Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarında Şirvan şəhəri ümumtəhsil
məktəblərinin keyfiyyət göstəricilərinə görə
nəticələri, bu nəticələrin keçən il ilə
müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət
göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif
fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.
2009-2010-cu
dərs ilində Şirvan şəhərinin 14 tam orta
ümumtəhsil məktəbinin XI siniflərində 748 şagird
təhsil almışdır. Onların 703-ü (93,98%)
buraxılış imtahanlarında iştirak etmiş və 635
nəfəri (84,89%) yekun nəticəyə görə attestat
almışdır. Buraxılış imtahanlarında iştirak edən
703 şagirddən 388 nəfəri oğlan, 315 nəfəri isə
qızdır. Şagirdlərin 664-ü Azərbaycan, 39 nəfəri
isə rus bölməsinin şagirdidir. Şəhər üzrə səkkiz
nəfər şagird (2, 9, 16, 18, 20 nömrəli
ümumtəhsil məktəblərinin hərəsindən bir, 10
nömrəli məktəbdən isə üç nəfər) bütün fənlərdən
"beş" qiymət almışdır. Yalnız bir nəfər şagird
(20 nömrəli məktəbdən) bütün fənlərdən "iki"
qiymət almışdır.
Şirvan
şəhərinin səkkiz fənn üzrə göstəricilərinin
respublika üzrə göstəricilərlə müqayisəsi
aşağıdakı diaqramdan aydın görünür.
![](g01.gif)
Göründüyü
kimi, ana dilindən başqa bütün fənlərdən
keyfiyyət göstəriciləri respublika üzrə
keyfiyyət göstəricilərindən yüksəkdir.
2008-2009 və
2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
səkkiz fənn üzrə Şirvan şəhər ümumtəhsil
məktəblərinin keyfiyyət göstəricilərinin
müqayisəli təhlili aşağıdakı diaqramda
verilmişdir:
![](g02.gif)
Yalnız ana
dili fənnindən qismən (0,39%) geriləmə müşahidə
olunur, əksinə qalan bütün fənlərdən isə
keyfiyyət göstəricilərində müəyyən yüksəlişin
olduğu nəzərə çarpır. Ümumilikdə Şirvan şəhəri
üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu
dərs ilinə nisbətən 5,75% artmışdır.
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
fənlər üzrə yekun keyfiyyət göstəriciləri
![](g03.gif)
Fənlər üzrə
yekun göstəricilərə nəzər saldıqda Şirvan
şəhərində Azərbaycan tarixi, fizika və coğrafiya
fənlərinin digər fənlərə nisbətən daha yaxşı
tədris olunduğu müşahidə olunur. Məktəblərin
vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi,
xarici dil fənlərindən 9 məktəbin (64,29%),
coğrafiya, riyaziyyat, fizika fənlərindən 8
məktəbin (57,14%), biologiya, ana dili və kimya
fənlərindən 7 məktəbin (50,00%) keyfiyyət
göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən
yüksəkdir.
Şirvan
şəhərinin tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə görə
keyfiyyət və reytinq göstəricilərinin müqayisəli
təhlili aşağıdakı cədvəldə verilmişdir:
Cədvəldən
göründüyü kimi, Şirvan şəhər 11 və 13 nömrəli
ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun
olaraq 8 və 9-cu yerləri tutduqları halda,
keyfiyyət cədvəlində həmin məktəblər müvafiq
olaraq 4 və 5-ci yerləri tuturlar. Bu isə o
deməkdir ki, həmin məktəblərin şagirdləri daha
çox suala düzgün cavab verərək yüksək qiymətlər
alıblar. Əksinə, Şirvan şəhər 1 və 2 nömrəli
ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun
olaraq, 3 və 6-cı yerləri tutmalarına
baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər
müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.
Keyfiyyət
göstəricisinə görə məktəblərin sıralanmasında
ilk və son iki yeri tutan məktəblərin
göstəriciləri aşağıdakı kimidir:
Şirvan şəhər 9
nömrəli tam orta ümumtəhsil məktəbində 26 şagird
buraxılış imtahanlarında iştirak etmiş və orta
statistik şagird ana dilindən 14,96 suala
(59,85%), riyaziyyatdan 16,00 suala (64,00%),
Azərbaycan tarixindən 9,65 suala (64,36%),
fizikadan 6,50 suala (65,00%), kimyadan 6,23
suala (62,31%), biologiyadan 6,96 suala
(69,62%), coğrafiyadan 6,69 suala (66,92%),
xarici dildən isə 6,96 suala (46,41%) düzgün
cavab vermişdir.
Şirvan şəhər
21 nömrəli tam orta ümumtəhsil məktəbindən 53
şagird buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 14,26 suala
(57,06%), riyaziyyatdan 15,74 suala (62,94%),
Azərbaycan tarixindən 10,08 suala (67,17%),
fizikadan 6,28 suala (62,83%), kimyadan 6,26
suala (62,64%), biologiyadan 6,58 suala
(65,85%), coğrafiyadan 6,58 suala (65,85%),
xarici dildən isə 7,06 suala (47,04%) düzgün
cavab vermişdir.
Şirvan şəhər 4
nömrəli tam orta ümumtəhsil məktəbindən 45
şagird buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 8,33 suala
(33,33%), riyaziyyatdan 10,76 suala (43,02%),
Azərbaycan tarixindən 6,82 suala (45,48%),
fizikadan 4,51 suala (45,11%), kimyadan 4,53
suala (45,33%), biologiyadan 3,98 suala
(39,78%), coğrafiyadan 4,11 suala (41,11%),
xarici dildən isə 4,24 suala (28,30%) düzgün
cavab vermişdir.
Şirvan şəhər
12 nömrəli tam orta ümumtəhsil məktəbindən 23
şagird buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 6,70 suala
(26,78%), riyaziyyatdan 8,87 suala (35,48%),
Azərbaycan tarixindən 4,61 suala (30,72%),
fizikadan 3,70 suala (36,96%), kimyadan 3,22
suala (32,17%), biologiyadan 3,30 suala
(33,04%), coğrafiyadan 2,57 suala (25,65%),
xarici dildən isə 4,22 suala (28,12%) düzgün
cavab vermişdir. Məktəblərin 8 fənn üzrə
göstəricilərinin şəhərin göstəriciləri ilə
müqayisəli təhlili aşağıdakı qrafiklərdən daha
aydın görünür.
Şirvan şəhəri
və Şirvan şəhər 9 nömrəli ümumtəhsil məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
![](g04.gif)
Şirvan şəhəri
və Şirvan şəhər 21 nömrəli ümumtəhsil məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
![](g05.gif)
Şirvan şəhəri
və Şirvan şəhər 4 nömrəli ümumtəhsil məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
![](g06.gif)
Şirvan şəhəri
və Şirvan şəhər 12 nömrəli ümumtəhsil
məktəbinin səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
![](g07.gif)
Şirvan şəhər
ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə
keyfiyyət göstəriciləri
![](g08.gif)
Cədvəldən
göründüyü kimi, şəhər üzrə orta statistik şagird
ana dili fənnindən sualların 50,08%-nə düzgün
cavab vermişdir. Qızların düzgün cavabları
51,77%, Azərbaycan bölməsinin düzgün cavabları
isə 50,46% olmuşdur, bu da şəhər üzrə
göstəricidən yuxarıdır. Azərbaycan və rus
bölmələrinin, eləcə də oğlanlar ilə qızların
keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı
diaqramlardan daha aydın görünür.
![](g09.gif)
Oğlanların və
qızların səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəsi
![](g10.gif)
2008-2009 və
2009-2010-cu dərs illərində səkkiz fənni
qiymətlər üzrə müqayisə etdikdə bütün fənlərdən
"2" qiymət alanların faiz göstəricisinin aşağı
düşdüyünü müşahidə edirik. "2" qiymət alanların
sayı ana dilindən 3,30%, riyaziyyatdan 10,68%,
Azərbaycan tarixindən 5,65%, fizikadan 4,96%,
kimyadan 3,76%, biologiyadan 4,49%, coğrafiyadan
0,93% və xarici dildən 6,93% azalmışdır.
Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 890
şagirddən 849 nəfəri imtahanlarda iştirak etmiş
və bunlardan 515-i, yəni 60,66%-i, 2009-2010-cu
dərs ilində isə 748 şagirddən 703 nəfəri
imtahanlarda iştirak etmiş və bunlardan 496-sı,
yəni 70,55%-i müvəffəqiyyət qazanmışdır. Son
nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə
Şirvan şəhəri üzrə müvəffəqiyyət faizinin 9,89%
artdığını görürük. Aşağıdakı cədvəlin köməyi ilə
digər qiymətlərə görə də iki ilin müqayisəli
təhlilini aparmaq olar.
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi |
|