Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
nümayəndələri Xəzər Universitetinin müəllim və
tələbə heyəti ilə görüşmüşlər.
Şirkətin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə ARDNŞ ilə universitet arasında gələcək
əməkdaşlıq məsələləri, həmçinin qurumun
keçirdiyi müsabiqələrdə tələbələrin fəal iştirak
etməsinin əhəmiyyəti vurğulanmışdır.
Tədbir
çərçivəsində universitetin müəllim və tələbə
kollektivinə Azərbaycan neftinin tarixi,
şirkətin fəaliyyət istiqamətləri və gələcək
planları, habelə insan resurslarının idarə
olunması strategiyası barədə ətraflı məlumat
verilmişdir.
Sonda tələbələri maraqlandıran suallar
cavablandırılmışdır. |