| 
								 Prezident 
								İlham Əliyev fevralın 10-da Goranboy rayonuna 
								səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi 
								üçün nəzərdə tutulan və birinci mərhələdə 165 
								ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin 
								istifadəyə verilməsi münasibətilə keçirilən 
								mərasimdə iştirak etmişdir. Sonra dövlət 
								başçısı yeni məhəllədə inşa olunmuş Xocalı şəhər 
								1 nömrəli orta məktəbin həyətində pəhləvan 
								Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxdı və 
								aşıq musiqisini, gənc ifaçıları dinlədi. 
								 Sonra dövlət 
								başçısı qəsəbə sakinləri ilə görüşdü. 
								 Daha sonra 
								Prezident İlham Əliyev Xocalı şəhər 1 nömrəli  
								orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. 
								İkimərtəbəli məktəb binasının foyesində 
								ümummilli lider Heydər Əliyevin 2002-ci ilin 
								sentyabr ayında Goranboyun Aşağı Ağcakənd 
								qəsəbəsinin açılışında iştirakı ilə bağlı 
								fotoguşə yaradılmışdır. Məktəbin sinif 
								otaqlarından əlavə informatika, fizika və 
								riyaziyyat kabinetləri, kimya laboratoriyası, 
								kitabxanası, emalatxana və yeməkxanası da var. 
								İdman zalında isə basketbol, güləş və voleybolla 
								məşğul olmaq mümkündür. Dövlət başçısı burada 
								gənc idmançıların çıxışını izlədi.  
								 Məktəbin 
								ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və 
								Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun 
								ölkəmizdə təhsilin inkişafına diqqət və 
								qayğısını əks etdirən, habelə Xocalı faciəsinə 
								dair fotoguşələr yaradılmışdır. Məktəb 
								binasının qızdırılması üçün ayrıca qazanxana da 
								inşa olunmuşdur.  
								
								Məktəblə tanışlıqdan sonra Prezident İlham 
								Əliyev yeni yaşayış məhəlləsindəki Xocalı 
								soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət 
								edərək gül dəstəsi qoydu.   
								
								AzərTAc |