Almaniyanın
Tübingen Universitetinin tələbəsi Mariya Heynk
Azərbaycanda araşdırma aparacaqdır.
AzərTAc xəbər
verir ki, Mariya Heynk Beynəlxalq Avrasiya
Mətbuat Fondunda (BAMF) təxminən 2 ay elmi
tədqiqat ilə məşğul olacaqdır. O, müstəqillik
qazanmış ölkələrin, xüsusən də postsovet
respublikalarının inkişafı ilə maraqlanır.
Tələbə Dağlıq
Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından
didərgin düşən insanlarla yaxından tanış olacaq,
onların həyat şəraitini öyrənəcəkdir. Mariya
Heynk bildirmişdir ki, Qafqaz və Mərkəzi Asiya
regionlarında toplumların antropologiyası onun
araşdırması hədəflərindən biridir. O, BAMF-ın
fəaliyyəti, layihələrin hazırlanması və idarə
olunması, ofis işinin təşkili və digər
məsələlərlə də maraqlanacaqdır.
Qeyd edək ki,
bu layihə ötən il BAMF ilə Almaniyanın Eberhard
Karls adına Tübingen Universitetinin Asiya və
Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial
və mədəni antropologiya fakültəsi arasında
imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində
həyata keçirilir. |