Yanvarın
26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Sosial iş"
ixtisası üzrə "I yarım ilin yekunları və
perspektivləri" mövzusunda "dəyirmi masa"
keçirildi. Tədbirdə institutun professor-müəllim
heyəti, Təhsil Nazirliyinin De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət
Hacıyeva, "Hilsfwerg" Avstriya təşkilatının
direktoru Aytəkin Hüseynova, "Sosial Xidmətlər
Təşəbbüsü"nün icraçı direktoru Mehman Kərimov ,
"Sosial iş" ixtisası üzrə təhsil alan müdavimlər
və digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov Azərbaycanda uşaqlara, qadınlara daim
qayğı göstərildiyini bildirdi. Qeyd edildi ki,
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı öz torpaqlarını
itirmiş insanlara sosial qayğının göstərilməsi
geniş vüsət almışdır. Ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu bu sosial siyasət bu
gün hörmətli Prezidentimiz cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Sosial
problemlərin həlli yolunda verilmiş sərəncam və
fərmanlar, 2010-cu ildə Təhsil Nazirliyinin
De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin yaradılması və bir neçə QHT-nin bu
işə cəlb olunması bunun bariz nümunəsidir.
Professor A.Zamanov bu yöndə görüləcək işlərdə
institutun üzərinə düşən vəzifələrdən söz
açaraq, layihənin həyata keçməsi üçün əzmlə
çalışacaqlarını və bunun öhdəsindən
gələcəklərindən ümidvar olduğunu bildirdi.
Sonra söz
Təhsil Nazirliyinin De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət
Hacıyevaya verildi. Təhsil Nazirliyi, BPKİYİ,
"Sosial Xidmətlər Təşəbbüsü"-nün birgə layihəsi
olan "Sosial iş" ixtisası üzrə kadrların
hazırlanmasının vacibliyini vurğulayan
M.Hacıyeva müəssisələrdəki uşaqların evlərə
verilməsi və onların müdafiəsinin təşkil
edilməsinin məsuliyyətli və cətin iş olduğunu
bildirdi. Qeyd edildi ki, sosial işçilər bu
prosesi tənzimləyən və həyata keçirən şəxslərdir
ki, onların da yüksək səviyyədə hazırlanması
vacib amillərdən biridir. M.Hacıyeva BPKİYİ-nin
bu yöndə apardığı işlərdən razı qaldığını
bildirərək, institut rəhbərliyinə və
kollektivinə minnətdarlığını bildirdi. "Dəyirmi
masa"da "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı(2006-2015-ci illər)"na uyğun olaraq
institutda hazırlanan "Sosial iş" ixtisası üzrə
mütəxəssislərin təhsilinin təşkili, I yarım
ilin yekunları, professor-müəllim heyətinin
hesabatı, növbəti yarımildə nəzərdə tutulan iş
planının müzakirəsi, layihədə yeni kadr
potensialından istifadə və digər məsələlər
müzakirə edildi.
Niyazi RƏHİMOV |
|