Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - ¹03

 

Təhsil Nazirliyində illik hesabatlar dinlənildi

 

Yanvarın 15-də Təhsil Nazirliyində Ümumi şöbənin və Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin 2010-cu ildə görülmüş işlərə dair hesabatları dinlənildi.

Ümumi şöbənin müdir müavini Hicran Məmmədova şöbənin əsas fəaliyyət istiqamətləri, strukturu, əməkdaşlar arasında vəzifə bölgüsü haqqında məlumat verdi. Sonra ötən il ərzində görülən işlər diqqətə çatdırıldı.

Qeyd olundu ki, 2010-cu ildə Təhsil Nazirliyinə ümumilikdə 51552 sənəd daxil olmuşdur. Onların 23600-ü ərizə və şikayət, 27952-si məktubdur. Təqdimatda ərizələrin təşkilatlar üzrə bölgüsü, struktur bölmələr üzrə paylanması, şəhər və rayonlar üzrə daxilolma göstəriciləri, 2010-cu ildə icra olunan nəzarət xarakterli məktublar və s. haqqında məlumatları əks etdirən slaydlar nümayiş etdirildi.

Hesabat dövründə vətəndaşların qəbulu vəziyyətindən danışan H.Məmmədova bildirdi ki, ötən il nazirlikdə 7251 nəfər qəbul edilmiş, 4758 müraciət cavablandırılmışdır.

Ümumi şöbənin müdir müavini daha sonra mövcud problemlərdən söz açdı və 2011-ci ildə qarşıda duran vəzifələri diqqətə çatdırdı.

Sonra Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirovun  hesabatı təqdim olundu. Çıxışda Nazirlər Kabinetinin 5 may 2004-cü il qərarı ilə yaradılmış idarənin əsas vəzifələri diqqətə çatdırıldı.

Hesabatdan aydın oldu ki, ötən il 27 yeni məktəb və 1 məktəbdə 840 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilmiş, 7 tədris müəssisəsində bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılmışdır. Ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidən qurulması işləri üçün 20,65 milyon manat vəsait ayrılmış, 388 obyekt, o cümlədən 356 məktəb və 32 uşaq bağçası təmir edilmişdir. Respublika üzrə 2011-ci ildə təhvil veriləcək 24 yeni məktəbin və 1 məktəbdə 560 şagird yerlik korpusun tikintisinə başlanmışdır və s.

Təqdimatda ümumtəhsil məktəblərinin tədris avadanlıqları ilə təminatı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, şahmatın və texniki peşə təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində görülmüş işlər barədə də ətraflı məlumat verildi.

Yanvarın 17-də Nazirlik Aparatının hesabatı dinlənildi. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov öncə əsas fəaliyyət istiqamətləri, struktur, əməkdaşların vəzifə bölgüsü haqqında məlumat verdi.

İ.Pirməmmədov görülən işlərlə bağlı bildirdi ki, hesabat ili ərzində Təhsil Qanununa uyğun olaraq 40-a yaxın normativ-hüquqi sənədin layihəsinin hazırlanması, müzakirəsi və digər aidiyyəti nazirliklərlə razılaşdırılması təşkil olunmuşdur. Prezident Aparatından 30-a yaxın, Nazirlər Kabinetindən isə 70-ə yaxın sənədin digər şöbələrlə birlikdə icrası təşkil olunmuş və icranın nəticəsi barədə müvafiq qurumlara məlumat verilmişdir. Ötən il Təhsil Nazirliyinin 6 kollegiya iclası keçirilmişdir. Aparatın əməkdaşları vətəndaşların qəbulunun təşkilində yaxından iştirak etmiş, nəticədə 3500-ə yaxın vətəndaşın məsələsi həll olunmuş, digərlərinə isə müvafiq izahat verilmişdir.

Təqdimatda daha sonra özəl təhsil müəssisələrində vahid dövlət siyasətinin həyata keçirilməsinə və təhsil qanunvericiliyinin icrasına nəzarət, saxta təhsil sənədlərinin aşkar olunması və onların mövcud qaydada ləğvi, müxtəlif tender prosedurlarının təşkili və icrasına nəzarət, "Təhsil tarixi" kitabının yazılması və "Azərbaycan milli maarifinin korifeyləri" layihəsinin icrası istiqamətlərində görülən işlərdən bəhs olundu.

Məruzəçi 2011-ci ildə işlərin hesabatın əvvəlində göstərilən əsas fəaliyyət istiqamətlərinə uyğun davam etdiriləcəyini qeyd etdi.

Həmin iclasda daha sonra Təhsil sənədlərinin tanınması işi üzrə, Hüquq, Məktəbəqədər təhsil sektorları və Xüsusi şöbənin illik fəaliyyətlərinə dair hesabatlar təqdim olundu. İlham Pirməmmədov həmin təqdimatlarda diplomların tanınması ilə bağlı ümumi vəziyyət, 2010-cu ildə təhsil sənədlərinin uçotu, məktəbəqədər təhsil sektorunun əsas vəzifələri, funksiyaları və s. haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, il ərzində 4 yeni uşaq bağçası inşa edilmiş, 6-sı əsaslı təmir olunmuş, 32 müəssisədə cari təmir işləri aparılmışdır. Təhsil Nazirliyinin sifarişinə əsasən "Şərq-Qərb" ASC tərəfindən 39 adda müxtəlif təlim vəsaitləri hazırlanaraq ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinə paylanmışdır.

