Yanvarın 24-də
Türkiyənin Kilis şəhərinin "7 Aralıq"
universitetinin rektoru, professor İsmayıl
Güvenç bu universitetin müxtəlif fakültələrində
təhsil alan əcnəbi tələbələrlə görüşmüşdür.
Anadolu
Agentliyinə istinadla xəbər verilir ki, görüşdə
əsasən universitetdə təhsil alan Azərbaycan,
Suriya, Türkmənistan tələbələri iştirak
etmişlər.
Kilis "7
Aralıq" Universitetindən verilən məlumata görə,
rektor tələbələri dinlədikdən sonra onların
problemləri ilə yaxından maraqlanacağını,
yaşayış, təhsil və digər məsələlərdə onlara hər
zaman dəstək olacağını bildirmişdir. |