Azərbaycan
Dillər Universitetində TEMPUS layihəsi
çərçivəsində ilk təlimlərə start verilib.
Fevralın
1-dən 5-dək davam edəcək təlimlərdə
Azərbaycan Dillər Universitetinin, Naxçıvan
Dövlət Universitetinin, Gəncə Dövlət
Universitetinin, Lənkəran Dövlət
Universitetinin, eləcə də Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun 111 müəllimi iştirak edir.
Təlimlər ADU-nun Xarici dillərin tədrisi
metodikası kafedrasının müdiri, professor Gülnar
Hüseynzadə, Təhsildə innovasiyalar və əlavə
təhsil kafedrasının baş müəllimi Vəfa Yunusova,
Fransız dilinin tərcüməsi kafedrasının baş
müəllimi Xədicə Əyyubova, Alman dilinin
tərcüməsi kafedrasının baş müəllimi Lətifə
Qurbanova, İngilis dilinin tərcümə nəzəriyyəsi
və praktikası kafedrasının müəllimi, filologiya
elmləri namizədi Könül Hüseynova, həmin
kafedranın baş müəllimi Təranə Məmmədova,
İtalyan dili kafedrasının müəllimi Aydan
Sadıqova, İspan dili kafedrasının müəllimi
Gülsüm Əliyeva, Naxçıvan Dövlət Universitetinin
müəllimi, filologiya elmləri namizədi Ceyran
Quliyeva və Lənkəran Dövlət Universitetinin
müəllimi Rəfael Heydərov tərəfindən aparılır.
İki qrupda keçirilən təlimlər Azərbaycan və
ingilis dillərində təqdim olunur. Təlimlərdə
dil qrupları üzrə praktiki işlər də həyata
keçirilir. Sonda 5 günlük təlimin sorğu
əsasında qiymətləndirilməsi aparılacaq.
Xatırladaq ki,
ADU-nun "Azərbaycanda şifahi və yazılı
tərcümənin tədrisi sahəsində islahatlar" adlı
layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü
Çağırış üzrə elan etdiyi müsabiqədə qalib
gəlmişdir. Sözügedən layihənin seçilməsi
Azərbaycan təhsil sisteminin böyük nailiyyəti
kimi qeyd olunmalıdır. Bu Azərbaycandan olan
universitetin Avropa Birliyi layihəsində ilk
idarəçiliyi və Avropa universitetlərinin
Azərbaycan tərəfindən ilk koordinasiyası
olacaqdır. Layihənin məqsədi Boloniya prosesinin
tələblərini nəzərə almaqla Azərbaycanda
tərcümənin tədrisində islahatlar aparmaq, tədris
planlarını, tədris və təlim prosesini daha da
təkmilləşdirməkdir.
ADU-nun Mətbuat xidməti |
|