Bakı Dövlət
Universiteti ilə Moskva Fizika-Texniki İnstitutu
(MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış
Anlaşma Memorandumuna əsasən bu günlərdə
universitetin kimya, fizika və geologiya
fakültəsinin I və II kursunda təhsil alan 17
magistr təhsilini adıçəkilən institutda davam
etdirmək məqsədilə imtahan verib. İmtahan
MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy
Pavloviç və Nazar Ağaxanov Xangəldiyeviçin
nəzarəti altında yazılı və şifahi şəkildə
keçirilib. Riyaziyyat və fizikaya aid olan
suallar ancaq məsələlərdən ibarət olub.
Nəticələrə
əsasən kimya fakültəsinin II kurs magistri Şeyda
Rauf qızı İsmayılzadə, fizika fakültəsinin I
kurs magistrləri Nağı Abbasəli oğlu Qasımov və
Hikmət Arif oğlu Məhərrəmov qalib olublar.
Qonaqları və
müsabiqə qaliblərini qəbul edən rektor, akademik
Abel Məhərrəmov göstərdikləri yüksək nəticəyə
görə magistrləri təbrik edib, onlara uğurlar
arzulayıb.
Qonaqlar da öz
növbəsində magistrlərin hazırlıq səviyyəsindən
razı qaldıqlarını vurğulayıblar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |