Kürdəmir
rayonu Bala Kəngərli kənd ümumi orta məktəbi
ötən əsrin 70-ci illərində tikilmiş binada
yerləşir. Binanın istismar müddəti 10-15 il
olduğu halda 40 ildən çoxdur ki, istifadə
olunur.
Yaponiya
səfirliyinin koordinatoru, Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı, təhsil şöbəsinin müdiri
məktəbimizin binasına baxış keçirdikdən sonra
yeni binanın tikilməsinə qərar verilib.
Yaponiyanın "Sülh fondu" məktəbimizin
tikintisini öz üzərinə götürüb.
200 yerlik
yeni məktəb binasının tikintisi artıq başlanıb
və işlər sürətlə gedir. İnanırıq ki, yaxın bir
neçə ay ərzində tikinti başa çatacaq,
uşaqlarımız hər bir şəraiti olan, müasir
avadanlıqlarla təchiz olunmuş yeni binada
təhsillərini davam etdirəcəklər.
Bizə
göstərilən bu diqqət və qayğını yüksək
qiymətləndirir, möhtərəm Prezidentimizə, Təhsil
Nazirliyinə, Yaponiyanın ölkəmizdəki
səfirliyinə, "Sülh fondu"na dərin təşəkkürümüzü
bildiririk.
Vidadi DƏMİROV,
Kürdəmir rayonu Bala Kəngərli kənd ümumi orta
məktəbinin müəllimi |