Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

"Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir

 

Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layihəni reallaşdıran "Nobel-T" MMC-nin əməkdaşları, Səbail rayonundakı 219 nömrəli evdə məktəbin layihənin həyata keçirilməsi üçün cəlb olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdi və müəllimləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirdi ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması ilə əlaqədar "Elektron təlimləndirən sistemlər" adlı layihə işlənib hazırlanıb. Layihə haqqında məlumat verən nazir qeyd etdi ki, əsas məqsəd məsafədən təhsilin inkişafı, layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının yaxşılaşdırılması, kompüter və elektron resurslardan istifadə bacarıqlarının artırılması, Azərbaycan təhsil səbəkəsinə və İnternetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Təhsil naziri daha sonra vurğuladı ki, layihə çərçivəsində 30 şagird və 7 müəllimə ən yeni texnologiya proqram təyinatları ilə təchiz olunmuş APL- İN şirkətinin istehsalı olan noutbuklar təqdim ediləcək. 30 şagirdin təhsil aldığı müəssisənin Azərbaycan təhsil şəbəkəsinə və İnternetə çıxışla təmin olunmasına artıq başlanılıb. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan tədris məkanının yüksək sürətli fibro-optik İnternet və İntranet bağlantılarla təchiz olunması təmin ediləcək. "Elektron təlimləndirən sistemlər" təlim məsafəsi əsasında 16 təlimçi müəllimin hazırlanması təmin olunacaq. Yeni hazırlanmış təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə "Elektron təlimləndirən sistemlər" təlim məsafəsi əsasında təlimlərin təşkil olunması planlaşdırılıb. Nəhayət, müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün yeni portalın yaradılması da nəzərdə tutulur. Bu işi görərkən şagirdlərin daha yaxşı təlim almasına, müasir təlim texnologiyalarından istifadə olunmasına diqqət daha da artırılacaq. Misir Mərdanov layihənin həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fonduna və bu işdə əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirdi.

Sonra  təhsil naziri Bakı şəhərindəki 219 nömrəli evdə məktəbin 30 şagirdinə və müəllimlərə noutbuk və sertifikatlar təqdim edərək onlara uğurlar arzuladı.     

Tədbirin sonunda çıxış edən 219 nömrəli evdə məktəbin direktoru Sədaqət Məmmədova layihənin əhəmiyyətindən danışaraq Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və "Nobel-T" MMC-nin rəhbərliyinə, məktəbin müəllim və şagirdlərinə göstərdikləri yüksək qayğıya görə təşəkkürünü bildirdi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov