|
|
|
|
|
Murmanskda
"Pedaqoji əməyin veteranları" şəhər ictimai
təşkilatının açdığı qaynar telefon xətti
fəaliyyətə başlayıb. Yeniliyin məqsədi
şagirdlərə kömək göstərməyə hazır olan təcrübəli
müəllim-təqaüdçülərin verdiyi pulsuz
konsultasiyalara yazılmaqdır. Bundan əlavə,
müəllimlərin qəbuluna uşaqların tərbiyəsi ilə
bağlı problemləri olan valideynlər də yazıla
bilərlər.
Bu təşkilatın
Murmanskın təhsil müəssisələri ilə
əməkdaşlığının artıq təcrübədən keçirilmiş digər
formaları sırasında məktəblərdə müntəzəm olaraq
mühazirələrin keçirilməsi, məktəb direktorları
və sinif rəhbərlərinin geniş tələbat hiss
etdikləri tərbiyə məsələlərinə həsr olunmuş
kitabların buraxılması da vardır. Maraqlıdır ki,
belə kitabların çapı və digər məqsədlər üçün
lazım olan pulu da veteran müəllimlər özləri
qazanırlar. Belə ki, veteranlar bir sıra sosial
xarakterli bələdiyyə qrantları udmaqla
kompüterlər əldə etmiş və İnternetə qoşulmuşlar.
Gələcək planlar sırasında ehtiyacı olanlara
pulsuz İnternet-köməyin təşkili də var.
"Uçitelskaya qazeta"dan
hazırladı: Yusif ƏLİYEV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|