Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - ¹04

 

Malik Novruzov - 60

Ömrü uzun, yükü ağır dünyada...

 

Çaylar geri dönmədən öz məcrasında axaraq uzun bir məsafəni qət edib mənsəbinə qovuşduğu kimi, insanlar da Allah dərgahından onlara pay verilmiş ömür yolunda yorulmadan addımlayırlar. Və hər bir insan sevib-seçdiyi peşəsində fəaliyyət göstərməklə yaşayıb arxada qoyduğu ötən illərdə qazandığı nailiyyətləri, xalqına və vətəninə verdiyi töhfələri ilə seçilib sayılır, ictimaiyyət tərəfindən qəbul edilərək sevilirlər.  

Belə insanlardan biri, 40 ildən artıq respublikanın müxtəlif mətbu orqanlarında aktuallığı ilə geniş oxucu auditoriyası tərəfindən maraqla oxunan publisist yazıları, oçerkləri, məqalə və zarisovkaları dərc edilən, gənc jurnalistlərin yetişməsində böyük əməyi olan, ömrünün 37 ilini "Azərbaycan müəllimi" qəzetində çalışmış, 7 publisist kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Təhsil" jurnalının baş redaktoru Malik Novruzov haqqında söz açmaq niyyətindəyik.

Malik Novruzovla 10 ilə yaxın "Azərbaycan müəllimi" qəzeti redaksiyasında birgə işləmişik. Mən bölgə müxbiri idim, o isə məsul katib. Uzun illər bir sıra mətbu orqanlarında müxtəlif səpgili yazılarla çıxış etsəm də, "Azərbaycan müəllimi" qəzetinə bölgə müxbiri təyin olunandan sonra sahə qəzeti olduğu üçün təhsil haqqında yazılar yazmaqda çətinlik çəkirdim. Məsul katib kimi bəzi məqalələrimdə nöqsanlar tapar, iradlarını bildirər və bununla yanaşı tövsiyələrini də əsirgəməzdi. Bir müddət işlədikdən sonra bu qəzetin ab-havasını götürdüm. Məktəb, şagird, müəllim, bir sözlə, tədrislə bağlı yazılar yazmağa çətinlik çəkmədim. Və Malik müəllim məqalələrimi tərifləməyə, məni ruhla işləməyə sövq etdi.

Tale elə gətirdi ki, onunla iki il bir kabinetdə oturmalı olduq. Həmin iki il ərzində hər gün yaxından ünsiyyətdə olduğumuz üçün onun zəngin daxili aləminin, insana və insanlığa bəslədiyi münasibətinin, sadəliyi və səmimiliyinin, bir sözlə, yüksək insani keyfiyyətlərinin şahidi oldum. Paxıllıq və tamah hissindən uzaq olan bu insanın arzusu həmişə xeyirxahlıq olub. Ən böyük amalı isə dostluğa sədaqəti, başqalarına kömək əlini uzatmasıdır. Elə bu səbəblərdən onunla aramızda olan yoldaşlıq münasibəti səmimi və təmənnasız dostluğa  çevrilmişdir.

Təsadüfi deyil ki, Malik Novruzov "Təhsil" jurnalına baş redaktor təyin ediləndən sonra bu mətbu orqanında da onunla birgə işləməli olduq. Burada da hər hansı istənilən işi mənə etibar etməsi onun səmimiliyinin bariz nümunəsidir.

2011-ci il yanvarın 5-də, beşgünlük bayram istirahətindən sonra, elə bayram ovqatı ilə işə gəlirdim. 2010-cu ilin payızı anomal keçdiyi üçün hələ də havalar soyumamışdı, hər tərəfdə yaz hərarəti duyulurdu. Üç gün qabaq fasiləsiz yağan yağış düzü-dünyanı yuyub təmizləmiş, körpə təbəssümü qədər saf bir mənzərə yaratmışdı. Redaksiyaya çatanda Malik müəllimin kresloda oturub dərin xəyala daldığını gördüm. İki ay bundan qabaq İrandan müalicədən qayıtmışdı. Rəngi, rufu hələ indi-indi özünə gəlirdi. Əvvəlkinə nisbətən gümrah görkəmi ətrafındakılara rahatlıq gətirməklə bir arxayınçılıq yaradır. Saçı çallaşmış, gümüşü rəng almış, sifətində insan çöhrəsini nura qərq edən cizgilər görünürdü. Bu hal isə həyatının barlı-bəhrəli, qızılı payız fəslini yaşadığını, ömrünün müdrik çağına qovuşduğunu büruzə verirdi. Fikirlər aləminə qərq olduğu üçün gəlişimdən xəbər tutmamışdı. Gözlərini məchul bir nöqtəyə dikib sanki nəyisə götür-qoy edir, nəyinsə haqqında düşünürdü. Bəlkə, uzun illərin arxasından boylanıb, uşaqlığını, yeniyetməliyini, gənclik illərini xatırlayır və ya bu gün tarixə dönmüş keçdiyi ömür yolunu xəyal süzgəcindən keçirirdi. Bəlkə də yaşayaraq arxada qoyduğu illərdə qazandıqlarını və arzusunda olub əldə edə bilmədiklərini götür-qoy edir. Və bəlkə də mizan-tərəzi qurub bu dünyanın haqq-hesabını çəkirdi. Dünyanın da ömrü uzun, yükü isə ağırdır. Və bu yükü çəkib hesablamağa nə mizan-tərəzinin gücü çatır, nə də düşünən, fikirləşən insan beyni yönünə-yöndəminə qoya bilir. Onu xəyal dünyasından ayırmaq istəməsəm də, birdən gözləri mənə sataşdı. Qapı ağzında sakitcə dayanıb ona baxdığımı gördü. Ayağa qalxıb mehribanlıqla mənimlə görüşdü.

- Qapı ağzında niyə dayanmısan? - deyə soruşdu.

- Romantik görkəm alıb dərin xəyala dalmışdın, səni bu şirin xəyalından ayırmaq istəmirdim.

- Hə, ömür quş kimi ötür, bir də gözünü açıb görürsən ki, 60-ı haqlamısan, 70 də qapını döyüb gəlməyə hazırlaşır. Fevralın 1-i ad günümdür. 60 illik yubileyim! - deyib əlini divardan asılmış təqvimə uzatdı.

Gülə-gülə bəri başdan onu təbrik etdim:

- Onsuz da haqqında yubileyinlə bağlı məqalə hazırlamalıyam, dəfələrlə demişəm, etiraz etmisən. Oturaq, ötən günlərinə, yola saldığın 60 illik ömür yoluna bir işıq salaq, - dedim.

...Masa arxasında üz-üzə oturub ona verdiyim suallara rəğmən Malik müəllim bu gün nağıla dönmüş keçən günlərini xəyalən yenidən yaşayır, ömründən ötən illərin tarixə dönmüş həyat kitabının saralmış səhifələrini vərəqləyir, bəzən sifətində qara kölgələr görünür və bəzən də çöhrəsi nura qərq olur, gözlərindən sevinc yağırdı. Bu isə keçdiyi ömür yolunun şirinli, acılı  günlərindən xəbər verirdi. Beləliklə, Malik müəllimin iki saata qədər vərəqlədiyi həyat salnaməsinin müəyyən məqamlarını oxuculara təqdim edirik.

Malik Novruzov 1951-ci il fevralın 1-də Masallı rayonunun Qəriblər kəndində dünyaya göz açıb. 1967-ci ildə Masallı şəhər 2 nömrəli orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verib, qəbul imtahanlarından lazım olan balı toplamadığına görə müsabiqədən keçməyib. Ruhdan düşməyən Malik arzusuna çatmaq, jurnalistikanın sirlərinə yiyələnmək üçün o zaman Masallıda nəşr edilən "Çağırış" qəzeti redaksiyasının mətbəəsində mürəttib işləməyə başlayıb. Nəhayət, 1969-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ADU-nun jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı illərdə respublikanın mətbu orqanlarında müxtəlif mövzularda məqalələrlə çıxış edib. 1974-cü ildə bu ali təhsil ocağını başa vurduqdan sonra "Azərbaycan müəllimi" qəzetinə işə götürülüb. İşgüzarlığı, peşəkarlığı ilə başqalarından seçilən Malik qısa müddət ərzində irəli çəkilərək xüsusi müxbir, şöbə redaktoru və məsul katib vəzifələrinə qədər yüksəlib. Qəzetin bel sütunu olan məsul katib vəzifəsində 18 il fasiləsiz işləyib. Bu mətbu orqanında işlədiyi 37 il müddətində pedaqoji iş təcrübəsini, təhsil sistemində aparılan islahatları və yenilikləri dəqiqliyi ilə ictimai mühitə çatdıraraq Azərbaycan jurnalistikasının inkişafında xüsusi rol oynamış, gənc jurnalistlərin yetişməsi  üçün əlindən gələni əsirgəməmişdir.

"Ürəkdə yanan işıq", "Müəllim əməyinin izi", "Maarif fədailəri", "Təhsilimizin uca insanları", "Günəş məktəbdən doğur", "Müəllim ziyası - gələcəyin aynası", "Məktəbə bağlı ömür" adlı publisist kitabların müəllifidir.

Yaxşı işinə görə müxtəlif illərdə

"Qızıl qələm" media mükafatı, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Kamil sənətkar" ali jurnalist mükafatı, Təhsil Nazirliyinin və Azərbaycan Jurnalistlər Birliyinin bir sıra fəxri fərmanları və diplomları ilə təltif olunub. 2010-cu ilin mart ayında irəli çəkilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalına baş redaktor təyin edilib.

Ölkədə təhsil sahəsində islahatların getdiyi, təhsilimizin dünya təhsili sisteminə inteqrasiya olduğu bir vaxtda jurnalın üzərinə düşən məsuliyyəti dərindən dərk edən Malik Novruzov bütün bacarığını Azərbaycan təhsilində görülən işlərin təbliğinə sərf edir, aktuallığı ilə seçilən, zamanın tələbinə uyğun, maraqlı yazıları jurnalın səhifələrində dərc etdirir. Elə bunun nəticəsidir ki, qısa müddət keçməsinə baxmayaraq, jurnal geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.

Dünyanın ömrü uzun, yükü isə ağırdır. Və bu ağırlığı çiyinlərində mərdliklə daşıyanlar ömürlərini xeyirxah işlərə sərf edir, vətəninin çiçəklənməsi, xalqının tərəqqisi üçün çalışırlar. Bu uzun və çətin, lakin mənalı yolun yolçusu olan Malik müəllimi 60 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, sevinc və fərəh dolu illər arzulayırıq. 

Nizami MİRZƏ,
"Təhsil" jurnalının baş redaktor müavini, yazıçı-publisist

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov