Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Yanvar 2011 - ¹06

 

Monitorinq və qiymətləndirmə

2009-2010-cu tədris ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında
xarici dil fənni üzrə nəticələr barədə

 

Ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında xarici dil fənni üzrə test tapşırıqları tərtib edilərkən tam kurs,  yəni keçilmiş bütün mövzular əhatə olunmuşdur.

Test tapşırıqlarının sayı hər variantda 15 olmaqla  asan, orta, çətin səviyyələr üzrə qruplaşdırılmışdır və təkcə qrammatika deyil, həmçinin şagirdlərin dil vərdiş və bacarıqları da nəzərə alınmışdır:

* hərf və səsləri bir-birindən fərqləndirə bilmək

* artikllərin işlənmə yerini - birləşmələrdə yerində və düzgün istifadə etməyi bacarmaq

* sifət və zərf, onların dərəcələrinin düzgün seçilməsi

* əvəzliklərin düzgün işlədilməsi

* sözdüzəltmə; verilmiş suffiks və prefikslərin köməyi ilə sözlər düzəltmək, sadə, düzəltmə və mürəkkəb sözləri - isimləri fərqləndirmək

* leksik minimum dairəsində sözlərin sinonim və antonimini seçə bilmək

* sözlərin bu və ya digər nitq hissəsinə aid olduğunu ayırd edə bilmək

* sözönülərindən yerində istifadə etmək

* bağlayıcı və ədatları  düzgün seçmək və yerində işlətmək

* düzgün sual və inkar cümlələrini seçə bilmək

* fellərin müxtəlif zamanlarını düzəltmək və onları  cümlədə işlətmək, eləcə də zamanların uzlaşması qaydasını bilmək

* felin məlum və məchul növdə düzgün işlənməsini bilmək

* modal, bağlayıcı və köməkçi fellərin işlənməsi yerini düzgün müəyyən etmək

* verilmiş kiçikhəcmli orta çətinlikli mətnləri məntiqi,  düzgün və ardıcıl tamamlamaq

* düzgün sual cümləsi qurmaq

* düzgun cümləni seçmək

* düzgün sozü və ya variantı seçə bilmək,  məntiqi testləri anlamaq

* vasitəsiz nitqi vasitəli nitqə (və ya əksinə) çevirə bilmək 

Əyanilik üçün ingilis dilindən istifadə olunmuş test nümunələrinə nəzər yetirək:

1. Choose the line of words with the sound [ıə].

A) engineer, deer, fear, pear

B) beer, dear, here, near

C) tear, stay, clear, fare

D) where, ear, dare, stairs

E) wear, fair, chair, year 

Göründüyü kimi, bu test tapşırığı  fonetika bəhsinə aiddir.

Fonetika dilin səslərdən bəhs edən bir hissəsidir. Hər bir dilin özünəməxsus fonetik quruluşu var. Hər hansı bir dili öyrənmək üçün əvvəlcə onun səs sistemini, sözlərin vurğusunu öyrənmək lazımdır.

Biz səsləri tələffüz edirik və eşidirik, hərfləri isə yazırıq və görürük. İngilis dilində olan sait səslər monoftonqlara və diftonqlara bölünür. Monoftonqlar tək avazlı, diftonqlar isə cüt avazlı səslərdir. Verilən test tapşırığında məqsəd şagirdlərin variantlarda verilmiş sözlərdə [ıə] diftonqunun düzgün tələffüzünü bilib-bilmədiklərini yoxlamaqdır.

E variantında "fair", "chair" sözləri,  

D-də "dare", "stairs", 

C variantında "fare",  

A - da  isə "pear" sözlərində [ea] diftonqu kimi səslənir.

Beləliklə,  B variantı düzgün cavabdır.

Bu tapşırığa şagirdlərin 79,89%-i düzgün, 15,08% isə yanlış cavab vermişdir. Bu da onu göstərir ki, bu mövzu şagirdlərimiz tərəfindən yaxşı mənimsənilmişdir. 

2. Choose the correct nouns in the possessive case.

1. That  man‘s driving so fast.

2. Max‘s got some books by Charlotte Bronte.

3. Our host‘s dogs stopped barking.

4. Your brother‘s here.

5. The postman‘s little son is naughty.

A) 3, 4              

B) 1, 5          

C) 2, 3  

D) 3, 5             

E) 4, 5  

Bu test tapşırığı ismin yiyəlik halı mövzusuna aiddir. İngilis dilində ismin yiyəlik halı əsasən şəxs və əşya arasında mövcud olan yiyəlik, sahiblik əlaqəsini, yəni bu və ya digər əşyanın kimə məxsus olduğunu bildirir. Habelə, məlumdur ki, isimlərin yiyəlik halını düzəltmək ücün tək isimlərin sonuna ‘s şəkilçisi artırılır,  eləcə də yiyəlik halı ‘s şəkilçisi ilə düzəlməyən cəm isimlərin yiyəlik halı da eyni cür, yəni ‘s şəkilçisi artırmaqla düzəlir. S şəkilçisi qəbul edən cəm isimlərin yiyəlik halını düzəltmək üçün sözün sonuna sadəcə apostrof - ‘ işarəsi qoymaq lazımdır.

Bunu da bilmək vacibdir ki, ingilis dilində bir çox qısaltmalar var, məsələn: "is",  "has"  felləri, "us" əvəzliyi qısaldılmış formada ‘s kimi verilir. Bu səbəbdən 1-ci cümlədəki ‘s -  "is"-in  qısaldılmış formasıdır,

2-ci cümlədəki ‘s "has"-ın qısaldılmış formasıdır, 4-cü cümlədəki ‘s  yenə də "is" - in qısaldılmış formasıdır. Beləliklə də, 3-cü və 5-ci cümlələr düzgün cavabdır: Bizim ev sahibinin itləri və Poçtalyonun kiçik oğlu - ismin yiyəlik halında olan cümlələrdir.

Cavab:  D variantıdır.

Bu test tapşırığını 59%-ə yaxın şagirdlər doğru,  33,27% isə yanlış cavablandırmışdır. Bu isə heç də pis göstərici deyil. 

3. Choose the correct articles.

...Sheremetyevo is one of the best airports. ItTs... large airport.

A) -, a            

B) the, the     

C) the, -

D) -, the         

E) a, - 

Bu test tapşırığı artikl mövzusuna aiddir.  İngilis dilində Azərbaycan dilinə xas olmayan külli miqdarda öyrənilməli və yadda saxlanılmalı qaydalar vardır; bu dildə bəzi sözlərin isim olması onların qarşısında artiklin işlədilməsi ilə müəyyən edilir. Artiklin başlıca vəzifəsi ismə xas olan qeyri-müəyyənlik və müəyyənlik kateqoriyalarını ifadə etməkdən ibarətdir.

İngilis dilində 2 cür artikl vardır: qeyri-müəyyən artikl (a, an)  və müəyyən artikl (the). Qeyri-müəyyən artikl Azərbaycan dilinə konkret isimlərlə işlənərkən "bir" sözü kimi tərcümə edilir və ya heç tərcümə edilmir,  başqa bir halda isə "to be" felindən sonra ismin necəliyindən danışıb, onu təsvir etdikdə də işlənə bilər. Cümlənin ikinci hissəsi buna nümunədər. Müəyyənlik artikli isə çox vaxt işarə əvəzliyi kimi tərcümə edilir. Bir sıra hallarda - xüsusi adların qarşısında, şəhərlər, küçələr, meydanlar, aeroport adları qarşısında - (testin 1-ci hissəsi buna misaldır)  artikl işlənmir. Bu səbəbdən B, C, D, E cavabları səhvdir.

Doğru cavab:  A variantıdır.

Şagirdlərin 46,89%-i bu tapşırığa düzgün cavab vermişlər. 49,35% isə yanlış variantlar seçmişlər. Ümumiyyətlə,  nəzərə alsaq ki,  artikl bəhsi  Azərbaycan dilində qarşılığı olmayan və ingilis dilində çətin hesab olunan bəhslərdən biridir,  təbii ki,  doğru cavab faizini qənaətbəxş hesab etmək olar. 

4. Choose the correct degree of the adjective or the adverb.

This method seems... than the other one and people speak... of it.

A) successful, highly

B) more successfully, highest

C) more successfully, most highly

D) more successful, highly

E) much more successful, high 

Verilən test tapşırığı sifət və zərf mövzusuna aiddir. Azərbaycan dilində olduğu kimi ingilis dilində də sifət şəxs və əşyanın necəliyini bildirir. Sifətlər sadə, düzəltmə, mürəkkəb ola bilir və onların üç - adi, müqayisə və üstünlük dərəcələri vardır. 1 və 2 hecalı sifətlərdə müqayisə dərəcəsi "er" şəkilçisi vasitəsilə, çoxhecalı sifətlərdə isə "more" sözü vasitəsi ilə düzəlir. Əgər sifətlər ismin keyfiyyətini bildirirsə, zərflər də hərəkətlərin keyfiyyətini bildirir. Zərflər mənalarına görə hərəkətin zamanını, yerıni, səbəbini, tərzini, necə baş verdiyini, dərəcəsini və s. bildirir.

Zərflər də sadə, düzəltmə, mürəkkəb olurlar, düzəltmə zərflər isə "ly" şəkilçisi vasitəsilə düzəlir.  İngilis dilində bir sıra fellərdən (onlara feli bağlayıcılar deyilir) sonra zərf işlənmir və "seem" feli də həmin bu qrupa aid olan fellərdəndir.

B və C variantları  elə  məhz bu səbəbdən səhvdir.

Cümlədə "than" bağlayıcısı sifətin müqayisə dərəcəsini tələb etdiyindən A -variantı da səhv cavabdır. Cümlənin 2-ci hissəsində isə "speak" sözu zərf  tələb etdiyindən E variantı da səhvdir.

Ümumiyyətlə, artikl bəhsi ingilis dilində çətin hesab olunan bəhslərdən biridir, doğru cavab D variantıdır.

Bu tapşırığa şagirdlərin 67,59% düzgün,  26,56% şagird yanlış cavab vermişdir. Sifət və zərf bəhsi dərsliklərimizdə kifayət qədər geniş  verildiyindən şagirdlərimiz bu bəhsləri lazımi qədər yaxşı anlamış və  ona görə də bu suala imtina faizi çox azdır. 

5. Choose the correct pronouns.

I haven‘t been able to find... who might be able to help me. There must be ...who knows how to fill out this application form.

A) anyone, someone           

B) no one, someone      

C) anyone, no one              

D) no one, anyone       

E) someone, anyone 

Bu test tapşırığı əvəzlik mövzusuna aiddir.  Əvəzlik əsas nitq hissələrindən biri olub ümumiləşdirmə xüsusiyyətinə malikdir. Məsələn, danışan "I", dinləyən "you", haqqında danışılanlar isə "she, he, it" əvəzlikləri ilə əvəzlənir.

İngilis dilində 11 cür əvəzlik vardır: şəxs əvəzliyi, yiyəlik əvəzliyi, qayıdış əvəzliyi, qeyri-müəyyən əvəzlik və s. Bu test tapşırığı "some" və "any" qeyri-müəyyən əvəzliklərinin törəmələrinə aid test nümunəsidir.

Verilən cümlənin inkar cümlə olduğunu nəzərə alsaq, aydın olur ki "some" və onun törəmələri əsasən təsdiq cümlələrində işlənir, buna görə də E - səhv variantdır. İngilis dilində bir cümlədə  iki inkar bildirən əvəzlik "no", "none", "neither" və yaxud inkar hissəciyi "not" eyni vaxtda işlənə bilməz, buna əsasən  B, C, D variantları da səhvdir.

Tərcümə etsək görərik ki, doğru cavab  A variantıdır.

Şagirdlərin 58,39%-i bu tapşırığı düzgün, 30,24% isə yanlış cavablandırıb ki, bu da pis göstərici deyil. Amma dərsliklərimizdə bu nitq hissəsi kifayət qədər geniş işıqlandırıldığından şagirdlər daha diqqətli olsaydılar, bu tapşırığa  doğru cavab faizi daha yüksək ola bilərdi. 

6. Choose the sentences where the verb "to do" is used as an auxiliary verb.

1. "Can I do anything for you?" I repeated.

2. You didnTt have to hurt her feelings.

3. The children will do their best to pass the exams successfully.

4. Try to do everything as well as you can.

5. Do you understand my question?

A) 2, 5         

B) 2, 3       

C) 3, 5       

D) 1, 2         

E) 4, 5 

Verilən test tapşırığında ’to do’ felinin köməkçi fel kimi işləndiyi cümlələri  tapmaq lazımdır.

1-ci cümlədə ’do’ əsas məna daşıyan feldir, yəni öz mənasını saxlayıb və - etmək kimi tərcümə olunur.

2-ci cümlədə isə ’didn’t’  köməkçi felin inkar formasıdır. 

3-cü cümlədə ’do’ yenə də etmək - əsas məna daşıyan feldir.

4-cü cümlədə  də eyni ilə ’to do’ əsas məna daşıyan feldir.

5-ci cümlədə isə ’do’  indiki sadə zamanda sual cümlələrində istifadə olunan köməkçi fel kimi işlənmişdir.

Beləliklə, doğru cavab 2-ci və 5-ci cümlələr, yəni- A variantıdır.

Bu test tapşırığına dogru cavab faizi - 47,57%,  yanlış isə 42,14%-dir.

Baxmayaraq ki,  bu tapşırığa düzgün cavab faizi çox da az deyil, burada şagirdlərimiz  verilmiş cümlələri sadəcə daha diqqətlə oxuyub tərcümə etsəydilər  ’to do’ felinin əsas və ya köməkçi fel kimi işlənməsini asanlıqla tapa bilərdilər. 

7. Choose the correct Exclamatory Sentences.

1. How beautiful the scenery is!

2. How talented a painter is!

3. How well  the cake  tastes!

4. How sweet the flowers smell!

5. How difficult was  the text!

A) 1, 5           

B) 2, 4     

C) 1, 4          

D) 3, 5           

E) 2, 3 

Test tapşırığı nida cümlələrinə aiddır. İngilis dilində hər növ cümlələrin söz sırası olduğu kimi, nida cümlələrinin  də özünəməxsus quruluşu var.

Nida cümlələrinin quruluşuna əsasən fel isimdən sonra işlədilir, ona görə 5-ci cümlə səhvdir.

’How’ nida sözü ilə başlanan cümlələrdə ’a’ ’an’ qeyri-müəyyən artiklindən istifadə olunmur. Buna görə də  2-ci cümlə də səhvdir.

Bir sıra bağlayıcı fellərlə - məsələn (taste, smell, look) - cümlədə yalnız sifət işlənə bilər, ona görə 3-cü cümlə də səhvdir.

Beləliklə, doğru cavab 1 və 4 - yəni C variantıdır.

Bu test tapşırığına 46,18% şagird düzgün cavab verib, bu da onu göstərir ki, şagirdlərimiz nida cümlələrini kifayət qədər yaxşı mənimsəməyiblər. Belə olmasaydı, 42 % -ə yaxın şagird yanlış cavabları seçməzdi.   

8. Choose the correct sentence in the Passive Voice.

1. Was the soup tasty yesterday?

2. Was the soup eaten yesterday?

3. Was the soup given to you tasty?

4. Was the soup given to them?    

A) 1, 2     

B) 1, 3     

C) 3, 4     

D) 2, 4   

E) 2, 3 

Bu test tapşırığı felin məchul növünə - məchul növdə işlənən cümlələrə aiddir. Məchul növ Azərbaycan dilində olduğu kimi ingilis dilində də çox işlənir.

İngilis dilində məchul növün qurulması müəyyən qaydalar tələb edir. Belə ki, əgər məlum növdə mübtəda özü hərəkəti icra edirsə,  məchul növdə olan cümlələrdə hərəkətin icrası mübtəda üzərində etdirilir, yəni hərəkət kiminsə tərəfindən etdirilir.

Məchul növ ’to be’ felinin müvafiq zamana uyğun forması və əsas məna daşıyan felin 3-cü forması - feli sifət II vasitəsilə düzəlir.

1-ci cümlədə əsas məna daşıyan fel yoxdur.

3-cü cümlədə isə ’given’   sözü verilmişdir kimi yox, verilən - feli sifət funksiyasında çıxış edib.

Beləliklə, doğru cavab D variantıdır.

Felin məchul növündə verilən cümlələri şagirdlər sevə-sevə edirlər. Bu test tapşırığına 62%-ə yaxın şagird düzgün cavab verib. Yalnız 28,55% yanlış cavabları seçib. 

9. Choose the sentence logically correct.

A) If you want to be a good teacher you must work hard at your profession.

B) If you want to be a teacher you must not be hardworking.

C) If you want to be a teacher you must enter Economy University.

D) If you want to help others you must do nothing.

E) If you want to buy food you must go to the chemist's.  

Bu test tapşırığı məntiqi tərcüməyə əsasən tapılmalıdır.

Belə cümlələr şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirir, onları düşünməyə sövq edir və məntiqli seçim etməyə yönləndirir. Düzgün tərcümə etsək görərik ki, doğru cavab A variantıdır.

Sevindirici haldır ki, məntiqlə əlaqəli tapşırıqları şagirdlərimiz heç də pis yazmayıblar, belə ki, burada doğru cavabı seçənlər 64%-ə yaxındır, yanlış cavab verənlər isə 30,76% təşkil edir. 

10. Complete the dialogue.

- Hi, is that you, Tom?

- Yes, itTs me. Hello, Nick.

- Tom, would you like to go to the      

   swimming pool with me?

- I’d love to, but I can’t.

- Why?

- ....

A) I like the swimming pool very much

B) My one year old son doesn’t let me

C) I am ill

D) I hate going to the swimming pool

E) Because the water is normal 

Verilən dialoq şagirdlərin danışıqda işlətdikləri sual və cavab cümlələrini düzgün anlayıb, düzgün qura bilmələrini yoxlamaqdır. Belə dialoqlarda məntiqi tərcüməyə fikir verilməlidir. Belə ki, şagird tərcüməni düzgün edərsə, cavabı asanlıqla tapa bilər.

Doğru cavab C variantıdır. Bu tapşırığa da 63,58% doğru cavab verib, bu  isə o deməkdir ki, şagirdlər məntiqi tapşırıqları etməkdə artıq bir o qədər də çətinlik çəkmirlər. Burada yalnız 29% şagird yanlış cavaba üstünlük vermişdir.

Qarşıdakı buraxılış imtahanlarında şagirdlərin qabiliyyətlərini, bilik və bacarıqlarını yoxlamaq məqsədilə müxtəlif səpgili test tapşırıqları təklif olunacaqdır. Onlardan fərqli tərtibata malik bəzi nümunələri nəzərdən keçirək.

1. Choose the correct prepositions.

George apologized...E breaking the window but his mother went... shouting.

A) in, up           

B) from, -         

C) at, by   

D) to, of           

E) for, on   

Verilən test tapşırığı sözönü mövzusuna aiddir. Sözönü adlanan nitq hissəsi köməkçi nitq hissəsidir. Sözönləri sadə, düzəltmə, mürəkkəb və s. olurlar. İfadə etdikləri leksik-qrammatik mənalarına görə sözönüləri məkan bildirən: in, at, in front of və s., istiqamət bildirən: to, into, towards və s, zaman bildirən: for, since, after və s. bölünür. Həmçinin sözönüləri tabesizlik və tabelilik bağlayıcıları olmaqla 2 qrupa bölünürlər.

Bu test tapşırığında verilən "apologized" sözündən sonra tabesizlik əlaqəsi ifadə edən səbəb - nəticə bildirən bağlayıcı olan "for" işlənməlidir.

Deməli,  doğru cavab E variantıdır. 

2. Choose the correct tense forms.

We... our holiday in Turkey, but unfortunately we... terrible weather.

A) had, have                       

B) have, had  

C) had, didn’t have            

D) had, had     

E) didnTt  have, had 

Bu test tapşırığı felin zamanları mövzusuna aiddir. A və B variantlarında zaman uzlaşması olmadığından bu variantlar düzgün ola bilməz,  C, D və E variantları arasında seçim etmək üçün tərcümə etsək, məhz tərcümə vasitəsilə cümlənin 2-ci hissəsində ’unforntunately’ sözü təəssüf  bildirdiyindən, verilən variantlardan yalnız  D variantının  düzgün cavab olduğunu görərik. 

3. Choose the correct variant.

I wonder, where... after classes.

A) he did go        

B) he went     

C) did he go

D) went he          

E) did he went  

Göründüyü kimi, bu test tapşırığı məntiqə və qrammatik qaydaya əsasən tamamlanmalıdır. Bu növ cümlələr ingilis dilində cümlə qurarkən söz sırasını düzgün sıralamaqda böyük əhəmiyyətə malikdir.

Cümlə nəqli cümlə olduğundan A, C, E variantları səhvdir.

Cümlədəki söz ardıcıllığını izləsək D variantının da düzgün olmadığını görərik.

Beləliklə, doğru cavab B variantıdır. 

4. Choose the correct variant.

I’m glad they are our neighbours. They are... nice people!

A) so                 

B) such a             

C) such 

D) as                 

E) though 

Bu test tapşırığı mənagücləndirici ədatlara, ’such’ və ’so’ işarə əvəzliklərinə aiddir. Azərbaycan dilinə onlar ’elə’, ’belə’ kimi tərcümə olunur. Bildiyimiz kimi, ’so’ ədatından sonra isim işlənmir, yalnız ’such’ ədatından sonra isim işlənir. Buna görə də A variantı səhvdir.

D və E variantlarında olan bağlayıcılar  isə mənaca uyğun deyil.

Cümlədəki people sözü isə cəm isim olduğundan, qeyri-müəyyən artikllə işlənə bilməz. Deməli, B variantı da səhvdir.

Beləliklə, C variantı doğru cavabdır.  

5.  Choose the correct interrogative  sentence.

A) Have you been able to pack all the things?

B) Have you be able to pack all the things?

C) Was you able to pack all the things?

D) You have been able to pack all the things, have you?

E) You will be able to pack all the things, will  you? 

Bu test tapşırığının mövzusu sual cümlələri və onların düzgün verilməsi - qurulması qaydalarına aiddir. İngilis dilində hər cümlə növünün özünəməxsus söz sırası vardır, o cümlədən də sual cümlələrinin.

Ümumi sual cümlələri zamanından asılı olaraq köməkçi fellə başlayır.

Xüsusi sual cümləsi  xüsusi sual əvəzlikləri ilə başlayır. Ayırıcı sual isə vergül vasitəsilə ayrılır.  Bildiyimiz kimi, bu növ suallarda cümlənin 1-ci hissəsi təsdiqdə olarsa, 2-ci hissəsi inkarlıq bildirməlidir.

D variantındakı sual cümləsi bu növ suallardandır. Göründüyü kimi,  bu qayda burada pozulub və buna görə də D səhv variantdır.

E variantında eyni qayda tətbiq olunmalı idi, beləliklə, bu variant da səhvdir.

C variantında ’you’ əvəzliyi ilə ’was’ deyil,  ’were’ feli işlənilməliydi.

B-variantında isə ’to have been able to’ ifadəsi düzgün işlədilməyib.

Doğru cavab A variantıdır. 

6. Choose the correct modal verb.

Though  the gate was locked, we E to enter the house.

A) could                   

B) were  able        

C) weren’t able       

D) have to         

E) donTt have  to 

Bu test tapşırığı modal fellərə aid test nümunəsidir. İngilis dilində modal fellərə naqis fellər də deyilir, onların bir çox özəllikləri vardır, məsələn, onlar  heç vaxt "s" sonluğu qəbul etmir, özlərindən sonra gələn feli "to" hissəciksiz qəbul edir,  özləri sual və inkar formasını düzəldir və s.

A variantında "could"- dan sonra "to" gəldiyi üçün, doğru cavab ola bilməz.

C variantını tərcümə etsək görərik ki,  bu cümlə məntiqi cəhətdən düzgün deyil, cümlə keçmiş zamanda verildiyindən  D və E variantları  da zamana görə uzlaşmır,  belə ki, düzgün cavab B variantıdır. 

7. Choose the correct variant.

The man looked ... and he looked at us ... .

A) strangely, angry               

B) strange, angrily           

C) strange, much angrily      

D) strange, angry             

E) strangest, angry 

Verilmiş test tapşırığı sifət/zərf  mövzusuna aid test nümunəsidir.  Bilirik ki, ingilis dilində look feli həm baxmaq, həm də görünmək mənasını verir. Bu cümlədə  look - görünmək mənasında, yəni bağlayıcı fel kimi işləndiyindən özündən sonra sifət tələb edir, lakin cümlənin 1-ci hissəsində zərf verilib, o səbəbdən də A variantı doğru cavab ola bilməz.

C variantının 2-ci hissəsində much dərəcə zərfi kimi, özündən sonra müqayisə dərəcəsi tələb etdiyindən, bu variant da səhvdir.

D və E variantlarında cümlənin 2-ci tərəfində zərf  işlənməliydi -  elə ona görə də bu variantlar da doğru ola bilməz.

Beləliklə, düzgün variant B-dir. 

8. Choose the correct pronouns.

I didn’t know... about it,  as she told me...

A) anything, anything   

B) something , everything     

C) anything, nothing     

D) everything,  no  

E) any, something    

Verilmiş test tapşırığı  əvəzlik bəhsinə aiddir.  Bilirik ki, any və onun törəmələri  əsasən suallı və inkarlı cümlələrdə işlədilir.  A variantındakı cümlənin 2-ci hissəsində inkarlıq verilmədiyindən, orada anything işlənə bilməz.

B variantında cümlənin 1-ci hissəsində inkarlıq olduğundan something işlənə bilməz.

D variantı da doğru cavab ola bilməz, çünki no - dan sonra heç bir isim işlənməyib. Deməli,  düzgün cavab C variantıdır.  

9. Choose the correct sentence in the Passive Voice.

The fitter will  repair all the pipes.

A) All  the pipes will be repaired the fitter.

B) All the pipes will been  repaired.

C) All the pipes will be repaired.

D) All the pipes will  have be repaired.

E) The fitter will be repair all the pipes. 

Bu test tapşırığı  felin məchul növünə aiddir.

Felin zaman formalarının çoxunun məchul növü vardır. A variantında sonda tamamlığın qarşısında by- tərəfindən sözü verilmədiyindən, bu variant təbii ki, səhvdir.

B variantında will köməkçi felindən sonra be əvəzinə been işləndiyindən, bu variant da doğru ola bilməz. Cümlənin özü gələcək sadə zaman formasında  verildiyindən,  D variantında have işlədilməməliydi.

E variantında  isə feli sifətin sonunda "ed" şəkilçisi yoxdur deyə, bu variant da doğru deyil. Deməli, C variantı düzgün cavabdır. 

10. Choose  the correct  interrogative sentence.

A) How long  did the lesson lasted?

B) How long  the lesson lasted?

C) How long  does the lesson last?

D) How long  do the lesson last?

E) How long the lesson lasts?

Bu test nümunəsində yenə də düzgün xüsusi sual  cümləsini tapmaq tələb olunur.

A variantında həm köməkçi fel "did",  həm də  əsas felin kökündəki "ed" olduğundan bu səhv variantdır.

B və E variantlarında How long sual sozündən sonra köməkçi fel işlənmədiyindən bu variantlar da doğru cavab ola bilməz.

D variantı da səhv cavabdır, çünki cümlənin mübtədası təkdə olduğundan  burada "do" deyil, "does" köməkçi feli işlənməliydi. Beləliklə,  düzgün cavab C variantıdır.

Gələcəkdə tənqidi təfəkkürü inkişaf etdirən daha dolğun və düşündürücü testlərə üstünlük verməyi düşünürük. 

Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov