Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

Professor Giuli Alasaniya: "ADU-da gürcü dilinin tədrisi təhsil və əməkdaşlıq sahəsində böyük nailiyyətdir"

 

Fevralın 4-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Gürcüstandakı Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və bu sahədə əməkdaşlığın inkişafı yolları müzakirə olunmuşdur.

S.Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlar, burada son dövrlərdə açılmış fakültə və şöbələr, dil mərkəzləri haqqında qonaqlara məlumat vermişdir. ADU-da bir çox xarici dillərin tədris olunduğunu, tələbələrin bu dilləri mənimsəməklə yanaşı, həmin dilin daşıyıcısı olan xalqların tarixini, mədəniyyətini öyrəndiklərini qeyd edən S.Seyidov universitetdə Qafqaz dilləri şöbəsinin fəaliyyət göstərdiyini və burada gürcü dilinin öyrənildiyini vurğulamışdır.

Rektor bildirmişdir ki, şöbənin açılmasında əsas məqsəd yalnız dillərin öyrədilməsi deyil, həm də həmin dillərin mənsub olduğu xalqların mədəniyyətini, adət-ənənələrini, tarixini dərindən bilən mütəxəssislər yetişdirməkdir. Hazırda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Gürcüstan arasında uğurlu siyasi və iqtisadi əməkdaşlığın bərqərar olduğunu diqqətə çatdıran S.Seyidov bu münasibətlərin təhsil sahəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulamış, ADU-da keçirilən görüşün bu sahədə mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Professor G.Alasaniya ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini, təhsil sahəsində də qarşılıqlı münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulamışdır. ADU-da gürcü dilinin tədrisinin təhsil və əməkdaşlıq sahəsində böyük nailiyyət olduğunu söyləyən G.Alasaniya universitetin təşəbbüsünü müsbət qiymətləndirmiş, kollektivə uğurlar arzulamışdır.

Sonra qonaqlar ADU-nun informasiya resurs kompleksi, müxtəlif dil mərkəzləri ilə tanış olmuşlar.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov