Fevralın
8-də Bakıdakı 95 nömrəli orta məktəbdə
xalqımızın vətənpərvər, qeyrətli oğullarından
biri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun doğum günü münasibəti ilə tədbir
keçirildi.
Tədbiri giriş
sözü ilə məktəbin direktoru Tahir Süleymanov
açaraq Mübariz İbrahimovun torpaqlarımızın
bütövlüyü uğrunda göstərdiyi misilsiz
rəşadətindən danışdı. Bildirdi ki, Mübariz kimi
oğulları olan xalq heç vaxt basılmaz.
Gecənin
aparıcıları Sərvər və Nərmin Milli Qəhrəmanın
həyat yolundan, göstərdiyi igidliklərindən
söhbət açdılar. Şagirdlər Mübariz İbrahimova
həsr olunan şeirlər söylədilər, mahnılar ifa
etdilər, səhnəciklər göstərdilər.
Tədbir Mübariz
İbrahimova həsr olunmuş filmin nümayişi ilə başa
çatdı.
***
Həmin gün
Bakıdakı 144 nömrəli orta ümumtəhsil məktəbində
də qeyd edildi. Dövlət himninin səslənməsi ilə
başlayan tədbiri açıq elan edən Raya
Allahverdiyeva xalqımızın igid oğullarından biri
olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında
geniş danışaraq onun ruhən həmişə hər bir
azərbaycanlının qəlbində yaşayacağını dedi.
IV "b" sinif
şagirdi Hüseyn 1988-ci il fevralın 7-də
Biləsuvar rayonunun Əliabad kəndində dünyaya
gələn Mübariz İbrahimovun həyatı və göstərdiyi
igidlik barədə tədbir iştirakçılarına geniş
məlumat verdi.
Gecədə çıxış
edən qonaqlar da Milli Qəhrəman haqqında böyük
fəxrlə danışdılar.
Şagirdlər
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan
şeirlər dedilər, mahnılar söylədilər.
Tədbir Milli
Qəhrəmana aid filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV |