Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - ¹07

 

Ali məktəb tələbələrinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş
bədii yaradıcılıq festivalının keçirilməsi barədə
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

 
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsi

QƏRAR ¹ 250

Bakı şəhəri  

 10 fevral 2011-ci il

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əbədi liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 10 may 2011-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli  adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 

QƏRARA ALIR: 

1. Ali məktəb tələbələrinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə  həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilsin.

2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı 2011-ci ilin mart-aprel aylarında keçirilsin.

4. Festival qaliblərinin yekun konserti 2011-ci ilin may ayının birinci  ongünlüyündə keçirilsin.

5. Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsi (əlavə 2) və Münsiflər Heyəti (əlavə 3) üzvlərinin siyahısı təsdiq edilsin.

6. Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:

 - bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini;

- hər bir ali məktəb yekun konsertinin televiziya kanallarında işıqlandırılmasını təmin etsin.

7. Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:

7.1. Təhsil Nazirliyi

- Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;

7.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

- Diplomların, dəvətnamələrin hazırlanmasını;

- Münsiflər Heyətinin sədrinə 500 manat, üzvlərinə (4 nəfər) isə 300 manat məbləğində pul mükafatının verilməsini;

- Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin icarəyə götürülməsini.

8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. "Təhsil işçisi" qəzeti redaksiyası qərar və əlavələrin, festivalın gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.

10. Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

11. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun. 

Azərbaycan Respublikasının təhsil naziri
M.MƏRDANOV
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsinin sədri
S.MEHBALIYEV
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov