Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - ¹04

 

Monitorinq və qiymətləndirmə

Mingəçevir şəhəri  ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə
buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Mingəçevir şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.

2009-2010-cu dərs ilində Mingəçevir şəhərinin 22 tam orta ümumtəhsil məktəblərində 992 şagird təhsil almışdır. Onların 990-ı (99,80%) buraxılış imtahanlarında iştirak etmiş və 937 nəfəri (94,65%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 990 şagirddən  515-i oğlan, 475-i isə qızdır. Şagirdlərin 886-ı Azərbaycan, 104 nəfəri isə rus bölməsinin şagirdidir. Şəhər üzrə beş şagird (8, 10, 14 nömrəli orta məktəblərin hərəsindən bir, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydən isə iki şagird) bütün fənlərdən "beş" qiymət almışdır.  Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü lisey keyfiyyət göstəricilərinə əsasən mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə respublikada birinci iyirmiliyə daxildir.

Mingəçevir şəhərinin səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür.

Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə keyfiyyət göstəricilərindən yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  Mingəçevir şəhər ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Yalnız riyaziyyat, Azərbaycan tarixi və xarici dil fənlərindən müəyyən yüksəlişin, əksinə qalan bütün fənlərdən isə geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə Mingəçevir şəhəri üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  0,54% aşağı düşmüşdür.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun keyfiyyət göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda, Mingəçevir şəhərində Azərbaycan tarixi, kimya və biologiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris edildiyi müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, coğrafiya fənlərindən 12 məktəbin (54,54%), ana dili, riyaziyyat, kimya fənlərindən 9 məktəbin (40,91%), biologiya, fizika fənlərindən 10 məktəbin (45,45%) və  xarici dil fənnindən isə 8 məktəbin (36,36%) keyfiyyət göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Mingəçevir şəhərinin tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

  (Cədvəli yüklə)

Cədvəldən göründüyü kimi, Mingəçevir şəhər Texniki Humanitar liseyi və Mingəçevir şəhər 13 nömrəli orta məktəbi reytinq cədvəlinə uyğun olaraq, 11 və 14-cü yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 5 və 7-ci yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli və Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 4 və 5-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 8 və 12-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydən 51 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 17,43 suala  (69,73%), riyaziyyatdan 18,14 suala  (72,55%), Azərbaycan tarixindən 11,12 suala (74,12%), fizikadan 5,78 suala  (57,84%), kimyadan 7,82 suala  (78,24%), biologiyadan 6,84 suala  (68,43%), coğrafiyadan 6,33 suala  (63,33%), xarici dildən isə 10,16 suala  (67,71%) düzgün cavab vermişdir.

Mingəçevir şəhər 4 nömrəli orta məktəbdən 43 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 13,70 suala  (54,79%), riyaziyyatdan 16,16 suala  (64,65%), Azərbaycan tarixindən 9,63 suala  (64,19%), fizikadan 5,40 suala  (53,95%), kimyadan 6,44 suala (64,42%), biologiyadan 6,33 suala (63,26%), coğrafiyadan 5,74 suala  (57,44%), xarici dildən isə 9,23 suala (61,55%) düzgün cavab vermişdir.

Mingəçevir şəhər  internat-məktəbdən 13 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 10,69 suala  (42,77%), riyaziyyatdan 10,54 suala  (42,15%), Azərbaycan tarixindən 7,77 suala  (51,79%), fizikadan 3,77 suala  (37,69%), kimyadan 4,92 suala  (49,23%), biologiyadan 4,85 suala  (48,46%), coğrafiyadan 4,54 suala (45,38%), xarici dildən isə 7,46 suala (49,74%) düzgün cavab vermişdir.

Mingəçevir şəhər B.Şıxəliyev adına 6 nömrəli orta  məktəbdən 20 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 9,35 suala (37,40%), riyaziyyatdan 12,95 suala  (51,80%), Azərbaycan tarixindən 7,25 suala  (48,33%), fizikadan 4,60 suala  (46,00%), kimyadan 5,10 suala (51,00%), biologiyadan 4,80 suala  (48,00%), coğrafiyadan 4,80 suala  (48,00%), xarici dildən isə 6,40 suala (42,67%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdən  daha aydın görünür.

 

Mingəçevir şəhəri və Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Mingəçevir şəhəri və Mingəçevir şəhər 4 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Mingəçevir şəhəri və Mingəçevir şəhər  internat-məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Mingəçevir şəhəri və Mingəçevir şəhər B.Şıxəliyev adına 6 nömrəli orta  məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Mingəçevir şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, şəhər üzrə orta statistik şagird ana dili fənnindən sualların 53,77%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 55,49%, rus bölməsinin düzgün cavabları isə 54,46% olmuşdur, bu da şəhər üzrə göstəricidən yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə də oğlanlar ilə qızların keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı diaqramlardan daha aydın görünür.

Oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəsi

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə riyaziyyat, Azərbaycan tarixi, fizika, xarici dil və biologiya fənlərindən "2" qiymət alanların faiz göstəricisinin aşağı düşdüyünü, qalan fənlərdən isə faiz göstəricilərinin yüksəldiyini müşahidə edirik. "2" qiymət alanların sayı ana dilindən 1,74%, kimyadan 0,88% və coğrafiyadan 0,04% artmışdır, əksinə, riyaziyyatdan 4,92%, Azərbaycan tarixindən 0,96%, biologiyadan 1,42%, xarici dildən 4,67% və fizikadan 1,92% azalmışdır. Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 1216 şagirddən 1213 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 932-si, yəni 76,83%-i, 2009-2010-cu dərs ilində isə 992 şagirddən 990 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 817-si, yəni 82,53%-i müvəffəqiyyət qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə Mingəçevir şəhəri üzrə müvəffəqiyyət faizinin 5,70% artdığını görürük. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

  (Cədvəli yüklə)
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov