Gəncə Dövlət
Universitetində Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü"
kitabına həsr edilmiş elmi-praktiki konfrans
keçirilmişdir.
Konfransı
giriş sözü ilə universitetin rektoru, professor
Elman Məmmədov açaraq akademik Ramiz Mehdiyevin
bu kitabının ermənilərin ideoloji təbliğatına
ağır zərbə vurduğunu qeyd etmiş və əsəri təhlil
edərək onun əsas xüsusiyyətlərini iştirakçıların
diqqətinə çatdırmışdır.
Tarix elmləri
doktoru, professor Həsənbala Sadıqov, tarix
elmləri namizədləri Asif Cavadov və Samir
Pişnamazzadə məruzələrlə çıxış edərək əsrlər
boyu tarixi saxtalaşdıran, onu öz mənafelərinə
uyğun yazmağa çalışan ermənilərə tutarlı cavab
olan "Gorus-2010: absurd teatrı mövsümü"
kitabının əhəmiyyətindən danışmışlar.
Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
akademik Ramiz Mehdiyevin Ermənistan prezidenti
Serj Sarkisyanın sayıqlamalarına tarixi
faktlarla cavab verən yeni kitabını yüksək
dəyərləndirmiş, onun öyrənilməsi və təbliği
istiqamətində qarşıda duran vəzifələrdən
danışmışdır.
Eldar Əzizov
yüz illərlə xalqımıza qarşı düşmənçilik
mövqeyində dayanan, dəfələrlə azərbaycanlıları
soyqırımına məruz qoyan, eləcə də ölkəmizə qarşı
hərbi təcavüz edən və işğalçılıq siyasəti aparan
ermənilərin iç üzünü açan faktları konfrans
iştirakçılarının diqqətinə çatdırmış, bu
yaxınlarda Moskvada Gəncənin tarixini
saxtalaşdıran kitabın nəşri ilə bağlı
fikirlərini açıqlamışdır.
Konfransda
həmçinin Gəncə və onun tarixindən bəhs edən yeni
kitabın nəşri ilə bağlı müzakirələr aparılmış,
respublika ziyalılarına müraciət qəbul
olunmuşdur.
AzərTAc |