Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

Kurikulumların tətbiqi ilə bağlı "dəyirmi masa"

 

Fevralın 4-də Bakı şəhərindəki 283 nömrəli orta məktəbdə "Kurikulumların tətbiqi və şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirməsi" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin əməkdaşları, ibtidai sinif müəllimləri iştirak edirdilər. "Dəirmi masa"nın proqramına uyğun olaraq müzakirələrdən əvvəl məktəbin yeni fənn kurikulumları ilə işləyən 3 ibtidai sinif müəlliminin "açıq dərs"i dinlənildi.  Tədbir iştirakçıları öncə Rəfiqə Əliyevanın I "a" sinfində apardığı oxu dərsində oldular. Mövzu "P səsi, P hərfi" idi. Müəllim dərsi qruplarla iş formasında təşkil etmiş, şagirdləri hər birində 5-6 şagird olmaqla 4 qrupa bölmüşdü. 

Fəal təlim üsullarından, İKT-dən geniş istifadə edən R.Əliyeva hazırladığı müxtəlif tapşırıqlara dair slaydları dərs boyu proyektor vasitəsi ilə lövhədə nümayiş etdirir, şagirdlərlə işi onlara istinadən qururdu. Bu da sinifdə lazımi interaktivliyi təmin edirdi. Müəllim dərsin motivasiya, problemin qoyuluşu və həlli mərhələlərini ustalıqla qurub yeni mövzunu dərslikdəki mətn və tapşırıqlar əsasında şagirdlərə izah etdi. Öyrədilən hərfə aid dərslikdə verilmiş "Qırmızıpapaq" nağılı üzərində iş apardı, şagirdlərə "p" hərfinin sözün müxtəlif yerlərində işlənməsinə dair müstəqil tapşırıqlar verdi, onları krossvordlar üzərində işlətdi. Hər qrupun lideri tapşırılmış müstəqil işlərlə bağlı təqdimatlar etdilər, digər qrupların verdikləri sualları cavablandırdılar, müvafiq cədvəl əsasında qrupların cavabları bir neçə parametr üzrə qiymətləndirildi. Sonra şagirdlərə tətbiqetməyə dair müstəqil iş verildi. Onlar on dəqiqə ərzində əvvəlində, ortasında və sonunda "p" hərfi  işlənən sözlər tapıb yazdılar.

Müəllim Dilruba Cabbarovanın III "b" sinfində riyaziyyatdan apardığı "Təxmini və dəqiq ölçü vahidləri" mövzusunda "açıq dərs"dən də tədbir iştirakçıları razı qaldılar. Bu dərsdə də müəllim motivasiyanı maraqlı qurdu - riyaziyyatdan nələrin öyrənildiyi sualı ilə şagirdlərə müraciət edib onların verdikləri cavablar içərisindən ölçmələri seçərək öyrədiləcək mövzunun məhz onunla bağlı olduğunu bildirdi. Sonra proyektor vasitəsi ilə uzunluğu ölçmək üçün nəzərdə tutulan şərti ölçü vahidlərinin adları (addım, qulac, qarış və s.) və onların insanın müəyyən bədən üzvləri ilə ifadəsini əks etdirən slayd nümayiş etdirildi. Müəllim  bu ölçülərin nə üçün şərti ölçü vahidi adlandırıldığını izah etdi.

Nümayiş olunan digər bir slaydda şagirdlərə ölçülməsi mümkün olan əşyalar, onları ölçmək üçün müxtəlif uzunluq ölçülərinin adları təqdim olundu. Slayd üzərində iş aparan müəllim şagirdlərə dəqiq ölçü vahidləri barədə məlumat verdi, onları uzunluq ölçü vahidlərindən metr, destimetr, santimetr, millimetrlə tanış etdi, bu ölçülərin bir-birinə nisbəti barədə izahat verdi. Şagirdlər müxtəlif cismlərin ölçülməsi, bir uzunluq vahidinin digəri ilə ifadə olunması ilə bağlı müstəqil iş üzərində işlədilər.

Müşahidələrimizi II "a" sinfində davam etdirdik. Burada da müəllim İradə Həmzəyeva həyat bilgisindən "Ana təbiətin uşaqlara məktubu" mövzusunda inteqrativ dərsini maraqlı qurmuşdu. Sinif hər birində 6 şagird olan 5 qrupa bölünmüşdü. Müəllim bütün qrupları və qruplardakı şagirdləri fəal işə qoşmuşdu. Müəllim mətn üzərində iş apardıqdan, sual-cavabla mövzunun necə mənimsədildiyini müəyyənləşdirdikdən sonra adları sözügedən təbiət amillərinə uyğun olan qruplara müstəqil yerinə yetirmək üçün tapşırıq verdi. Tədqiqat sualı belə idi: "Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?". Şagirdlər 10 dəqiqə ərzində müstəqil işləyib tədqiqat sualına ətraflı cavablar hazırladıqdan sonra qrup liderləri cavabları təqdim etdilər. Onların cavabları qiymətləndirildi.

Sonra qruplara testlər verildi. Dərsin sonunda şagirdlərə evdə ana təbiətə cavab məktubu yazmaq tapşırıldı.

"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında mövzu ilə bağlı müzakirələr, dinlənilən dərslərin təhlili aparıldı. Məktəbin direktoru Şükufə Axundova tədris ocağında kurikulumların tətbiqi, şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi sahəsində aparılan işlər barədə məlumat verdi, bu sahədə  müəllimlərin topladıqları təcrübələri paylaşmaq məqsədi ilə tez-tez "açıq dərs"lərin keçirildiyini, yenilikləri öyrənməyə böyük səy göstərdiklərini qeyd etdi.

Məktəbin ibtidai siniflər üzrə direktor müavini Əsmayə Qərnayeva və əməkdar müəllim Naidə İsayeva "Kurikulumların tətbiqi və şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi" mövzusunda təqdimat etdilər. Təqdimatda yeni fənn kurikulumlarının tələbləri, qiymətləndirmə formaları və onların tədris prosesində nəzərə alınması məsələlərindən, bu sahədə məktəbdə toplanmış təcrübədən bəhs olundu. Ötən ilin sonunda aparılmış makrosummativ qiymətləndirmənin nəticələri açıqlandı.

"Dəyirmi masa"da çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin direktor müavini Sitarə Məmmədova, mərkəzin Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva Əsgərova, 248 nömrəli məktəbin müəllimi, əməkdar müəllim Mənzərə Cəfərova və başqaları dinlədikləri dərslərin maraqlı təşkil olunduğunu, müəllim və şagirdlərin yüksək hazırlıq nümayiş etdirdiklərini, interaktiv təlim üsullarından və resurslardan bacarıqla istifadə olunduğunu, dərslərin yeni kurikulumların tələblərinə uyğun qurulduğunu qeyd etdilər, mövzu ilə bağlı fikirlərini bildirdilər, müəllimlərin suallarını cavablandırdılar. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov