Bakı Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti,
Qafqaz və Xəzər universitetlərindən 45 tələbə
"Mobil telekommunikasiya biznesinə giriş"
proqramında iştirak üçün seçilmişdir.
Proqram
"Bakcell"in dəstəyi və "Alcatel-Lucent" şirkəti
ilə tərəfdaşlıq çərçivəsində "Junior
Achievement" Azərbaycan təşkilatı tərəfindən
həyata keçirilir.
"Bakcell"dən
AzərTAc-a bildirmişlər ki, seçim mərhələsinə
I-II kurslarda təhsil alan 280 tələbə cəlb
edilmişdir. Seçilmiş tələbələrin siyahısı IMTB
veb portalında (www.imtb.mobi)
yerləşdirilmişdir.
İştirakçı
tələbələr fevral-mart aylarında "Junior
Achievement" Azərbaycan təşkilatının işə
hazırlıq və biznes etika təlimlərində iştirak
edəcəklər. Martda onlar mobil telekommunikasiya
biznesinə aid təlimlərə qoşulacaqlar. Sonra
tələbələr əldə etdikləri bilik və təcrübəni
iyun-iyul aylarında "Bakcell" və
"Alcatel-Lucent" şirkətlərində təşkil olunacaq
praktiki proqramda tətbiq edəcəklər.
"Mobil
telekommunikasiya biznesinə giriş" proqramına
ötən ilin sentyabrında başlanılmışdır. İki ildə
həyata keçiriləcək proqram çərçivəsində texniki
sahədə təhsil alan 90 nəfər işə hazırlıq və
biznes etikası üzrə təlim alacaq, mobil
telekommunikasiya sektoruna dair ardıcıl
təlimlərdə iştirak edəcək və əldə etdiyi biliyi
"Bakcell" və "Alcatel-Lucent" şirkətlərində
təcrübə kurslarında tətbiq edəcəkdir. |