yarışların II mərhələsinin
qaliblərinin mükafatlandırılmasını təmin
etsinlər.
6. Yarışın
keçirilməsi ilə əlaqədar tərəflər öz üzərinə
götürür:
6.1. Təhsil
Nazirliyi:
- yarışda I,
II və III yerlərə layiq görülənlərə diplomların
verilməsini;
- yarışın III
mərhələsinin keçirilməsi üçün yerin və şəraitin
təmin edilməsini:
6.2.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi:
- yarışın
qaliblərinin mükafatlandırılmasını;
I yer üçün
bilgisayar,
II yer üçün
videokamera,
III yer üçün
fotoaparat,
- hakimlər
kollegiyasının sədrinə 300 manat, üzvlərinə isə
200 manat məbləğində pul mükafatının verilməsini.
7. Təhsil
Nazirliyinin tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsi və ATİAHİ Respublika
Komitəsinin mədəni-kütləvi və idman işləri
şöbəsi bu qərardan irəli gələn vəzifələrin
yerinə yetirilməsini təmin etsinlər.
8. Təhsil
Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin
müvafiq şöbələri qərar və əlavələrin "Azərbaycan
müəllimi" və "Təhsil işçisi" qəzetlərində dərc
edilməsini təmin etsinlər.
9. Qərarın
icrasına nəzarət nazir müavini E.Qasımova və
sədr müavini Ş.Əsgərova həvalə olunsun.
Azərbaycan Respublikasının təhsil naziri
M.MƏRDANOV |
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
S.MEHBALIYEV |
|