Yeni
Azərbaycan Partiyasının Gənclər Birliyinin
təşkilatçılığı ilə Qəbələdə "Milli mənəvi
dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa"
keçirilmişdir.
AzərTAc xəbər
verir ki, birliyin bütün şəhər və rayonlardakı
təşkilatlarının rəhbərlərinin və fəallarının
iştirak etdikləri tədbirdə milli mənəvi
dəyərlərimizin qorunması, təbliği sahəsində
görülən işlər barədə geniş məlumat verilmiş,
müzakirələr aparılmışdır.
Gənclər Avropa
mədəniyyətindən xalqımızın milli mənəvi
dəyərlərinə zidd olan halların daxil olmasının
yolverilməzliyini qeyd etmiş, bu dəyərlərə cavab
verməyən bəzi televiziya verilişlərini, İnternet
portallarını da mənfi hal kimi qiymətləndirmiş,
rəy və təkliflərini söyləmişlər.
Ölkəmizdə
təhsil və erkən nikah məsələləri ətrafında
müzakirələr aparılmışdır.
YAP icra
katibinin müavini, Milli Məclisin deputatı
Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri,
Azərbaycan Dövlət İqtisad Universitetinin
prorektoru Seymur Orucov çıxışlarında qeyd
etmişlər ki, milli mənəvi dəyərlər
mədəniyyətimizin bir hissəsidir. Xalqımızın
tarix boyu əldə etdiyi nə varsa, onun mənəvi
dəyərləridir. Milli mənəvi dəyərlər
adət-ənənələrlə nəsildən-nəslə ötürülən
yazılmamış qayda-qanunlardır, onların mənfi
ünsürlərdən qorunması və təbliğində gənclərin
üzərinə böyük məsuliyyət düşür. |