Yanvarın 18-də Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hesabatları dinlənildi.

İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə təqdimatında öncə şöbənin yaranma tarixi, strukturu, əsas vəzifələri, fəaliyyət istiqamətləri və əməkdaşların vəzifə bölgüsü haqqında məlumat verdi.

Görülən işlərdən söz açan şöbə müdiri ötən il 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakının təmin olunduğunu, mətbuat konfranslarının keçirildiyini, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirak etdiyini, onların 450-yə yaxın müsahibəsinin təşkil olunduğunu, rəsmi məlumat, press-reliz və təqdimatların kütləvi informasiya vasitələrinə çatdırıldığını və s. diqqətə çatdırdı. Hesabatda daha sonra Təhsil Nazirliyi və Mətbuat Şurasının 2010-cu ildə imzaladığı KİV-lə əməkdaşlığın daha da təkmilləşdirilməsinə dair Fəaliyyət Planına əsasən həyata keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verildi. Çıxışında jurnalistlər arasında keçirilən yazı-müsabiqəsi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə  çərçivəsində görülmüş işlər, Təhsil Nazirliyinin rəsmi İnternet saytından bəhs edən B.Hüseynzadə nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də bu sayta böyük maraq göstərildiyini vurğuladı və saytın "Milli Net-2010" müsabiqəsinin qalibi olduğunu xatırlatdı. Şöbə müdiri "Azərbaycan müəllimi" qəzetində son illər edilən dəyişikliklər haqqında məlumat verdi və rəhbərlik etdiyi qəzetin yeni İnternet saytının istifadəyə verildiyini, bu mətbu orqanının çapa hazırlanmasında İKT-nin imkanlarından geniş istifadə olunduğunu bildirdi.

Yanvarın 19-da Təhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun hesabatları dinlənildi. Öncə çıxış edən TPİ-nin direktoru, professor Abdulla Mehrabov müəssisənin yaranma tarixindən danışdı və qarşıya qoyulan əsas vəzifələri diqqətə çatdırdı.

Təqdimatda institutda fəaliyyət göstərən mərkəzlər, bu mərkəzlərin hər birinin strukturu və tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verildi.

Hesabatdan aydın oldu ki, 2010-cu ildə institutda 13 problem sahəni əhatə edən 71 mövzu üzrə araşdırmalar aparılmış, onlardan 4 problem sahəni əhatə edən 8 mövzu üzrə işlər tamamlanmış, bu işlərin hamısının nəticələri ümumiləşdirilərək tətbiq üçün təhsil müəssisələrinə göndərilmişdir. TPİ-də çalışan 224 nəfərdən 167-si elmi işçidir. Onlardan 17 nəfəri elmlər doktoru, professor, 56 nəfəri pedaqogika və psixologiya üzrə fəlsəfə doktoru, 95 nəfəri yüksək ixtisaslı mütəxəssisdir.

TPİ-nin direktoru hesabat ili ərzində institutun əməkdaşları tərəfindən aparılan tədqiqat işlərinin nəticələri əsasında çox sayda monoqrafiya, dərslik və əsər nəşr olunduğunu bildirdi.

Hesabatın sonunda 2010-cu ildə instituta daxil olmuş məktublar və ərizələr haqqında məlumat verildi.

Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov 2010-cu ildə görülən işlərə dair hesabatla çıxış etdi.

Təqdimatda institutun strukturu, professor-müəllim heyəti, fəaliyyət istiqamətləri, digər təşkilat və qurumlarla əməkdaşlıq əlaqələri haqqında məlumat verildi.

Hesabatdan aydın oldu ki, ötən il institutun Elmi Şurasının 11 iclası keçirilmişdir. "İKT-nin köməyi ilə tədris prosesinin təşkili" mövzusunda keçirilən kurslara, ümumilikdə 726 müdavim cəlb olunmuş, onlardan 611 nəfəri kursları uğurla bitirmiş və müvafiq sertifikatla təmin olunmuşdur. Beynəlxalq əlaqələrdən söz açan A.Zamanov diqqətə çatdırdı ki, institut Fransanın Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzi, Parisdəki Texniki İncəsənət Konservatoriyası, Versalda fəaliyyət göstərən Fransa Milli Təhsil Menecerləri Kolleci, Volqoqrad Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma Akademiyası və Latviyanın Sosial İş və Sosial Pedaqogika ali məktəbi ilə əməkdaşlıq edir.

Qeyd olundu ki, aparılmış müzakirələrin nəticəsi olaraq 2010-cu ildə Qazaxıstan Elm və Təhsil Nazirliyinin Milli Akkreditasiya Mərkəzi ilə əməkdaşlığa dair müqavilə imzalanmışdır. Hazırda Qazaxıstan Respublika İxtisasartırma İnstitutu ilə əməkdaşlığa dair hazırlıq işləri görülür.

Təqdimatda daha sonra elmi konfranslar, tədbirlər, institutun mətbu orqanları, nəşrlər, kitabxananın fəaliyyəti və s. məsələlərdən bəhs olundu və 2011-ci ildə görüləcək işlər diqqətə çatdırıldı.

İclasın sonunda təhsil naziri Misir Mərdanov ayın əvvəlindən başlayaraq verilən hesabatların artıq başa çatdığını qeyd edərək bu işin nazirliyin struktur bölmələrinin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirdi.

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov