Şimali Kiprin
Doğu Akdeniz Universitetinin (DAU) rektoru,
professor Abdullah Öztoprak ölkəmizdə
səfərdədir.
Səfər
çərçivəsində Kiprin və Avropanın qabaqcıl
universitetlərindən birinə rəhbərlik edən doktor
A.Öztoprakın dövlət strukturları, müxtəlif ali
təhsil müəssisələri və tələbələrlə görüşləri
nəzərdə tutulmuşdur.
Yanvarın 25-də
doktor A.Öztoprak Azərbaycan Müəllimlər
İnstitutunda (AMİ) olmuş, rektor Aqiyə
Naxçıvanlı ilə görüşmüşdür. Görüşdə qarşılıqlı
əməkdaşlıq perspektivləri, ikitərəfli
münasibətlərin genişləndirilməsi məsələləri
müzakirə olunmuşdur.
Doktor
A.Öztoprakın AMİ-nin tələbə və müəllim heyəti
ilə görüşündə DAU-da təhsil perspektivləri
mövzusunda müzakirələr aparılmışdır. Qeyd
olunmuşdur ki, hazırda DAU modern ali təhsil
ocağı olaraq Beynəlxalq Universitetlər
Assosiasiyasının, İslam Ölkələri Universitetlər
Federasiyasının və Avropa Universitetlər
Assosiasiyasının üzvüdür.
DAU-nun
ölkəmizdə rəsmi nümayəndəsi olan Azərbaycan
Tələbələr Birliyinin (ATB) müxtəlif
universitetlərdə təhsil alan fəal üzvləri
tədbirdə iştirak etmişlər. DAU-nun rektoruna
ATB-nin fəaliyyəti barədə məlumat verilmişdir.
Rektor tələbələri maraqlandıran sualları
cavablandırmışdır.
Görüşdən
razılığını ifadə edən doktor A.Öztoprak AMİ-nin
rəhbərliyinə, Azərbaycan Tələbələr Birliyinə və
tələbələrə təşəkkürünü bildirmişdir.
AzərTAc |