Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - ¹05

 

Təhsil naziri Qəbələ şəhər 2 nömrəli məktəbdə olub

 

Qəbələdə keçirilən YAP Gənclər Birliyinin III konfransında iştirak edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov yanvarın 29-da Qəbələ şəhər 2 nömrəli orta məktəbdə olub. Nazirlə birlikdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Mübariz Qurbanlı, Eldar İbrahimov, təhsil nazirinin müavini Elmar Qasımov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər qonaqlar da məktəbə baş çəkiblər.

Məktəbin həyətində naziri və onunla gəlmiş qonaqları şagird və müəllimlər gül dəstəsi ilə qarşılayıblar. Məktəbin kollektivini səmimi salamlayan nazir Qəbələdə olmasından, məktəbin müəllim və şagirdləri ilə görüşməsindən məmnunluq duyduğunu bildirib.

Sonra nazir və qonaqlar məktəblə tanış olub, sinif otaqlarında tədris prosesini müşahidə ediblər.

IV "a" sinfində Könül Seyidovanın, III "b" sinfində Zümrüd Hüseynovanın dərslərində iştirak edən nazir fənn kurikulumlarının tətbiq edildiyi III "b" sinfində müəllimin bu sahədə peşəkarlığı ilə bağlı söhbət aparıb, şagird və müəllimlərin dərsliklər, iş dəftərləri, metodik vəsaitlərlə təmin olunmaları, məktəbli formasının tətbiqi ilə maraqlanıb, gördüklərindən razı qaldığını bildirib.

Daha sonra nazir və qonaqlar məktəbin idman və akt zallarına, kitabxanasına da baş çəkib, kitabxananın fondundakı dərslik, bədii və ensiklopedik ədəbiyyatlarla tanış olublar. Məktəbin direktoru Ziynət Babayeva tədris ocağında şagird kontingenti və sinif komplektləri, yaradılmış təhsil mühiti, İKT ilə təminatın vəziyyəti, valideynlərlə iş, məktəbin uğurları və s. haqqında nazirə məlumat verib. Bildirib ki, ötən il məktəbin 30 məzunundan 18-i ali, 8 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub, 1 nəfər 600-dən çox bal toplayıb. 2010-cu tədris ilində ibtidai sinif müəllimi Yeganə Cəfərova "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Direktor naziri və qonaqları əmin edib ki,  ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1999-cu ildə təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında qarşıya qoyulan müddəaların həyata keçirilməsinə, təhsilin keyfiyyətinin yüksəlməsinə məktəbin kollektivi bundan sonra da öz dəyərli töhfələrini verəcəkdir.

Təhsil naziri Misir Mərdanov məktəbə kompüter dəsti və sinif komplektlərinin sayına müvafiq xaricdə istehsal olunmuş yazı lövhələri, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov isə 1 kompüter dəsti hədiyyə etdiklərini bildiriblər.

Görüş zamanı nazir məktəb rəhbərliyinə və müəllimlərə bəzi tapşırıq və tövsiyələrini verib.

Görüşün sonunda nazir və qonaqlar məktəbin kollektivi ilə xatirə şəkli çəkdiriblər. 

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov