Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - ¹05

 

Sumqayıtda gənc rəssamların sərgisi keçirildi

 

Yanvarın 28-də Sumqayıtda yerləşən Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində rəsm sərgisi keçirildi. Mərkəzin rəssamlıq dərnəyinin üzvləri Gülnar Məmmədova və Əfsanə Piriyevanın rəsm əsərlərindən ibarət olan sərgidə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, təhsil ictimaiyyəti və digər qonaqlar iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Əntiqə Rzayeva qonaqları salamlayaraq, 2 fevral Gənclər gününə həsr olunmuş sərginin 2003-cü ildən bu günə qədər keçirilən fərdi sərgilərin 100-cü yubileyi olduğunu bildirdi. Qeyd edildi ki, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və yaradıcılıq fəaliyyəti ilə sərbəst məşğul olması məqsədilə öz işini onların maraq dairəsinə uyğun olaraq qurur. Mərkəzdə fəaliyyət göstərən təsviri incəsənət dərnəyində də məhz belə  istedadlı gənclər  üzə çıxarılaraq onlara sənətin sirləri öyrədilir. O, hər iki gənc rəssam haqqında xoş fikirlərini bildirərək, onlara  müvəffəqiyyətlər arzuladı.

Sonra söz Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənova verildi. O, hər iki gəncin rəsm əsərlərinə baxdıqda qürur hissi keçirdiyini və belə gənclərin olmasının respublika üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd edildi ki, hazırda respublikamızda gənclərin potensiallarının üzə çıxarılması istiqamətində xeyli işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən gənclərə göstərilən diqqət və qayğıdan söz açan R.Həsənov bu yöndə aparılan işləri təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirildi ki, yeni tikilib istifadəyə verilən və gənclərin istedadını üzə çıxaran Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi müasir standartlara cavab verir. O, gənclər üçün hər bir şəraitin yaradıldığını nəzərə çatdıraraq, onların bu imkanlardan maksimum dərəcədə yararlanacaqlarından  ümidvar olduğunu bildirdi.

Sərgi ilə tanış olan Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov Gülnar və Əfsanənin rəsmləri barədə xoş fikirlər səsləndirdi. O, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, gənclərin fikirlərini və maraqlarını yaradıcılıq və digər faydalı sahələrə yönəltmək və onların istedadını üzə çıxarmaq qarşımızda duran əsas vəzifələrdən biridir. Hesab edirəm ki, bu istiqamətdə aparılan işlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu gün təşkil olunmuş sərgi hamı kimi bizi də sevindirir. Gülnar və Əfsanənin valideyn və müəllimlərinə öz təşəkkürünü bildirən V.Bağırov onlara gələcək işlərində uğurlar arzuladı.

Sərgidə çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov, 25 nömrəli orta məktəbin direktoru Əvəz Mahmud Lələdağ gənc rəssamlar və onların çəkdikləri rəsmlər haqqında  müsbət fikirlər söylədilər.

Sonda gənc rəssamlara diplom və hədiyyələr verildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov