Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarında Sumqayıt şəhəri ümumtəhsil
məktəblərinin keyfiyyət göstəricilərinə görə
nəticələri, bu nəticələrin keçən il ilə
müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət
göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif
fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.
2009-2010-cu dərs ilində şəhərin 48 tam orta
ümumtəhsil məktəbində 3582 şagird təhsil
almışdır. Onların 3563-ü (99,47%) buraxılış
imtahanlarında iştirak etmiş və 3405 nəfəri
(95.06%) yekun nəticəyə görə attestat almışdır.
Buraxılış imtahanlarında iştirak edən 3563
şagirddən 1722 nəfəri oğlan, 1841 nəfəri isə
qızdır. Şagirdlərin 3219-u Azərbaycan, 344
nəfəri isə rus bölməsinin şagirdidir. Sumqayıt
şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri
liseyindən 6, Sumqayıt şəhər Təbiət Elmləri
Təmayüllü Gimnaziyadan 5, Sumqayıt şəhər
"İstedad" məktəb-liseydən 3, ümumilikdə isə
Sumqayıt şəhəri üzrə 30 nəfər şagird bütün
fənlərdən "5" qiymət almışdır. Bütün fənlərdən
"2" qiymət alan şagird isə yoxdur. Aşağıdakı
cədvəldə respublika üzrə yekun keyfiyyət
göstəricisinə görə ilk 20 yeri tutan məktəblərin
siyahısı verilmişdir. Bu siyahıda Sumqayıt
şəhərinin üç məktəbi birinci onluqdadır.
Sumqayıt
şəhərinin səkkiz fənn üzrə göstəricilərinin
respublika üzrə göstəricilərlə müqayisəsi
aşağıdakı diaqramdan aydın görünür. Göründüyü
kimi, bütün fənlərdən keyfiyyət göstəriciləri
respublika üzrə keyfiyyət göstəricilərindən
yüksəkdir.
2008-2009
və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
səkkiz fənn üzrə Sumqayıt şəhər ümumtəhsil
məktəblərinin keyfiyyət göstəricilərinin
müqayisəli təhlili aşağıdakı diaqramda
verilmişdir:
Yalnız riyaziyyat fənnindən müəyyən yüksəlişin,
əksinə qalan bütün fənlərdən geriləmənin olduğu
nəzərə çarpır. Ümumilikdə, Sumqayıt şəhəri üzrə
yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs
ilinə nisbətən 3,84% aşağı düşmüşdür.
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
fənlər üzrə yekun keyfiyyət göstəriciləri
Fənlər üzrə
yekun göstəricilərə nəzər saldıqda Sumqayıt
şəhərində Azərbaycan tarixi, riyaziyyat və
coğrafiya fənlərinin digər fənlərə nisbətən daha
yaxşı tədris olunduğu müşahidə olunur.
Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan
tarixi, riyaziyyat, xarici dil fənlərindən 20
məktəbin (41,67%), ana dili, biologiya
fənlərindən 22 məktəbin (45,23%), fizika
fənnindən 25 məktəbin (52,08%), kimya fənnindən
26 məktəbin (54,17%) və coğrafiya fənnindən isə
27 məktəbin (56,25%) keyfiyyət göstəricisi şəhər
üzrə keyfiyyət göstəricisindən yüksəkdir.
Sumqayıt
şəhərinin tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə görə
keyfiyyət və reytinq göstəricilərinin müqayisəli
təhlili aşağıdakı cədvəldə verilmişdir:
Cədvəldən göründüyü kimi, Sumqayıt şəhər 4 və 38 nömrəli orta
məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 32 və
44-cü yerləri tutduqları halda, keyfiyyət
cədvəlində həmin məktəblər müvafiq olaraq 17 və
33-cü yerləri tuturlar. Bu isə o deməkdir ki,
həmin məktəblərin şagirdləri daha çox suala
düzgün cavab verərək yüksək qiymətlər alıblar.
Əksinə, Sumqayıt şəhər 42 və 8 nömrəli orta
məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 7 və
8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət
cədvəlində həmin məktəblər müvafiq olaraq 30 və
24-cü yerləri tuturlar.
Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk
və son iki yeri tutan məktəblərin göstəriciləri
aşağıdakı kimidir:
Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri
liseyindən 45 şagird buraxılış imtahanlarında
iştirak etmiş və orta statistik şagird ana
dilindən 18,44 suala (73,78%), riyaziyyatdan
22,98 suala (91,91%), Azərbaycan tarixindən
12,27 suala (81,78%), fizikadan 8,60 suala
(86,00%), kimyadan 8,82 suala (88,22%),
biologiyadan 8,02 suala (80,22%), coğrafiyadan
8,67 suala (86,67%), xarici dildən isə 12,67
suala (84,44%) düzgün cavab vermişdir.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 44
şagird buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 17,80 suala
(71,18%), riyaziyyatdan 21,64 suala (86,55%),
Azərbaycan tarixindən 11,70 suala (78,03%),
fizikadan 8,07 suala (80,68%), kimyadan 8,32
suala (83,18%), biologiyadan 7,89 suala
(78,86%), coğrafiyadan 8,05 suala (80,45%),
xarici dildən isə 11,45 suala (76,36%) düzgün
cavab vermişdir.
Sumqayıt şəhər 7 nömrəli orta məktəbindən 57 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik
şagird ana dilindən 10,70 suala (42,81%),
riyaziyyatdan 12,82 suala (51,30%), Azərbaycan
tarixindən 6,84 suala (45,61%), fizikadan 4,49
suala (44,91%), kimyadan 4,68 suala (46,84%),
biologiyadan 4,53 suala (45,26%), coğrafiyadan
4,79 suala (47,89%), xarici dildən isə 6,91
suala (46,08%) düzgün cavab vermişdir.
Sumqayıt şəhər M.Əsədov adına orta ümumtəhsil
internat-məktəbdən 14 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik
şagird ana dilindən 11,57 suala (46,29%),
riyaziyyatdan 11,14 suala (44,57%), Azərbaycan
tarixindən 5,71 suala (38,10%), fizikadan 3,71
suala (37,14%), kimyadan 3,79 suala (37,86%),
biologiyadan 3,50 suala (35,00%), coğrafiyadan
4,21 suala (42,14%), xarici dildən isə 6,14
suala (40,95%) düzgün cavab vermişdir.
Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin
göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı
qrafiklərdən daha aydın görünür.
Sumqayıt şəhəri və Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və
Təbiət Elmləri liseyinin səkkiz fənn üzrə
keyfiyyət göstəricilərinin müqayisəli təhlili
Sumqayıt şəhəri və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü
Gimnaziyanın səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
Sumqayıt şəhəri və Sumqayıt şəhər 7 nömrəli orta məktəbin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Sumqayıt şəhəri və Sumqayıt şəhər M.Əsədov adına orta
ümumtəhsil internat-məktəbin səkkiz fənn üzrə
keyfiyyət göstəricilərinin müqayisəli təhlili
Sumqayıt şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər
üzrə keyfiyyət göstəriciləri
Cədvəldən
göründüyü kimi, şəhər üzrə orta statistik şagird
ana dili fənnindən sualların 53,43%-nə düzgün
cavab vermişdir. Qızların düzgün cavabları
54,97%, rus bölməsinin düzgün cavabları isə
56,36% olmuşdur, bu da şəhər üzrə göstəricidən
yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə
də oğlanlar ilə qızların keyfiyyət
göstəricilərinin müqayisəsi aşağıdakı
diaqramlardan daha aydın görünür.
Oğlanların və qızların səkkiz fənn üzrə
keyfiyyət göstəricilərinin müqayisəsi
2008-2009
və 2009-2010-cu dərs illərində səkkiz fənni
qiymətlər üzrə müqayisə etdikdə riyaziyyatdan
"2" qiymət alanların faiz göstəricisinin aşağı
düşdüyünü, qalan fənlərdən isə faiz
göstəricilərinin yüksəldiyini müşahidə edirik.
"2" qiymət alanların sayı ana dilindən 1,62%,
Azərbaycan tarixindən 0,94%, fizikadan 1,52%,
kimyadan 2,22%, biologiyadan 2,35%, coğrafiyadan
1,28% və xarici dildən 0,88% artmışdır, əksinə,
riyaziyyatdan 1,42% azalmışdır. Ümumiyyətlə,
2008-2009-cu dərs ilində 4008 şagirddən 3987
nəfəri imtahanlarda iştirak etmiş və bunlardan
3397-i, yəni 85,20%-i, 2009-2010-cu dərs ilində
isə 3582 şagirddən 3563 nəfəri imtahanlarda
iştirak etmiş və bunlardan 2840-ı, yəni 79,71%-i
müvəffəqiyyət qazanmışdır. Son nəticədə
2008-2009-cu dərs ili ilə müqayisədə Sumqayıt
şəhəri üzrə müvəffəqiyyət faizinin 5,49% aşağı
düşdüyünü görürük. Aşağıdakı cədvəlin köməyi ilə
digər qiymətlərə görə də iki ilin müqayisəli
təhlilini aparmaq olar.
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi |
|