Gürcüstan
Respublikasının Prezidenti Mixeil Saakaşvilinin
anası, Beynəlxalq Qara dəniz Universitetinin
prorektoru, professor Giuli Alasaniyanın
rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 2-də
Qafqaz Universitetində olmuşdur.
Görüşdə çıxış
edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç
rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı
üçün reallaşdırılan tədbirlər, qazanılan
nailiyyətlər barədə məlumat vermiş, Azərbaycan -
Gürcüstan təhsil əlaqələrinin əhəmiyyətindən
danışmışdır.
Giuli
Alasaniya Beynəlxalq Qara dəniz Universitetinin
fəaliyyəti haqqında məlumat vermişdir.
Digər çıxış
edənlər müasir şəraitdə təhsilin önəmli rolunu
vurğulamışlar.
AzərTAc |