Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - ¹05

 

Vladimir Xarçenko: "Azərbaycan Milli Aviasiya Akademiyası regionun aparıcı təhsil ocağıdır"

 

Ukrayna Milli Aviasiya Universitetinin prorektoru, professor Vladimir Xarçenko fevralın 2-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) olmuşdur.

AzərTAc xəbər verir ki, AMAA-nın dünya standartlarına tamamilə cavab verən müasir təlim-tədris korpusları, tədris prosesi ilə yaxından tanış olan qonaq akademiyada gördüklərinin onu valeh etdiyini demişdir. Azərbaycan ilə Ukrayna arasında aviasiya sahəsində əməkdaşlıq münasibətlərinə toxunan qonaq bildirmişdir ki, 2008-ci ilin sentyabrında Kiyev şəhərində imzalanmış əməkdaşlıq haqqında müqavilə bu münasibətlərin daha da genişləndirilməsinə şərait yaratmışdır.

İlk dəfə iki il bundan əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasında olduğunu deyən ukraynalı alim bu müddətdə AMAA-da elm və təhsil, xüsusən də, informasiyalaşdırma sahəsində potensialın yüksələn xətt üzrə inkişafını müşahidə etdiyini diqqətə çatdırmışdır. Vladimir Xarçenko akademiyada tələbələrin biliyinin testlə qiymətləndirilməsinin bir mərkəzdə aparılması təcrübəsinin onda xüsusilə böyük maraq doğurduğunu demişdir. Bildirmişdir ki, bu üsulun tətbiqi imtahanlarda subyektivlik amilinin aradan qalxmasına, eyni zamanda müəllimlərin testləri hansı səviyyədə hazırlamalarının aşkara çıxarılmasına şərait yaradır.

Qonağa məlumat verilmişdir ki, akademiyada tətbiq olunan yeniliklərdən biri də burada dörd müxtəlif trenajorun quraşdırılmasıdır. Onlardan ikisi "Boeing" və "İl-86" təyyarələri üçün nəzərdə tutulmuşdur. Trenajorlardan üçü yalnız inkişaf etmiş Qərb ölkələrində istifadə edilən, müasir sistemə malik qurğulardır ki, onların vasitəsilə təyyarənin enişi və uçuşu prosesini məşq etmək mümkündür. Bu cür texnikadan yalnız mütəxəssislər istifadə edə bilərlər.

Vurğulanmışdır ki, akademiyanın məzunları çox erudisiyalı, kompüter texnologiyasını və ingilis dilini mükəmməl bilən, peşəkarlığı ilə seçilən kadrlardır. Bu pilotlar və digər ixtisas sahibləri üçün vacib şərtlərdən biridir.

AMAA-nın müasir korpusları və burada tədrisin təşkili prosesi ilə yaxından tanış olan qonaq əminliklə bildirmişdir ki, bütün bunlar akademiyanın regionun aparıcı təhsil ocağı olduğunu deməyə tam əsas verir. Ukraynalı alim əlavə etmişdir ki, şübhəsiz, Azərbaycan Milli Aviasiya Akademiyasının bugünkü inkişaf səviyyəsinə çatmasında bu ali təhsil ocağının rektoru, akademik Arif Paşayevin böyük xidmətləri xüsusi qeyd edilməlidir. Vladimir Xarçenko akademiyanın gələcəyinin daha da parlaq olacağına inandığını demişdir.

Ukraynalı qonaq diqqətə çatdırmışdır ki, indiki məqamda Azərbaycan Milli Aviasiya Akademiyası ilə Ukraynanın Milli Aviasiya Universitetinin kadrların hazırlığı, müxtəlif problemlərin həlli istiqamətində proqramların yaradılması, müvafiq dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq səylərinin birləşdirilməsi çox vacibdir.

Rəhbərlik etdiyi universitetlə bağlı məlumat verən V.Xarçenko bildirmişdir ki, təhsil müəssisəsində 50 min tələbə oxuyur. Burada 14 ixtisas üzrə təhsil alan tələbələr üçün bütün fənlər ingilis dilində tədris olunur. Onun fikrincə, Azərbaycanın və Ukraynanın müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarının uyğunlaşdırılması, eləcə də tələbə mübadiləsi hər iki ali məktəb üçün faydalı olacaqdır.

Vladimir Xarçenko demişdir ki, 2011-ci il aprelin 7-8-də Kiyevdə keçiriləcək beynəlxalq tələbə konfransına Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev də dəvət olunmuşdur. Aprelin 21-də isə, ənənəvi olaraq, sayca 10-cu "Avia-2011" konfransı keçiriləcəkdir. Həmin konfransı akademiya ilə birgə keçirmək niyyətindəyik. 2012-ci ilin sentyabrında isə 50 ölkənin iştirak edəcəyi "XXI əsrin aviasiyası" mövzusunda 5-ci dünya konqresi öz işinə başlayacaqdır. Burada aviasiyanın inkişaf perspektivləri, dünya səviyyəli problemləri, uçuşların və vətəndaşların fiziki təhlükəsizliyi, pilotsuz təyyarələrin yaradılması və terrorizmlə mübarizə kimi qlobal məsələlər müzakirə olunacaqdır.

Ötən müddət ərzində paytaxtımızın xeyli gözəlləşdiyini məmnunluqla qeyd edən ukraynalı qonaq müasir binaların, yolların, küçələrin Bakıya xüsusi yaraşıq verdiyini vurğulamış, xalqımızın qonaqpərvərliyinə bir daha heyran olduğunu söyləmişdir.

Görüşdə Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru Ramiz Sadıqov da əməkdaşlıq məsələlərinə toxunmuş, Azərbaycan və Ukrayna aviatorlarının dostluq əlaqələrinin ilbəil möhkəmləndiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycan Milli Aviasiya Akademiyasının ukraynalı müəllimləri həmkarları ilə mütəmadi olaraq görüşür və təcrübə mübadiləsi aparırlar. Prorektor əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov